Anons

Bu gün, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Bu gün, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Bu gün, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Haqqımızda Əlaqə

“DÇ-2022”: Bu gün Avropa zonası üzrə seçmə mərhələyə yekun vurulacaq

Tarix:16-11-2021, 11:33

“DÇ-2022”: Bu gün Avropa zonası üzrə seçmə mərhələyə yekun vurulacaq
Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə noyabrın 16-da yekun vurulacaq.

X turun sonuncu oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş baş tutacaq. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan bütün komandalar müəyyənləşəcək.

Gecənin ən maraqlı oyunları G qrupunda olacaq. İyirmi xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi qəbul edəcək. Bu qrupun digər matçında isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşacaq. “Narıncılar”ın dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmaları üçün heç-heçə də kifayət edir. Hər ikisinin aktivində 18 xal olan Türkiyə və Norveçin də qrupu birinci pillədə bitirmək şansları var. Bunun üçün hər iki kollektiv meydanı qələbə ilə tərk etməlidir. Bundan sonra isə komandalar arasında top fərqinə baxılacaq.

D qrupunda ikinci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edəcək. Didye Deşamın yetirmələri mundiala vəsiqəni təmin etdiyindən qarşılaşma qonaqlar üçün ciddi önəm kəsb etmir. Meydan sahibləri isə pley-offa çıxmaq üçün evdə ən azı uduzmamalıdırlar. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olacaq. Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv pley-offa adlamaq üçün səfərdə qələbə qazanmaqla yanaşı, finlandiyalıların xal itirməsini gözləməlidir.

Seçmə mərhələnin bütün görüşləri aşağıdakılardır:

D qrupu

Finlandiya – Fransa;

Bosniya və Herseqovina – Ukrayna.

Qrupdakı vəziyyət: Fransa - 15 (7 oyuna), Finlandiya - 11 (7), Ukrayna - 9 (7), Bosniya və Herseqovina - 7 (7), Qazaxıstan - 3 (8)

E qrupu

Uels – Belçika;

Çexiya – Estoniya.

Qrupdakı vəziyyət: Belçika - 19 (7 oyuna), Uels - 14 (7), Çexiya - 11 (7), Estoniya - 4 (7), Belarus - 3 (8).

G qrupu

Cəbəllütariq – Latviya;

Monteneqro - Türkiyə;

Niderland – Norveç.

Qrupdakı vəziyyət: Niderland - 20, Türkiyə - 18, Norveç - 18, Monteneqro - 12, Latviya - 6, Cəbəllütariq - 0.

Xatırladaq ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları “DÇ-2022”yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...