Anons

Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır

Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var

Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon

Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?

Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?

Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB

Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi

Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb

Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb

Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər

Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma

Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb

Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!

Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”

Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı

Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video

Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında

Haqqımızda Əlaqə

Bədxah dövlət qazdığı çuxura həmişə özü düşür

Tarix:4-02-2023, 14:35

Bədxah dövlət qazdığı çuxura həmişə özü düşür
Xalqımız qonşuluğa həmişə həssas olub. Sözündə də, əməlində də. Qonşuluq qarşılıqlı olur. Birtərəfli qonşuluğun sonunda narazılıqla, narazılıqdan yaranan qarşıdurmalar daha kəskin müna­sibətlər yaradır. Buna maraqlı olan dövlətlər qonşuluq haqqını, deməli, özünəhörməti itirmiş döv­lət­lərdir. Özünə hörmət etməyən dövlətin beynəlxalq nüfuzu olarmı? Yox, qətiyyən yox! İran İs­lam Respublikası da nüfuzunu belə itirməkdədir...

Bir hikməti xatırlayıram: Xasiyyət özünü nə vaxtsa mütləq göstərir. Bu fikir fərd­lə­rə də aiddir, dövlətlərə də. Fərdin də mərdi, namərdi olur, dövlətin də. Suda boğulmaqda olan kəs nicat kimi, qurtuluş kimi saman çöpünə də əl uzadır. Ermənistan illərlə dünyanı yalanlarına inandırmağa çalış­dı, bacar­ma­dı. Ermənilik xislətinə uyan beş-üç dövlətdəm savayı digər dövlətlər bu yalanlara inan­madı. İran Azərbaycana qarşı münasibətlərini gizlətməyə çalışsa da, uydurduğu yalanları ictimailəş­dir­mə­yə cəhd göstərsə də ona inanan dövlətlər azdı. Bir bayatı var:

Olursan vəfalı dost ol,
Olmursan kəs aranı.

İranın vəfalı (etibarlı) dost olmağa mərdliyi, aranı kəsməyə qüdrəti çatmır. Nə edir İran?

Dini mənsubiyyətiylə əməli düz gəlməyən İranın siyasətçilərinin də, din xadimlərinin də mə­­nə­viyyatının mayası yalandı, riyakarlıqdı, yamanlıqdı, şər-böhtandı, yəni bəşəriliyi müəyyən­ləş­dirən nə varsa, hamısına düşmənçilikdi. Bu dövlətin yüksək rütbəli məmurlarının siyasi simaları gözə kül üfürməkdi...

Yanvarın 27-də İran vətəndaşı Tehrandakı səfirliyimizə silahlı basqın etdi. Səfirliyin mühafizə xidmətinin rəisi həlak oldu,iki nəfər yaralandı. Səfirlik dövlətin başqa dövlətdə ərazisidir. Yəni İran vətəndaşı İrandan Azərbaycan ərazisinə silahlı basqın etdi. Bu basqına görə İran hökuməti məsuliyyət daşıyır. Azərbaycanın İrandakı sə­fir­liyinə edilmiş hücumun arxasında “ailə problemlərinə görə bunu edən bir nəfər” fikri İranın müxtəlif dövlət qurumları tərəfindən ciddi-cəhdlə səbəb kimi təqdim edilməsəydi, İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin “İran və Azərbaycan hökumətləri iki xalqın münasibətlərinin bədxahların təsiri altına düşməsinə imkan verməyəcəklər” fikirlərinə inanmaq olardı. Ancaq belə deyil! Bu terrorun arxasında son üç ildə Azərbaycana qarşı müxtəlif təxribatlar törədən molla rejimi dayanır!..

Terror törədiləndən az sonra terrorçudan İranın dövlət televiziyasının müsahibələr hazırlaması hadisənin mahiyyətini yayındırmaq üçün yaradılan alibi deyildimi? İran siyasətçilərinə bir Azərbaycan şairinin bir misrasını ünvanlayıram: Kimi aldadırsan, a zalım oğlu?..

Bu terror İranın Azərbaycana münasibətinin necəliyinin göstəricisidir. İran rəsmən terrora görə Azərbaycandan üzr istəməli, terroru təşkil etmiş qurumu, onun rəhbərlərini açıqlamalı, onlar beynəlxalq hüquqi müstəvidə cəzalandırılmalıdır. Bu, Azərbaycançılığın tələbidir! İran bir Azər­bay­can məsəlini də unutmasın: “Dərin qazma, özün düşərsən!”.

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...