Anons

Bu gün, 12:07- Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib

Bu gün, 11:45- İçərişəhərdə “Gənclər yarmarkası” keçiriləcək

Bu gün, 10:51- Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu artır

Bu gün, 10:23- Təəssüf və təsəlli - Bayram Məmmədov yazır

Dünən, 17:19- Yoluxma azalsa da, 4 nəfər öldü

Dünən, 16:50- Azərbaycan Qızıl kəmər seriyasında 10 boksçu ilə təmsil olunacaq

Dünən, 16:00- DİN İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirib, 7 nəfər saxlanılıb

Dünən, 15:32- ÜST Azərbaycana peyvənd məntəqələrində istifadə olunan soyuducular üçün 2100 cihaz verib

Dünən, 15:05- Azərbaycanlı mütəxəssis dünyanın ən güclü 10 yaddaşından biri seçilib

Dünən, 14:43- "Avroviziya 2023"ün loqo və şüarı açıqlanıb

Dünən, 13:52- Həkim şəbəkəçi Rəbiyyə Nemətova: "İnsanlara sağlam həyat bəxş etmək əsas iş prinsipimizdir"

Dünən, 13:27- Elm və təhsil nazirinə yeni müavin təyin edildi

Dünən, 13:00- Sabahın hava proqnozu açıqlanıb

Dünən, 12:34- Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq

Dünən, 12:06- Bu gün Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı işi üzrə dinləmələr keçirəcək

Dünən, 11:45- Xəstə şagirdlər məktəbə getməsin - Nazirlikdən virusla bağlı ÇAĞIRIŞ

Dünən, 11:19- XİN İrana səyahət edəcək Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

Dünən, 10:51- Ötən il 215 uşaq övladlığa götürülüb

Dünən, 10:23- Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30-01-2023, 16:06- Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti festival - “Gəncliyin səsi”

Haqqımızda Əlaqə

Qürur tariximiz

Tarix:7-12-2022, 10:00

Qürur tariximiz
İkinci Qarabağ müharibəsi mahiyyəti etibarilə Vətən müharibəsi idi, xalqın müharibəsi idi. Bu müharibədə zabit baba da döyüşürdü, zabit ata da, əsgər nəvə də. Ona görə hamı bu müharibəni müqəddəs müharibə bilirdi. Müqəddəs Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır” - Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dediyi bu fikirlər Azərbaycan Ordusunun tarixə hesabatı oldu.

İkinci Qarabağ müharibəsi indi tarixdir. Onu qardaş Türkiyənin mənəvi dəstəyi ilə Azərbaycan Ordusu tarixə yazdı.

Vətən müharibəsində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu darmadağın edildi, həm fiziki baxımdan, həm də mənəvi baxımdan.

Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bəşəri münasibətlər olduğunu bildirərək demişdi: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss etdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk...” ...Bu fikirlər yüksək mənəvi dəyərlərdən bəhrələnən millii manifestdi, şübhəsiz.

Zəfər paradında Türkiyə Respublikasının Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan çıxışında Vətən müharibəsinin də, Zəfərin də istər hərbi, istərsə də mənəvi dəyərini olduqca duyğusallıqla ifadə etmişdi: “Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”. Bu fikirlər türkçülüyün bəşəriliyə sədaqət andı idi...

2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilən möhtəşəm Zəfər paradında 3000 Azərbaycan əsgər və zabiti ilə yanaşı türk əsgər və zabitlərinin iştirakı bu qardaşlığa sədaqətin təntənəsi idi.

Bu tarixi parad qürurumuzun paradı idi; Şuşa işğaldan azad edildikdən sonra Qala-şəhərdə dalğalandırılan bayraq da parada gətirilmişdi. Bu bayraq Zəfər Bayrağı idi, hər bir azərbaycanlının ruhunun bayrağı kimi əbədiyyən var olacaq.

Zəfər paradı həm də dünya ictimaiyytinə hərbi gücün nümayişi kimi təqdim edilmişdi. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmışdi. Bu, dünyaya “Mən varam!”, “Biz varıq!” mesajı idi...

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı tarixi Zəfərin parad formatında nümayiş etdirilməsi bir tarixi gerçəkliyin təsdiqi kimi yaşanıldı: işğalçılıq vətənsevərliyə qalib gələ bilməz! İkinci Qarabağ müharibəsində də şəhidlərimiz oldu. Onların xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin, eləcə də Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. Məğlub dövlətin məğlubiyyətini də tarixdə öz adı ilə yaşatmaq məqsədi ilə Hərbi Qənimətlər Parkı salındı. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçilərı müxtəlif orden və medallarla təltif edilmişdir. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Bunlar döyüşlərdə fəqlənənlərə təqdim edildi. Vətən müharibəsində Vətənin minnətdarlığı kimi…

İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatdı. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında möhtəşəm Zəfər paradı keçirildi.

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı. Bu Bəyannamə “Bir millət, iki dövlət”olmaq etibarilə Azərbaycanla Türkiyə arasında qardaşlığın tarixi bir mərhələsi oldu. Həm də Zəfər paradından sonra.

2020-ci ilin 8 noyabrı da unudulmayacaq, 2020-ci ilin 10 dekabrı da. Azərbaycançılıq işığı kimi...

Səbinə Xasayeva,
Milli Məclisin deputatı
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...