Bu gün, 13:13- DYP radarlarla bağlı müraciət yaydı
Bu gün, 12:09- Qanunsuz tikintilərlə “şöhrət” yarışı: Sabunçu “qalibdir” – yoxsa hələ finişə çatmayıb?
Bu gün, 11:40- Xalxal meşələri məhv edilir, nazirlik susur-VİDEO
Bu gün, 10:23- Mingəçevirdə stadion işçiləri maaş həsrətində -“Günün 24 saatı işləyirik, əməkhaqqımız verilmir”
Bu gün, 09:34- Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Bu gün, 09:09- Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb?-Video
5-07-2025, 17:42- DEPUTAT HAQDA ŞOK İDDİA - Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və...
5-07-2025, 16:56- Günel 150 min manatlıq brilyant “Bvlgari” aldı
5-07-2025, 16:29- Həmkarlar İttifaqı maaşlardan tutulan pullarla nə iş görür?
5-07-2025, 10:44- ADSEA-nın vəzifəli şəxsi Zemfira Hüseynbəyli bayram tədbirinə 38 min manatlıq briliant kolye ilə gəldi….
5-07-2025, 09:33- Sahil Babayevin "Megamax" şirkəti dövləti sabotaj edir?
5-07-2025, 08:42- İlham İsmayılov “LİDER-LİNE” MMC-yə Mingəçevirdə nədən belə geniş şərait yaradır
4-07-2025, 18:23- İyulun 6-sı bu yol bağlı olacaq
4-07-2025, 16:19- “Bu sammitdə bir sıra ilklərə imza atdıq”
4-07-2025, 15:13- Pezeşkian İlham Əliyevə təşəkkür etdi
4-07-2025, 07:44- Masallıda məktəb direktorunun dul işçisinə “kəbin” təklifi….Şok səs yazısı- Qalmaqal
4-07-2025, 07:23- “Kosmetoloq” Günel Muxtar necə inyeksiya prosedurlarını həyata keçirir? -Araşdırma
3-07-2025, 16:32- 7 saylı cəzaçəkmə müəssisəsində özbaşınalıq: rəis həbsxananı “bazara” çevirib
3-07-2025, 15:57- Kamaləddin Qafarov “Siyəzən Broyler” ASC-nin idarəçiliyini katibəsinin yoldaşına verib? -İDDİA
3-07-2025, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən işlər ən qədim dekorativ-tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqəti daha da artırıb. Ölkəmizdə xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Təsadüfi deyildir ki, Azərxalça” ASC-nin gözəlliyi ilə seçilən yun və ipək xalçalarına xalçasevərlər tərəfindən böyük tələbat var. Əsl əl işi, yerli istehsal, Şəki ipəyindən toxunulmasına başlanılmış ipək xalçalarımız mifik qüdrəti və qəlb ovsunlayan gücü ilə sərhədləri aşır.
Azərxalça” ASC-də “Əjdahalı” kompozisiyasında icra olunmuş ipək xalçanın dünya şöhrətli, argentinalı futbolçu Messinin evini bəzəməsi bənzərsizliyi ilə qəlblərə yol tapan Azərbaycan xalçalarının sərhəd tanımayan cazibəyə malik olmasını bir daha göstərir.
Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan “Əjdahalı” xalçaları qədim və zəngin tarixə malikdir. Şərq aləmində “Əjdaha” evin, ocağın şər qüvvələrdən qorunmasını simvolizə edən motiv nümunələridir. Xalçanın kompozisiyasının şərhinə gəldikdə isə, "Əjdaha” təsvirli xalçaların əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rənglərin ahəngdar bölgüsündən ibarətdir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnir. Xalçaların üzərlərində stilizə olunmuş əjdaha təsvirləri naxışlar vasitəsilə verilir. “Əjdaha” simvolu olan naxış və elementlər bütün şərqdə çox qədimdən mövcud olsa da, ilk “Əjdahalı” xalçalar Səfəvilər dövründə yaranıb.
Qeyd edək ki, Azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə iştirak edərək, ona Azərbaycan xalçası hədiyyə edib və bu xalça məhz “Azərxalça” ASC istehsalı olan xalçadır.