Anons

Bu gün, 14:34- Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub

Bu gün, 14:11- Mədəniyyət Nazirliyinin tenderi dayandırıldı

Bu gün, 13:13- DYP radarlarla bağlı müraciət yaydı

Bu gün, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?

Bu gün, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO

Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”

Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT

Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video

5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...

5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı

5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?

5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….

5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?

5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır

4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq

4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”

4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi

4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal

4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma

3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib

Haqqımızda Əlaqə

Azərbaycan ədalətin bərpa edilməsinin tərəfdarı olduğunu bütün dünyaya bir daha çatdırdı

Tarix:7-07-2023, 13:19

Azərbaycan ədalətin bərpa edilməsinin tərəfdarı olduğunu  bütün dünyaya bir daha çatdırdı
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə Prezident İlham Əliyevin iştirakı və Qoşulmama hərəkatının sədri kimi növbəti çıxışı daha bir tarixi hadisə kimi yaddaşlarda qaldı.

BMT-dən sonra ən böyük siyasi təşkilat olan Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünü hər zaman müdafiə edib. Vətən müharibəsi günlərində də üzv ölkələr müxtəlif platformalarda Azərbaycana və onun haqq mübarizəsinə öz dəstəklərini ifadə ediblər.

Azərbaycanın “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qorumaqla Qoşulmama Hərəkatına sədrlik etməsi təşkilatın fəaliyyətini daha da gücləndirib, onun digər təşkilatlarla əməkdaşlığının qurulmasına və qlobal mühitə daha çox inteqrasiyası istiqamətinə töhfələr verib. Sərhədləri kifayət qədər böyük bir coğrafiyanı əhatə edən təşkilata sədrliyi dövründə cənab Prezident İlham Əliyevin liderliyi ilə Hərəkatın nüfuzu daha da artıb, eyni zamanda onun təsisatlanması istiqamətində mühüm addımlar atılıb. 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyi dövründə əldə olunmuş mühüm nailiyyətlərdir. İstər pandemiya dövründə, istərsə də postpandemiya dövründə Azərbaycanın etdiyi çağırışlar, donor ölkə kimi ehtiyacı olan ölkələrə ayırdığı mühüm maliyyə yardımları Azərbaycanın humanizm prinsiplərinə sadiq həyata keçirdiyi siyasətin bariz nümunələridir.

Cənab Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında da çox mühüm məqamlara toxundu. Xüsusilə, Cənab Prezidentin dünyada neokolonializm meyillərinin artmasından narahatlığını ifadə etməsi günümüzdə dünyada baş verən proseslər fonunda mühüm əhəmiyyətə malikdir. Neokolonist həvəsləri və müstəmləkəçilik arzuları olan ölkələr arasında cənab Prezidentin Fransanın adını xüsusi qeyd etməsi heç də təsadüfi deyil və bu siyasət Fransanın soyqırımlarla dolu tarixinə söykənir. Beləliklə, cənab Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycanın mövqeyi və həyata keçirdiyi siyasət sadəcə öz haqlı mövqeyimizin müdafiəsi deyil, dünyanın hansı hissəsində olmasından asılı olmayaraq zülmdən əziyyət çəkən bütün insanların haqq səsidir və ədalətin müdafiəçisi olmağa hər zaman davam edəcək.

Prezident İlham Əliyev çıxışında Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməsinə və ərazilərimizin minalanmasına toxunması növbəti dəfə dünyanın diqqətini erməni vəhşiliklərinə cəlb etdi.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur. Ermənistan regionda sülh yaradılmasında maqarlıdırsa Silahlı Qüvvələri Qarabağdan tamamilə çıxmalıdır.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazırlər görüşündə Prezident İlham Əliyev Azərbaycanın ədalətin bərpa edilməsinin tərəfdarı olduğunu bütün dünyaya bir daha çatdırdı.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...