Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”
Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı
Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında
“Türkiyə Azərbaycana ən çox turist göndərən ikinci ölkədir”.
APA “TRT Haber”ə istinadən xəbər verir ki, bunu İstanbulda keçirilən 26-cı Beynəlxalq Şərqi Aralıq dənizi Turizm Sərgisi (EMİTT) çərçivəsində Ankara ilə Bakı arasında inkişaf edən əlaqələrin turizmə təsiri barədə danışan Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Bəhruz Əsgərov bildirib.
Azərbaycan ilə Türkiyə arasında son illərdə əsasən müdafiə sənayesi sahəsində böyük razılaşmaların əldə edildiyini xatırladan Bəhruz Əsgərov, iki ölkə arasında fərqli sahələrdə, eyni zamanda, turizmlə bağlı əməkdaşlığın artdığını qeyd edib.
O deyib ki, Türkiyədən gələn turistlər Azərbaycanın turizm potensialında çox mühüm mövqeyə malikdir: “Mövcud rəqəmlərə görə, Türkiyə Azərbaycana ən çox turist göndərən ikinci ölkədir”.
Türkiyədən Azərbaycana gələn turistlərin sayının 311 mindən çox olduğunu qeyd edən Bəhruz Əsgərov, qarşıdakı dövrdə bu sayın tədricən artacağını gözlədiklərini vurğulayıb: “Qardaş ölkəmiz Türkiyədən Azərbaycana böyük maraq var. Təbii ki, burada həm tarixi bağlarımızı anlaya bilməyimiz, həm də bir-birimizi asanlıqla başa düşməyimiz çox vacibdir. Dilimiz, adət-ənənələrimiz çox oxşardır. Türkiyədən Azərbaycana gələn turist heç bir çətinlik çəkmir. Əksinə, bəlkə də ən rahat tətillərindən biri olur. Türkiyə vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza tələbi yoxdur. Onlar yalnız şəxsiyyət vəsiqəsi ilə gəlib ölkəmizdə 1 ay qala bilərlər”.
Azad edilən rayonlarda infrastruktur işlərinə çox sürətlə başlandığını bildirən Bəhruz Əsgərov deyib ki, Qarabağ, xüsusilə də Şuşaya turistlərin cəlb edilməsi üçün işlər görülür.