Anons

Bu gün, 16:11- "Qazaxlı Alik"in oğlunun məhkəməsi başlayır - TƏFƏRRÜAT

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Haqqımızda Əlaqə

Azərbaycanda Gənclər Günü təsis edilməsi Azərbaycan cəmiyyətinin dövlətçilik siyasətini müəyyənləşdirdi.

Tarix:1-02-2023, 17:22

Azərbaycanda Gənclər Günü təsis edilməsi Azərbaycan cəmiyyətinin dövlətçilik siyasətini müəyyənləşdirdi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə gənclərin qətiyyəti, Vətənə sədaqəti, mübarizliyi, əqidə əsgəri olması mübarizənin təşkilatlanmasında mühüm əhəmiyyətə malik oldu. İmperiya Bakıya qoşun yeridəndə də gənclər buna qarşı çıxanların öncüllərindən oldu.

Dövlət müstəqilliyimiz bərpa edildi.

Ermənistan Azərbaycandan torpaq iddiasına görə ədalətsiz müharibəyə başlayanda da gənclər döyüşənlərin sırasına könüllü getmişdi...

Böyük tarixi şəxsiyyət Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan gəncliyinin yoluna günəş doğdu, gənclər siyasəti dövlətin başlıca vəzifələrindən biri oldu. Ən böyük azərbaycanlı olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən həmin gün Gənclər Günü elan edildi.

Azərbaycanda Gənclər Günü təsis edilməsi Azərbaycan cəmiyyətinin dövlətçilik siyasətini müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin göstərişi ilə ölkəmizdə islahatlara start verildi. Ulu öndərin çox düzgün qərarı ölkəmizdə gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı.

Ulu öndər bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, gənclər siyasəti ilə bağlı dövlət proqramlarının qəbulu ümummilli liderin gənclərə böyük qayğısının bariz nümunəsi idi.

Azərbaycan gəncliyi göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini də dərk edir, Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.

Dövlət başçımızın sərəncamları əsasında təsdiq edilmiş “ 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət proqramı”na uyğun olaraq gənclərimizin xarici ölkələrdə təhsil almaları üçün geniş imkanlar yaradıldı. 2007-ci ildə ölkədə gənclər ili elan olundu. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbulu, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslarla bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur... “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” nın, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsinə dair sərəcamların imzalanması gənclərlə bağlı məsələlərin həllini aktuallaşdırdı.

Bu gün ölkəmizdə gənclər siyasəti yeni inkişaf dövrünə qədəm qoyub. Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi,xarici ölkələrdə təhsili,sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafına diqqət və qayğı ilə yanaşır. Gəncliyə dövlət qayğısı sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir.

Ölkə başçısının müdrik tapşırıq və tövsiyələrini əldə rəhbər tutaraq cəmiyyətimizin aparıcı qüvvəsi və fəal təbəqəsi olan muasir, bilikli, istedadlı,bacarıqlı və təşəbbüskar gənc kadrlara böyük imkanlar yaradılır. Onlar məsul vəzifələrə irəli çəkilir. Ölkə rəhbəri imzaladığı sərəncamlarla g’ncl’r nazir, nazir müavini və icra başçısı vəzifələrinə təyin edilirlər.Nəticədə. gənclərin təşəbbüsləri, onların əməyi bu gün ölkəmizin həyatında hər yerdə görünməkdədir. Bir sözlə, gənclərin fəaliyyəti dövlətimizin tərəqqisinə öz layiqli töhfəsini verir.

Azərbaycan gəncliyi seçdiyi və sevdiyi Prezidentinin ətrafında sıx birləşib. Bu, İkinci Qarabağ müharibəsində də öz təsdiqini tapdı. Azərbaycan Ordusunun şəxsi heyətinin böyük bir hissəsi gənclərdir. Bu ordu Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində tarixi Zəfər qazandı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir ki, gənclər cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq, gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşmuşlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti bu gün Azərbaycan gəncləridir. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Gənclər Zəfərdən sonra işğaldan azad edilmş ərazilərdə quruculuq işlərində də dövlətə, dövlətçiliyə sədaqətlə çalışacaqlar...

Gənclər Günü təkcə gənclərimizin günü deyil, onların uğurlarına sevinənlərin, onları bu uğurlara hazırlayanların da günüdür. Yəni Gənclər Günü cəmiyyətin günüdür.

Hamınızın Gənclər Gününüz uğurlu olsun!

Sevil Yusifova
YAP Nəsimi rayon təşkilatının ərazi partiya təşkilatının sədriскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...