Anons

Bu gün, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Dünən, 11:26- Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT

Dünən, 10:39- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Haqqımızda Əlaqə

Bu enerji içkilərinin Azərbaycana idxalına qadağa qoyuldu

Tarix:12-10-2021, 16:18

Bu enerji içkilərinin Azərbaycana idxalına qadağa qoyuldu 2020-ci il yanvarın 1-dən etibarən ölkəmizdə enerji içkilərinin minimum keyfiyyət göstəriciləri və təhlükəsizliyi həmin məhsulların qablaşdırılması, etiketlənməsi, daşınması, saxlanması və istehsalında istifadə olunan xammal və materiallara dair tələbləri əks etdirən “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları” ilə tənzimlənir.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Tələblərə əsasən, kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-si içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur. Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda, həmin içkilər də enerji içkisi sayılır.

Enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.

Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir. Təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilər, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilər bura şamil olunmur. Həmçinin tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulub.

Bununla bağlı olaraq, Agentlik öz funksional vəzifə səlahiyyətləri çərçivəsində monitorinqlər, yoxlama nəzarət tədbirləri həyata keçirir. Vətəndaşlar bu sahədə hər hansı çatışmazlıqlarla rastlaşdıqda Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...