Anons

Bu gün, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Bu gün, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Bu gün, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

Bu gün, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Bu gün, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Haqqımızda Əlaqə

Azərbaycan ərazisinə qanunsuz səfər etmiş bəzi media nümayəndələri qara siyahıdan çıxarıldı - BƏYANAT

Tarix:19-07-2023, 16:44

Azərbaycan ərazisinə qanunsuz səfər etmiş bəzi media nümayəndələri qara siyahıdan çıxarıldı - BƏYANAT
Azərbaycan Respublikasının ərazisinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin qara siyahıdan çıxarılması ilə bağlı birgə bəyanat qəbul edilib.

Bəyənat Azərbaycan Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən qəbul edilib.

Qeyd edək ki, bəyanat bu gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən birgə keçirilən mətbuat brifinqinin yekununda qəbul edilib.

22 iyul-Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısından bəzi şəxslərin adlarının çıxarılması barədə bəyanatın tam mətni aşağıdakı kimidir:

"Bu il Azərbaycanda milli mətbuatın yaranmasının 148 illiyi qeyd olunur.

Milli mətbuatımızın ilk nümunəsi kimi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetindən əsasını götürən müasir Azərbaycan mətbuatı ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərə uyğun
şəkildə öz inkişaf dövrünü yaşayır.

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda ölkə Konstitusiyası və "Media Qanunu çərçivəsində ifadə və mətbuat azadlığı, jurnalistlərin informasiya toplamaq hüququ təmin olunur, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr hayata keçirilir. Azərbaycanda informasiya məkanında pluralizm prinsipi əsas götürülərək yerli və xarici media subyektlərinin təmsilçilərinin fəaliyyətinə hər cür şərait yaradılır.

Jurnalistlərin tərəfsizlik və obyektivlik prinsipləri əsas götürülməklə fəaliyyətlərinin dəstəklənməsi ölkəmizin əsas prioritetlərindəndir. Medianın bu missiyanı qanunvericiliyə zidd olmayan üsullarla həyata keçirməsi olduqca vacib amillərdəndir.

Milli jurnalistikanın ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Azərbaycan- Ermənistan sülh prosesi kimi istiqamətlərdə ölkəmizin həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında, region va onun hüdudlarından kənarda informasiya məkanının formaşdırılmasında, xarici mənfi ideoloji təsirlərin fonunda milli informasiya təhlükəsizliyinin təmin olunmasında danılmaz rolu var.

Bu məqsədlə xarici jurnalistlərin Azərbaycana səfərlərinin təşkili əsas fəaliyyət sahələrindəndir. Həm Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğalı dövründə, həm də Vətən müharibəsindən sonra regiona yüzlərlə jurnalist səfər ediblər. Bununla yanaşı, bir sıra əcnəbi jurnalistlərin Azərbaycan hökumətinin icazəsi olmadan keçmiş işğal altında olan ərazilərimizə səfərlər həyata keçirdiyi, bir çox hallarda, belə səfərlərin həmin şəxslərin məlumatsızlığı nəticəsində baş verdiyi bəllidir.

Məlum olduğu kimi, beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanın milli və beynəlxalq qanunvericiliyinin kobud şəkildə pozulması ilə nəticələnən hər hansı bir səfərdə iştirak edən şəxs Azərbaycanda arzuolunmaz şəxs kimi müvafiq olaraq Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısına daxil edilir. Bununla yanaşı, hər il onlarla saxs bu siyahıdan adlarının çıxarılması məqsədilə Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubları ünvanlayır və müraciətlər məqsədəuyğun hesab ediləcəyi təqdirdə, onların adları siyahıdan çıxarılır.

Bu il "Heydər Əliyev ili çərçivəsində və Azərbaycan Respublikasında milli mətbuatin yaranmasının 148 illiyində Azərbaycan tərəfi keçmiş işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş 58 nəfər xarici media nümayəndələrinin adlarının bu siyahıdan çıxarılmasına dair qərar qəbul edib. Beləliklə, adları dərc olunan şəxslərin Azərbaycan ərazisinə daxil olmasına qoyulan qadağa aradan qaldırılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...