Bu gün, 15:51- Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Bu gün, 15:11- Cəlilabadın İcra başçısı Rafiq Cəlilovdan qazilərə hörmətsizlik: Qazilər kömək istəyir – VİDEO
Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”
Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı
Yeni minatəmizləmə layihəsi azad edilmiş ərazilərdə 20-yə yaxın şəhər və kəndi əhatə edəcək.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) daimi nümayəndəsi vəzifəsini icra edən Nuno Keyros “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsinin təqdimatına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, bu işlər mina təhlükəsinin olduğu bütün şəhər və kəndlərdə aparılacaq.
"Bu gün Azərbaycan, Avropa İttifaqı (Aİ) və BMTİP keçmiş məcburi köçkünlərin qayıdış prosesini tezləşdirmək üçün azad edilmiş ərazilərdə minatəmizləmə səylərini birləşdirir. Biz "Heç kəsi arxada saxlama" prinsipinə sadiqliyimizi bildirmək üçün bu layihəni başladırıq. Bu layihə BMTİP üçün vacibdir, çünki təkcə keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıdışını təmin etməyəcək, həm də minatəmizləmə proseslərində iştirak edəcək ilk qadın heyətinin yaradılmasına da imkan yaradacaq", - o deyib.
Keyros bu günədək Aİ-nin Azərbaycana minatəmizləmə üzrə yüksək ixtisaslaşmış mütəxəssislər göndərdiyini qeyd edib.
"Layihənin Azərbaycanın azad edilmiş ərazilərində 20-yə yaxın şəhər və kəndi əhatə edəcəyi gözlənilir. Biz, həmçinin, personalın ixtisasının artırılması, xəritələrin hazırlanması, itlərin təlimi üzərində çalışırıq - bütün bunlar Azərbaycana azad edilmiş ərazilərdə minatəmizləmə işlərində hərtərəfli yardım üçün vacibdir", - o yekun olaraq bildirib.