Anons

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Dünən, 11:26- Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT

Dünən, 10:39- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 09:58- “Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir - TƏFƏRRÜAT

Dünən, 09:34- "Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb" - ETİRAZ VAR...

Dünən, 09:09- Biz təbiəti qorumalıydıq, təbiət özünü bizdən qorumağa çalışır - "Ayıb"ımızı sel yuyur, gün qurudur...

Haqqımızda Əlaqə

Orduya könüllü çağırılan tələbələrə güzəşt ediləcək - QƏRAR

Tarix:24-12-2020, 15:19

Orduya könüllü çağırılan tələbələrə güzəşt ediləcək - QƏRAR Nazirlər Kabineti “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli 76 nömrəli və “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Ölkədə elan olunmuş hərbi vəziyyət və qismən səfərbərliklə əlaqədar cari ilin sentyabr-dekabr aylarında məzun olması nəzərdə tutulan və orduya cəlb olunan ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin təhsilində bir sıra çətinliklər yaranıb.

Məlum olduğu kimi, cari ilin 27 sentyabr tarixində Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri qətiyyətli əks-hücum əməliyyatlarına başlayıb. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilmiş və bir qrup ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər ordunun komplektləşdirilməsinə cəlb olunublar. Həmin şəxslərin arasında normativ müddətdə ali və orta ixtisas təhsili müəssisələrini bitirə bilməyən bəzi tələbələr də vardır. 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin döyüşlərin dayandırılması barədə imzaladığı birgə bəyanatdan sonra həmin şəxslərin geri qayıtması nəzərdə tutulur.

Eyni zamanda qeyd etmək lazımdır ki, “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 may tarixli 179 nömrəli qərarı ilə bir sıra sənədlərə dəyişikliklər edilib və tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunublar. Həmin qərarın qüvvədə olma müddəti oktyabr ayının 1-nə qədər olub. Lakin, bir qrup tələbələr, o cümlədən hərbi vəziyyət və qismən səfərbərliklə əlaqədar cari ilin sentyabr-dekabr aylarında məzun olması nəzərdə tutulan və orduya cəlb olunan ali və orta ixtisas təhsili müəssisələri tələbələri, məlum səbəblərdən həmin müddətdə yekun dövlət attestasiyadan keçə bilməyib.

Nazirlər Kabinetinin qeyd olunan qərarı qüvvədən düşdüyünə görə və qismən səfərbərlik nəticəsində orduya cəlb olunmuş şəxslərin təhsil problemlərinin aradan qaldırılması ilə əlaqədar aşağıdakı qərarlarda dəyişiklik edilməsi zərurəti yaranıb:

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”.

Qeyd olunan normativ sənədlərdə təklif edilən dəyişikliklərin qəbul olunması ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrində buraxılış kurslarında təhsil almış, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəq qiymət almış və müəyyən səbəbdən yekun dövlət attestasiyasından keçməmiş, qismən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılan hərbi vəzifəli tələbələr təhsil müddətində əldə etdiyi nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunacaqlar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...