Anons

Bu gün, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Bu gün, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Bu gün, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Haqqımızda Əlaqə

ABŞ Azərbaycana GSP sisteminin tətbiqini genişləndirməyi təklif edib

Tarix:8-09-2021, 16:14

ABŞ Azərbaycana GSP sisteminin tətbiqini genişləndirməyi təklif edib
Azərbaycanın Ümumiləşdirilmiş Üstünlüklər Sistemindən (Generalized System of Preferences – GSP) daha çox faydalanması üçün ölkə GSP meyarlarına cavab verən bütün məhsullar üzrə onun tətbiqini genişləndirməlidir.

"APA-Economics" ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) yaydığı məlumata istinadən xəbər verir ki, bu barədə ABŞ Ticarət Nümayəndəliyinin (USTR) GSP üzrə köməkçisinin müavini Laura Buffo Azərbaycanın bu proqramdan daha yaxşı yararlanmasına dair keçirilən brifinqdə çıxış edərkən deyib.

Qeyd edək ki, GSP müxtəlif məhsulların qiymətlərinin aşağı salınmasını nəzərdə tutan güzəştli tariflər sistemidir. Bu sistem təyin olunan 119 ölkədən və faydalanan ərazilərdən minlərlə məhsula qoyulan rüsumları aradan qaldıraraq iqtisadi inkişafı təşviq etməyi hədəfləyir.

L. Buffonun sözlərinə görə, GSP üzrə rüsumsuz ticarət güzəştləri bu ilin 1 yanvar tarixində başa çatıb: "Lakin Azərbaycan müəssisələri GSP-ni yenidən təsdiqləməzdən əvvəl necə istifadə ediləcəyini daha yaxşı başa düşmək üçün bu vaxtdan istifadə etməlidirlər".

L. Buffo onu da bildirib ki, Azərbaycan GSP proqramından kifayət qədər istifadə etmir. Azərbaycanın ABŞ-a ixracı 37 mln. ABŞ dollardır, lakin ümumi ixracatının yalnız 4%-i GSP vasitəsilə həyata keçirilir.

2020-ci ildə GSP çərçivəsində Azərbaycana 1,5 mln. dollar, 2021-ci ildə isə 2,3 mln. dollar həcmində ixrac əməliyyatları həyata keçirilib.

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...