Anons

Bu gün, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Bu gün, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

Bu gün, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

Bu gün, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

Bu gün, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Haqqımızda Əlaqə

Azərbaycan Voleybol Federasiyası Avropa Voleybol Konfederasiyası ilə müqavilə imzalayıb

Tarix:19-12-2019, 15:48

Azərbaycan Voleybol Federasiyası Avropa Voleybol Konfederasiyası ilə müqavilə imzalayıb
Azərbaycan Voleybol Federasiyası (AVF) qarşıdakı illərdə bir sıra yeniliklər etməyi planlaşdırır.

Bununla bağlı AVF-nın baş katibi Cəlil Cəfərov və İdman şöbəsinin rəhbəri Elnur Məmmədov Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandr Boriçiçlə görüşdə bir sıra mühüm məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycanda voleybolun daha da inkişaf etməsi baxımından yeni müqaviləyə imza atılıb. Uşaq voleybolunun inkişafı ilə bağlı olan bu müqavilə 2020-2024-cü illəri əhatə edəcək.

Burada uşaqların voleybola cəlb olunması, bu idman növünü aktiv həyat tərzinə çevirməsi, sosial bacarıqlarının inkişaf etdirilməsi və digər məsələlər öz əksini tapıb. Şərtlərə uyğun olaraq, CEV və AVF tərəfindən seçiləcək orta məktəblər voleybol idman növü üçün lazım olan avadanlıqlarla təmin olunacaq.

Həmçinin 4 il müddətində Bakıda və bölgələrdə CEV tərəfindən təyin olunacaq voleybol mütəxəssisləri seminarlar da keçirəcəklər. Bunlar gənc nəslin yetişməsi ilə yanaşı, mütəxəssislərin də savadının artırılmasına hesablanıb.

CEV prezidenti A. Boriçiç görüşdə buna şad olduğunu və bu müqavilənin Azərbaycan voleybolunun inkişafında böyük rol oynayacağına inandığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanda bu idman növünün yüksəlməsi istiqamətində yerli federasiya tərəfindən görülən işlər diqqət mərkəzindədir.

Qeyd edək ki, AVF rəsmiləri görüşdən öncə bölgələrdə və Bakıda orta məktəb müəllimləri ilə bir araya gələrək, voleybol qrupları olan məktəblərin siyahısını hazırlayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...