Anons

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

Haqqımızda Əlaqə

Azərbaycanda mobil telefonlar bahalaşa bilər

Tarix:15-02-2023, 16:07

Azərbaycanda mobil telefonlar bahalaşa bilər
Bu gündən etibarən artıq fiziki şəxslər tərəfindən səfər zamanı ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən yazılı (kağız üzərində və ya elektron) formada gömrük orqanlarında bəyan edilməli olacaq. Belə ki, fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə məqsədilə gətirilən və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların İMEİ nömrəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmayacaq.

Bəs, bu hal ölkədə mobil telefonların qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən İT məsələləri üzrə ekspert Fərid Pərdəşünas bildirib ki, artıq fiziki şəxslər gətirdikləri yeni smartfonları gömrükdə bəyan etməli olacaqlar.

"Yeni qayda İMEİ kodun bəyan edilməsidir. Belə ki, kimsə ölkəyə öz üzərində mobil telefon gətirirsə, gömrükdə bəyan etməlidir ki, ölkə ərazisində istifadə edə bilsin. Bu günə kimi bəyan etmədən də ölkəyə smartfon keçirtmək olurdu. Bu gündən qüvvədə olan yeni qaydalara əsasən, vətəndaş öz üzərində gətirdiyi yeni smartfonu bəyan etməlidir ki, onu ölkəmizdə istifadə edə bilsin. Bu zaman vacib olan, telefonun İMEİ qeydiyyatının aparılmasıdır. Bunun üçün müəyyən qədər rüsum ödənilməlidir. Misal olaraq, smartfon 800 dolları keçirsə, sadələşdirilmiş bəyannamə doldurulur, gətirilən smartfonun dəyərindən 800 dollar çıxılır. Yerdə qalan məbləğin 36%-nə gömrük rüsumu hesablanır. Lakin bazarda xarici ölkələrdən smartfonları bu yollarla gətirib daha ucuz qiymətə satan mağazalar var. Onlar birbaşa gömrük rüsumundan qaçmaqla ucuz qiymətə telefonlar satırdılar. Ancaq ölkəyə rəsmi olaraq mobil telefon gətirən mağazalarda qiymətlər bahalaşmayacaq", - o deyib.

Bazar iştirakçılarının Trend-ə verdiyi məlumata görə, bu qərardan sonra mobil telefon bazarında qiymət artımı gözlənilir.

"Artım isə telefonun marka və modelinə görə dəyişəcək. Belə ki, qiymət artımı 30-200 manat arasında gözlənilir. Əsas səbəb isə şəxsin xaricdən öz istifadəsi üçün gətirəcəyi mobil telefona görə əlavə rüsum ödəməli olmasıdır. Bu da olmayacaq. Buna görə də məcbur qalıb ölkə daxilində telefon almağa üstünlük verəcək. Bu səbəbdən də təklif artacaq", - deyə mənbə qeyd edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...