Anons

Bu gün, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

Bu gün, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Bu gün, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Bu gün, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Haqqımızda Əlaqə

Rusiyadan Azərbaycana pul köçürmələri niyə azalıb? - SƏBƏBLƏR

Tarix:5-10-2021, 12:25

Rusiyadan Azərbaycana pul köçürmələri niyə azalıb? - SƏBƏBLƏR “Bu ilin ilk 8 ayında Rusiyadan Azərbaycana yarım milyard dollardan çox vəsait köçürülüb. Bu da keçən ilə nisbətdə artımın müşahidə olunduğunun nəticəsidir”.

Bu sözləri iqtisadçı Natiq Cəfərli bu il ərzində Rusiyadan Azərbaycana daxil olan valyuta haqqında danışarkən bildirib.

Ekspertin sözlərinə görə, Rusiyadan Azərbaycana daxil olan valyutanın ən pik nöqtəsi 2011-2013-cü illəri əhatə edir:

“Müstəqilliyimizdən bu günə qədər Azərbaycana ən çox Rusiyadan valyuta gəlib. Bunun pik nöqtələri 2011, 2012, 2013-cü illər olub. Təqribən hər il 4 milyard dollara yaxın vəsaitin Rusiyadan Azərbaycana müxtəlif yollarla daxil olması müşahidə olunub.

Təxminən 2015-ci ildən bəri bu səngiməyə başladı. Həm rubl dəyərdən düşməsi, həm Rusiyada, həm də Azərbaycanda devalvasiyanın olması, həyatın bahalaşması, biznes aktivliyinin aşağı düşməsi Rusiyadan gələn vəsaitə ciddi mənfi təsir göstərdi”.

O, pandemiyada ciddi azalmalar olduğunu, amma hazırda valyuta axınının artdığını deyib:

“2018-2019-cu illərdə digər illərə nisbətən artım müşahidə olunurdu. Artıq 1 milyard dollardan yuxarı bir vəsaitin Azərbaycana daxil olması görünürdü.

Amma pandemiya dövründə yenidən ciddi azalmalar oldu. Azərbaycana cəmi 400 milyon dollara yaxın vəsaitin daxil olduğunu Rusiya Mərkəzi Bankı deyir. Amma bu rəsmi köçürmələrdir. Ola bilər ki, qeyri-rəsmi köçürmələr də olsun.

Bu ilin ilk 8 ayında keçən ilə nisbətən daha çox pul köçürmələrinin olduğu bildirilir. Rəsmi mənbələrdə Azərbaycana ümumilikdə, ilin ilk 8 ayında yarım milyard dollardan çox vəsaitin köçürüldüyü görünür.

Ciddi şəkildə azalma var. Amma hələ də azərbaycanlıların qazanıb pul köçürdüyü ölkə Rusiyadır”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...