Anons

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Dünən, 11:26- Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT

Dünən, 10:39- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 09:58- “Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir - TƏFƏRRÜAT

Dünən, 09:34- "Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb" - ETİRAZ VAR...

Dünən, 09:09- Biz təbiəti qorumalıydıq, təbiət özünü bizdən qorumağa çalışır - "Ayıb"ımızı sel yuyur, gün qurudur...

Haqqımızda Əlaqə

“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Emin Ağazadənin xatirəsi yad edilir

Tarix:7-04-2021, 12:55

“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Emin Ağazadənin xatirəsi yad edilir Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Tarix yazan igidlərimiz” layihəsi əsasında Vətənin azadlığı və bütövlüyü uğrunda canından keçən igid oğulları tanıtmağa davam edir.

Azərbaycan xalqına gözəl gələcək bəxş etmək üçün canını fəda edən igid, mərd, qorxmaz oğullardan biri də şəhid Ağazadə Emin Valik oğludur.

Kitabxananın İnformasiya-resurs şöbəsi şəhidin əziz xatirəsini yad etmək məqsədilə məlumat xarakterli videoçarx hazır etdi. Kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən hazırlanan videoçarxda şəhid Emin Ağazadənin həyat yolu haqqında informasiya təqdim edilir və müxtəlif dövrlərinə aid fotoları, bununla yanaşı qızı ilə olan kiçik video lenti də nümayiş edilir.

Şəhid Ağazadə Emin Valik oğlu 22 mart 1991-c ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuşdur. 1997-ci ildə İsmayıllı rayonunun Ceyhun Həsənov adına Kürdmaşı kənd orta məktəbində ibtidai təhsilə başlamış, 2008-ci ildə isə həmin məktəbdə məzun olmuşdur.

Şəhid Emin Ağazadə 05 aprel 2009-cu ildə həqiqi hərbi xidmətə yollanmış və hərbidə baş atıcı idi. O, 1 noyabr 2010-cu ildə hərbi xidmətini başa vurmuşdur.

Azərbaycanın igid oğlu Emin Ağazadə çox gülərüz, istiqanlı, ailəsinə bağlı biri idi.

Yoldaşı Leyla xanımın verdiyi məlumata əsasən:

“Ailə üzvlərinin gözünə baxan kimi istəklərini tez anlayırdı. Böyük qızımız Mələyə qarşı isə hədsiz sevgisi vardı. Qızım Mələk də onsuz qala bilmirdi.

Emin bütün işini Mələyin gün rejiminə görə təyin edirdi. Onu Şəkiyə göndərdikləri zaman biz İsmayıllıda olurduq. Qızımız Mələk onsuz yuxuya getmirdi deyə o, hər gün saat 9-a kimi evə qayıdırdı. Hər gün İsmayıllıdan Şəkiyə gedib gəlirdi. Halbuki Şəkidə qalmağa yeri var

idi. Lakin qızımıza duyduğu dərin sevgi onun dünyasını rəngləndirir və üzünü güldürürdü.

03 senyabr 2017-ci il tarixindən evliyik. Tanışlığımız evlilikdən 5 il öncə olmuşdur. Eminin xarakterində kimisə incitmək və ya onunla küsülü qalmaq yox idi. O hər zaman hamını razı salmağı çalışardı.

Emin ilk dəfə sentyabrın 5-də mənə bu sözləri söylədi:

- Leyla sən ali təhsillisən, sən hər şeyin öhdəsindən gələrsən.

Ayın axırı hərbi səfərbərliyi eşidən gündən hərbi komissarlığın qarşısına getdi və hər gün öz adının siyahıdan çıxmasını gözləyirdi.

Nəhayət oktyabrın 5-də qeydiyyat üçün hərbi komissarlığa çağrıldı. Emin o an çox sevincli idi, çünki gözlədiyi vaxt gəlib çatmışdı.

O, hamı ilə vidalaşdı. Getdiyi zaman dedi:

- Görərsiniz...Gedirəm...Ancaq bayrağa bürünüb gələcəm. Şuşanı alıb qayıdacam.

İki həftəlik təlimdə sonra Emin könüllü olaraq özü ön cəbhəyə getmək istəyib. O, Füzuli, Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdi.

Emin hər gün bizlə əlaqə saxlayırdı, necə olduğumuzu öyrəndikdən sonra sağollaşırdı. Son dəfə oktyabrın 23-də gecə zəng etdi və Mələyin səsini eşitmək istədi. O gün səsi çox qəribə idi. Telefon zəngində vidalaşdığı zaman mənə dedi:

-Leyla, Laçına gedirik...Allaha əmanət olun! Mənə heç nə olan deyil... Qayıdacam... Uşaqlara yaxşı bax!

Sonra 2 gün ərzində Emindən xəbər ala bilmədik.”

Şəhid Emin Ağazadə Leyla xanımın həm yoldaşı, həm də sirdaşı idi. Ona təhsili və həyatı ilə bağlı verdiyi dəstək övladlarının sağlam gələcəyi üçün zəmin oldu.

Azərbaycanın tarix yazan igid oğlu Emin şəhid olduqdan 4 ay sonra ikinci qızı Emiliya dünyaya gəldi. O hətta təlimlərdə olduğu zaman bunu demişdi:

“Öz adıma uyğun ad tapmışam... Emiliya!”

Qəhrəman Emin Ağazadə oktyabrın 25-i gecə Laçın istiqamətində yoldaşları ilə birlikdə ön cəbhəyə gedərkən maşında vurularaq sol ayağından qəlpə yarası almış və əbədiyyətə qovuşmuşdur.

Şəhid Emin Ağazadə oktyabrın 27-si İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən kənd qəbiristanlığında dəfn olundu.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş şəhid əsgər Emin Ağazadə ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Vətən müharibəsinə könüllü olaraq qoşulan və igidcə mübarizə aparan şəhid Emin Ağazadənin əziz xatirəsi üçün hazırlanmış videoçarx aşağıdakı YouTube linkində verilib: https://www.youtube.com/watch?v=amydUBQts20

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşdə qanı ilə şanlı tarix yazan igid oğul, ruhun şad olsun!

“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Emin Ağazadənin xatirəsi yad edilir
“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Emin Ağazadənin xatirəsi yad edilir
“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Emin Ağazadənin xatirəsi yad edilir
“Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Emin Ağazadənin xatirəsi yad edilirскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...