Anons

Bu gün, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Bu gün, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Bu gün, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

Bu gün, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Bu gün, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Haqqımızda Əlaqə

Bu tövsiyələr də yerinə yetiriləcəkdir

Tarix:24-07-2023, 12:26

Bu tövsiyələr də yerinə yetiriləcəkdir
Azərbaycan mətbuatının yaranmasının 148-ci ili tamam oldu. “Əkinçi” ilə başlayan milli mətbuatımız bu illər ərzində böyük inkişaf yolu keçib. Sovetlər ittifaqının tərkibində olanda da Azərbaycanda mətbuat milli xarakterini mühafizə edirdi. O illərdə nəşr ediln qəzetlər Sov.İPK-nin siyasətinin təbliğatçısı olmaqla kifayətlənmirdi, Azərbaycan xalqının zəngin tarixinin, mədəniyyətinin, incə­sə­nətinin, milli-mənəvi dəyərlərinni qorunmasının mühafizəkarı idi.

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranan və formalaşan yeni mət­buat Azərbaycan dövlətçiliyinin möhkəmləndiriməsinin mətbu əsgəri oldu.

İyul ayının 21-də Şuşada “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fo­rum­da iştirak etdi.

Forumda çıxışında ölkə başçımız İkinci Qarabağ müharibəsinin gedişində xalqa müraciə­tin­də qürurla dediyi fikirlərin davamı kimi dediyi fikir forumun manifesti kimi səsləndi: Şuşa Azər­bay­canın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir.

İkinci Qarabağ müharibəsi dünyanın nizamını ədalət baxımından dəyişdi. Ədalətli mü­ha­ribə aparan Azərbaycan Zəfər qazandı. Bu Zəfər Azərbaycanın siyasi nüfuzunu da yüksəltdi. Bu müharibədə Türkiyənin Azərbaycanla qardaşlığının tarixi gerçəkliyi bir daha təsdiqləndi. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məqamı diqqətə çatdıraraq dedi: “İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bəyannamə qarşımızda yeni üfüqlər açır. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əmək­daş­lığın olduğunu görərik”.

Ölkə başçısı ölkə daxilində təhlükə olmadığını, ölkədə sabitliyin mövcudluğunu, cəmiy­yət­də həmrəyliyin səviyyəsinin heç vaxt olmadığı qədər yüksək olduğunu, Azərbaycan iqtisadiy­ya­tının özünü təmin etdiyini də bildirdi. Bunlar ölkənin iqtisadi inkişafını şərtləndirən amillər­dən­dir. İkinci Qarabağ müharibəsində məğlub olan işğalçı Ermənistan üçtərəfli bəyanatın tələblərini yerinə yetirmir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forum iştirakçılarına bildirdi ki, “Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə İkinci Qarabağ müharibəsi bitən kimi müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq”.

Ötən ilin fevralında Rusiya ilə Azərbaycan arasında Bəyannamə imzalandığını da xatırla­dan ölkə başçımız Rusiya kütləvi informasiya vasitələrində Azərbaycana münasibətdə və Azərbay­can kütləvi informasiya vasitələrində Rusiyaya münasibətdə kiçik nahamarlıqların Azərbaycan və Rusiyanın siyasətinə heç bir təsir göstərmədiyini də bildirdi.

İkinci Qarabağ müharibəsi indi də dünyanın diqqət mərkəzindədir. Təkcə Şuşanın işğal­dan azad edilməsi ilə bağlı yazılanlar, deyilənlər Azərbaycan Ordusunun gücünə, qüdrətinə ehtiramın ifadəsidir. Bu qələbə dünyanın əksər dövlətləərinin hərbi ekspetlərinin təklifləri ilə qurumlar tərə­fin­dən öyrəilməkdədir. O döyüşlər azərbaycançılıqla erməniliyin döyüşləri idi. Forumda Azərbay­can Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Ölkəmiz ciddi səylər göstərir, tədbirlər həyata keçirir ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar. ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəs­sisləri ilə birlikdə gecə-gündüz çalışırlar ki, əraziləri minadan təmizləsinlər. Bizdə olan hesablamaya görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Ermənilərin isə bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir. Bizim yerli şirkətlərimiz və ANAMA minatəmizləmə fəaliyyətini beynəlxalq şirkətlərlə müqayisədə 8 və ya 10 dəfə ucuz həyata keçirir”

Forumda bu ilin sonunadək 240 meqavat gücündə birinci Günəş enerjisi stansiyası istifa­dəyə veriləcəyindən, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölündüyündən, işğaldan əziyyət çəkən 1 milyon insanin öz dədə-baba torpaqlarına qayıdaca­ğın­dan, növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanlar yaşayacaqlarından söz açan Ölkə başçımız Zəngəzur dəhlizinin ləğv edilmədiyini, bu layihənin gündəlikdə qaldığını, həyata keçirilmə­yə­nə­dək gündəlikdə qalacağını da bildirdi.

Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, Azər­bay­can kimi ölkədə insan 24 saat işləməlidir və istənilən xəbərə, yaxşı və ya pis xəbərə hazır ol­ma­lıdır. Sosial media cəmiyyətin nəbzini hiss etməyə kömək edir. Cəmiyyətin nəbzini hər zaman hiss etmək lazımdır, məsələlərdən xəbərdar olmaq və ona dərhal reaksiya vermək üçün sosial medianın potensialına mütləq müraciət olunmalıdır.

Əminəm ki, həmişə Azərbaycan dövlətçiliyinin söz əsgəri olmuş Azərbaycan mətbuatı ölkə başçısının “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Fo­ru­munda dediyi bu tövsiyələrini də yerinə yetirəcəkdir.

Səbinə Xasayeva,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...