Bu gün, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
Bu gün, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı
Bu gün, 13:13- DYP radarlarla bağlı müraciət yaydı
Bu gün, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
Bu gün, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO
Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video
5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
Cəmiyyətin inkişafında, dövlətə, dövlətçiliyə, Vətənə sevgi duyğularının formalaşmasında və yüksəldilməsində mətbuatın rolu əvəzsizdir. XIX əsrin sonlarında Azərbaycandilli mətbuatın yaranmasına böyük zərurət vardı. Bu zərurəti Həsən bəy Zərdabi daha həssaslıqla görmüşdü. 1875-ci ildə ona qəzet nəşr etdirmək üçün icazə verildi, iyul ayının 22-də “Əkinçi”nin ilk sayı dərc olundu. Zərdabi “Həyat” qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında “Rusiyada əvvəlinci türk qəzeti” məqaləsində yazırdı: “Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən, heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur”.
“Əkinçi” qəzeti Azərbaycandilli mətbuatın başlanğıcı oldu. Ona görə də “Əkinçi” qəzetinin nəşrə başladığı gün Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib:”… Görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə yazmışdır”.
Azərbaycanın dövlət müsütəqilliyinin bərpa edilməsi yeni mətbu mühit yaratdı, yeni qəzetlər nəşrə başladı. Bu qəzetlər Azərbaycanda yeni düşüncə tərzinin, hadisə və faktlara yeni yanaşmaların, milli-mənəvi dəyərləri daha həssaslıqla qorumağın və təbliğ etməyin cəfakeşi oldular. Yeni qəzetçilik modeli formalaşdı və bu, Azərbaycan dövlətçiliyinin mətbu dayağı oldu.
Respublikamızda senzuranın ləğvi azad mətbuatın inkişafına müsbət təsir göstərdi.
2003-cü il mart ayının 15-də jurnalistlərin I qurultayında 180-dək kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılan Mətbuat Şurası aprelin 24-də Ədliyyə nazirliyində dövlət qeydiyyatına alındı. Bununla da ölkədə mətbuat mühiti dünyəvi dəyərlər əsasında fəaliyyətini davam etdirməyə başladı.
2009-cu il aprelin 3-də “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncam imzalandı (indi Medianın İnkişafı Agentliyi) adlanır).
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə jurnalistlər üçün binalar tikilib istifadəyə verildi, onlarla vətənpərvər, istedadlı jurnalist “Əməkdar jurnalist” fəxri adına layiq görüldü.
Azərbaycan mətbuatı dövlət qayğısı ilə əhatələnib. Zamanında Ulu Öndər Heydər Əliyev, sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Jurnalistlərin dostu” adına layiq görüldü. Bu mükafat ölkə başçısının mediaya əlavə qayğısına görə verilir…
22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Azərbaycanın bütün mətbuat işçilərinin peşə bayramları günü münasibətilə təbrik edir, hər birinə yaradıcılıq uğurları, can sağlığı arzulayıram!
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı