Bu gün, 14:34- Milyonlarla manat vergi borcu olan “ELTA Development” QSC-yə satınalmalada kimlər şərait yaradır
Bu gün, 10:40- Odessaya dron hücumu nəticəsində xəsarət alanlar var
Bu gün, 09:42- “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon
Bu gün, 09:14- Xəzər rayonunda TAM ÖZBAŞINALIQDIR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:42- Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...
Dünən, 19:52- “Azərişıq” 35 min manata transformator və sayğac qoyur?
Dünən, 18:42- “İdeal Motors” avtomobil şirkəti cərimələnə bilər – SƏBƏB
Dünən, 16:50- Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi
Dünən, 16:34- “106 min ödəmişəm, yaşamağa evim yoxdur” - Bu binada qüsur aşkarlanıb
Dünən, 15:18- FAO: Dünya bazarında buğda qiymətləri son 5 ilin orta həddindən aşağı düşüb
Dünən, 13:54- Qalmaqallı direktor məhkəməyə verildi - Qanunsuz məktəb bağlana bilər
Dünən, 13:16- Dr.Ella necə estetik əməliyyatlar icra edir? -Araşdırma
Dünən, 12:43- İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər – “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR
Dünən, 12:05- Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “Element YT” QSC işbirliyi daha çox nələrə hesablanıb
Dünən, 11:32- “AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
Dünən, 11:27- 107 illik tarix – fədakarlıqla yazılmışdır!
Dünən, 11:00- “Konkret.az”ın baş redaktoru: “Rəqabət bizi narahat etmir”
Dünən, 10:52- “Palma Kafe”də Müştəri Biabırcılığı
Dünən, 09:21- Ariz Mikayılov dövlət traktorunu bibisi oğluna verdi-Şəxsi istifadə zamanı əmlak məhv oldu…-Video
Dünən, 08:49- Azərbaycan polisi 107 yaşında
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbova yaxınlığı ilə seçilən şəxslərin “vurulması” davam edir.
Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, bu proses Talıbovçuları əməlli-başlı qorxuya salıb. Əldə etdiyimiz bilgiyə görə, bu şəxslər arasında “SHAURMA №1” restoranlar şəbəkəsinin ortaqlarından biri olan Natiq Sadıqov da var. Bu haqda məlumat verən mənbə bildirir:
“Vasif Talıbovun vəzifədən getməsi “SHAURMA №1”-in sahibi Natiq Sadıqovu da qorxuya salıb. Belə ki, “SHAURMA №1”-də növbədənkənar yoxlamaların başlaması, vergi orqanları tərəfindən ciddi pozuntuların aşkar edilməsi, kassaların sıfırlanması, Əmək Məcəlləsinə uyğun olmayan qaydada işçilərin əmək fəaliyyətinə cəlb edilməsi və qida təhlükəsizliyi barədə dəfələrlə xəbərdarlıqların edilməsi heç də təsadüf deyil. Üstəlik, ciddi araşdırmaların başlanıldığı bir vaxtda Natiq Sadıqovun xeyli vaxtdır ölkədə görünməməsi də düşündürücüdür. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, Vasif Talıbovun himayə etdiyi “dəstələr”dən birinin üzvü olma ehtimalı ilə “SHAURMA №1” restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqov “vurulma” siyahısında olan nişanlardan birinə çevrilib. Görünür, bu səbəbdən və “SHAURMA №1” restoranlar şəbəkəsinin üzərində “qara buludların sıxlaşması” qorxusu ilə Natıq Sadıqov ölkəni tərk etmək məcburiyyətində qalıb”.
Mənbə onu da deyir ki, Naxçıvan Dövlət Universitetinin prorektoru Seymur Talıbovun tutduğu postdan könüllü şəkildə imtina etməsi, Vasif Talıbovun Naxçıvan prokurorunun müavini olan qardaşı Məhərrəm Talıbovun sərəncama göndərilməsi, Vasif Talıbovun qızı Baharxanım Talıbovanın “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasındakı üzvlükdən çıxarılması, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun özünün birinci müavini, Vasif Talıbovun qohumu Qəzənfər Novruzovu tutduğu vəzifədən azad etməsi gündəmi zəbt etməklə yanaşı, bu prosesin davamlı olacağına işarədir.
Bütün bunlardan əlavə, “SHAURMA №1”-in şəriklərindən olan Aqil Babayevin son məhkəmə proseslərində “zərərçəkmişlər”in çaşqınlıqları, hakimin və vəkillərin suallarına cavab verə bilməmələri, qorxu içində olduqları, hətta aralarından 2-3 nəfərin mətbuata məhkəmə prosesi ilə bağlı məlumat verərək, lakin adlarının gizli qalmaqlarını istəmələri Natiq Sadıqovun və şəriklərinin çətin vəziyyətdə olduqlarını göstərir. Son məhkəmələrdən aydın olur ki, Natiq Sadıqov prosesdə “zərərçəkmiş” kimi ifadə verən şəxslərdən bəzilərini hətta işə götürüb.
Amma o da maraqlıdır ki, rəsmi sənədlərdə adı olmayan Natiq Sadıqov “SHAURMA №1” restoranına necə işçi götürür?
Bu gün bizi daha bir məsələ də maraqlandırır. Belə ki, Vasif Talıbovun vəzifədən getməsi nəticəsində “zərərçəkmişlər” son günlərədək əməkdaşımızın məhkəmədə iştirakına qarşı çıxdıqları halda, indi özləri bizlərlə əlaqə saxlayır, məhkəmədə baş verənlər haqda məlumat verirlər. Sizcə, qəribə deyilmi?!
Redaksiyadan: Mövzuda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.