Anons

Bu gün, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Bu gün, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Bu gün, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

Bu gün, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Bu gün, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Haqqımızda Əlaqə

Un bahalaşdı: Çörəyin qiyməti artacaq? - AKTUAL

Tarix:6-06-2024, 08:38

Un bahalaşdı: Çörəyin qiyməti artacaq? - AKTUAL

Un bahalaşdı: Çörəyin qiyməti artacaq? - AKTUAL

Yaxın bir neçə gündə ərzaqlıq buğdanın Azərbaycanda daha da bahalaşması müşahidə edilə bilər.

Belə ki, əvvəllər 27 manata satılan 50 kiloqramlıq un kisəsi hazırda satış məntəqələrində 32 manata təklif olunur.

Maraqlıdır, unun qiymətində yüksək artım hansı səbəblərlə bağlı ola bilər? Yəni, hansı amillər bahalaşmaya gətirib çıxarıb? Bu bahalaşma ərzaqlıq buğda bazarında hansı ciddi nəticələrə səbəb olacaq? Çörəyin qiymətində yenidən artım gözlənilirmi?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cebhe.info”-ya bildirib ki, son zamanlar iqlim dəyişiklikliyi nəticəsində məhsuldarlığın azalması, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin daha şiddətli mərhələyə daxil olması qiymətlərə öz təsirini göstərir:

“Böyük ehtimalla, 2024-ci ilin ikinci yarısında qlobal proseslər fonunda bazara tədarük olunan taxılın həcmində azalma müşahidə olunacaq. Rusiya və Qazaxıstanda olduğu kimi Azərbaycanda da hava şəraitinin dəyişməsi səbəbindən məhsuldarlığın yüksək olacağı ilə bağlı heç bir gözlənti yoxdur. Bütün bunların fonunda unun qiymətində bahalaşma olacaq”.

Unun qiymətində bilərəkdən süni qiymət artımına yol verilməsi ilə bağlı səsləndirilən iddialara münasibət bildirən R.Həsənov bunun absurd olduğunu bildirib:

“Bir müddət bundan əvvəl unun qiymətinin düşməsi nəticəsində çörəyin qiymətində də ucuzlaşma müşahidə olundu. Bildirim ki, çörəyin maya dəyərinin formallaşmasında unun 30 %-lik payı var. Əgər unun qiyməti 0-a düşərsə, bu, o demək deyil ki, çörəyin qiyməti 0 olmalıdır.

Çünki burada əməkhaqqı daxil, yanacaq xərcləri, eləcə də digər xərclər var. Əhali daha çox "Zavod çörəyi" adı ilə tanınan çörəkləri alır. Hansı ki, hökumət bu sahəyə daha çox diqqət göstərir.

Amma digər çörək növləri var ki, rayonlarda kifayət qədər böyük bazara malikdir. Unun qiymətində artım özəl şirkətlərin istehsal etdiyi çörəklərin qiymətlərində artıma səbbə olur. Yəni, özəl şirkətlər bazar qiymətlərinə dərhal reaksiya verirlər.

Hesab etmirəm ki, indiki şərtlər daxilində hökumət süni qiymət artımına yol versin. Əslində hökumətin əsas hədəfi bazarda inflyasiyanın səviyyəsini stabilləşdirməkdir”.

Ekspert əlavə edib ki, unun bahalaşması ərzaqlıq buğda məhsullarının qiymətlərinə də öz təsirini göstərəcək:

“Çörək və şirniyyat məhsullarının istehsalıda un əsas xammal hesab olunur. Unun qiymətində artımın baş verdiyi təqdirdə həmin məhsulların maya dəyərində də artım baş verəcək.

Bununla yanaşı, bazarda ərzaqlıq buğda məhsullarının qiymətinə təsir göstərən digər amillər də var. Bu amillər arasında vətəndaşların alıcılıq gücü çox mühüm faktordur. Təbii ki, qiymət artımına getmək istehsalçı üçünü o qədər də rahat deyil.

Əgər bazarda bu təşəbbüslər dəstəklənərsə, müəyyən mənada qiymətlər mərhələli şəkildə artır. Yaxın zamanda bazarda əvəzedici məhsulların qiymətlərində də ciddi bahalaşma müşahidə ediləcək”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...