Bu gün, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Bu gün, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı
Bu gün, 13:13- DYP radarlarla bağlı müraciət yaydı
Bu gün, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
Bu gün, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO
Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video
5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Böyük tarixi şəxsiyyət Heydər Əliyevin hər kəlamı tarixdir, xalqın, dövlətin, dövlətçiliyin tarixini müəyyənləşdirən bir məqama verilən tarixi dəyərdir, sabahlar üçün yaşadılası tarixi münasibətdir. Ulu Öndər ən böyük azərbaycanlı idi, siyasi kursu azərbaycançılığı əhatələyirdi. Azərbaycanı, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, incəsənətini həyat fəlsəfəsi kimi dəyərləndirən, Azərbaycan dilinin inkişaf etdirilməsini, mühafizəsini hər bir vətəndaşın başlıca vətəndaşlıq borcu bilən Ulu Öndər deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.
Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün süni məhdudiyyətlərə baxmayaraq böyü tarixi şəxsiyyət, ən böyük azərbaycanlı Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qoruyurdu, dövlət dili uğrunda ardıcıl mübarizə aparırdı, ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edirdi. Bunun üçün bütün potensial imkanları hərəkətə gətiridi.
Dövlət təkcə iqtisadi qüdrəti ilə tanınmır, həm də ünsiyyət vasitəsi adlandırılan dil ilə tanınır. Bu və ya digər dövlət siyasi, iqtisadi, mədəni əlaqələri olan dövlətin dövlət dilinə də böyük səmimiyyətlə, hörmətlə yanaşmalııdır. Belə olan halda hər bir vətəndaş ana dilini varlığı ilə sevməlidir, bu, onun ilkin vətəndaşlıq borcudur. Bu və ya digər toplantıda, dövlət əhəmiyyətli tədbirdə, ölkədaxili mühüm yığıncaqda səlis, məntiqli çıxışı böyük maraqla dinlənən Ulu Öndər Azərbaycan dilinin imkanlarından məharətlə istifadə edirdi. Bu, dilə bələdlikdən daha çox, dilə sevginin nəticəsi idi.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Hakimiyyət boşluğu, yaranmış siyasi vəziyyət respublikada dövlətçiliyin itirilməsi təhlükəsini yaratmışdı. Xalq belə bir vaxtda böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Azərbycanın dövlətçiliyi xilas edildi.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdı.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edildi. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır .
Ulu Öndər 1996-cı il avqust ayının 24-də "Dədə Qorqud" qazma qurğusunun fəaliyyətə başlamasına həsr olunmuş mərasimdə çıxışında dedi: “Dövlət dilimiz, ana dilimiz - Azərbaycan dili ölkəmizdə hakim dildir. Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu, çox sevindirici haldır. Bu, eyni zamanda müstəqil respublikamızın əsas atributlarından biri olan Azərbaycan dilinin inkişaf etməsini göstərir”. Bu kəlamlar azərbaycançılığın yaşadılma fəlsəfəsi kimi dinlənildi, belə tarixləşdi, belə yaşadılır...
Ulu Öndərin siyasi kursunu bu istiqamətdə də sədaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etdi. Həmin Fərmana əsasən Nazirirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.
Əsl azərbaycançılıq odur ki, Ulu Öndərin, onun siyasi varisi cənab İlham Əliyevin tövsiyələri ilə ana dilimiz sevilsin, qorunsun, təkcə avqust ayının 1-ni deyil, ilin bütün günlərini Azərbaycan əlifbası və Azərbaycan dili günü bilinsin...
Səbinə Xasayeva,
Milli Məclisin deputatı