Anons

Dünən, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Dünən, 22:59- Oliqarx İsmayılovun oğlu atalıq testi - DNT-dən keçməkdən yayındı – ŞOK GƏLİŞMƏ

Dünən, 22:44- Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 22:25- Əhmədlidə parkda ağacları kəsib yerində obyekt tikirlər - FAKT

Dünən, 20:21- Saleh Məmmədovun biznes imperiyası - SİYAHI

Dünən, 16:59- Azərbaycanda ilk dəfə aşıq musiqisinin kamera orkestri ilə sintezi təqdim olunacaq – FOTO/VİDEO

Dünən, 16:31- Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Dünən, 15:44- Göyçayda camaatın içdiyi suyu NİYƏ ZİBİLLƏYİRLƏR? - Başçının adamı hər maşından 10 manat alır, zibili tökürlər...

Dünən, 15:13- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 14:22- Ya nazir yalan danışır, ya da Eşqi Bağırov - HƏQİQƏTƏN DƏ...

Dünən, 13:56- “Anadangəlmə fiziki-qüsurlu qızımın 3 il ala bilmədiyi pensiyasını vermirlər, borca-xərcə düşmüşəm” - MÜRACİƏT

Dünən, 13:51- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 13:06- Publik hüquqi şəxs yaradılır: Səhiyyə Nazirliyi və TƏBİB BİRLƏŞDİRİLİR - İDDİA

Dünən, 12:28- Azərbaycanda əxlaqsızlığı təbliğ edən səhifə faliyyətə başlayıb - 6 manata intim təklif (FOTOFAKT)

Dünən, 11:52- Taksi bazarı silkələnir: AZ QALDI... BAHALAŞMA OLACAQ... - GƏLİŞMƏ

Dünən, 11:26- Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilib - TƏFƏRRÜAT

Dünən, 10:39- "Deyir ki, yaxşı eliyirəm EVİNİZİ BAŞINIZA UÇURURAM" - GİLEY

Dünən, 09:58- “Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir - TƏFƏRRÜAT

Dünən, 09:34- "Ağrılarım günü-gündən şiddətlənməyə başlayıb" - ETİRAZ VAR...

Dünən, 09:09- Biz təbiəti qorumalıydıq, təbiət özünü bizdən qorumağa çalışır - "Ayıb"ımızı sel yuyur, gün qurudur...

Haqqımızda Əlaqə

"Küçəyə çıxanda səni cərimələyib, həbs edirlər"- Koronavirusa görə İtaliyadan qayıda bilməyən həmyerlimiz

Tarix:11-03-2020, 13:08

"Küçəyə çıxanda səni cərimələyib, həbs edirlər"- Koronavirusa görə İtaliyadan qayıda bilməyən həmyerlimiz
İtaliyanın Sapienza Universitetində təhsil alan İngilis dili müəllimi Turanə Hüseynova hazırda koronavirusa görə "Qırmızı zona" elan edilən ölkədən Azərbaycana qayıda bilmir.

Bu barədə axşam.az-a danışan T.Hüseynova vəziyyətin acınacaqlı olduğunu söyləyib:

"Buraya magistr təhsili almaq üçün gəlmişəm. Əslində, sentyabrdan dərslərə gəlməli idim, lakin Ləkidə dərs deyirdim deyə gecikdim. Noyabrdan buradayam. Hazırda burada bütün iş yerləri bağlanıb, "part-time" iş tapmaq çətindir. Əsas gəlir turizmdəndir, hazırda isə böhrandır. Otellər, restoranlar işə götürmür. Təhsil sektoru da həmçinin. Kurslar, bağçalar, universitetlər bağlanıb. İstədim ki, Azərbaycana qayıdam. Çünki pulum bitib, iş yoxdur və burada qalmağa bir səbəb yoxdur. Tələbələr üçün nəzərdə tutulan təqaüdlər isə hələ ki keçməyib. Pulun olmadığı halda burada karantin vəziyyətdə qalmaq dözülməzdir. İki il üçün nəzərdə tutulan təqaüd 10 min avrodur. Birinci il üçün isə 2500 avro nəzərdə tutulur. Hazırda blokada şəraitinə görə təqaüdlər verilməyib.

Koronavirusa görə maarifləndirici heç bir şey edilməyib, marketlərdə, apteklərdə növbə sistemi qurulub. Hər yerə növbə ilə girmək lazımdır. Çox vacib səbəblər olmasa, evdən çölə çıxmaq olmaz. Gələcək üçün marketlərin müəyyən saatlarla işləməsi nəzərdə tutulub. Çox ciddi səbəbin yoxdursa, küçəyə çıxanda səni cərimələyib, həbs edirlər. Xaosdur, hər şey çox qeyri-müəyyəndir. Burada yaşayan şagirdlərin çoxu ölkələrinə qayıtmaq istəyir, "Rynair" tipli ucuz hava yolları şirkətləri də uçuşları ləğv etdi. Azərbaycanın İtaliyadakı səfirliyi ilə əlaqə saxladım, burada yaşayan tələbələrə Azərbaycan hökuməti tərəfindən qarşılanan uçuş təşkil edilməsi üçün zəng etdim, əvəzində isə məndən yemək və su ehtiyacımın olub-olmadığı soruşuldu.

Elə bir sualdır ki, mən utanıb "ehtiyac yoxdur" demək məcburiyyətində qaldım. Köməyə ehtiyacımız var, miqrant deyilik. Necə ki, Çində yaşayan tələbələrə evakuasiya xidməti göstərildi, biz də eynisini tələb edirik. Bu halda qərib bir ölkədə az qala ev dustaqlığı yaşayırıq. Bizim üçün tək sağlamlıq deyil, maddi və psixoloji cəhətdən də kritik bir vəziyyətdir. Bura gəlmədən öncə ucqar kəndlərdən birində üç ilə yaxın müəllimə kimi çalışmışam, bacardığım qədər öz şagirdlərimə dəstək olmağa çalışmışam, çətin məqamlarda onları tək qoymamışam, hətta təhsil xərclərinə qədər belə əlavələr tapıb kömək olmuşam ki, təki həyatlarında bu yöndə məyusluq yaşamaq təcrübəsinə sahib olmasınlar. İndi də bir tələbə olaraq eyni dəstək və qayğını sizdən gözləyirəm".

Qeyd edək ki, Turanə hazırda Romadadır. O, Qaxın Ləkid kəndində İngilis dili müəllimi kimi çalışıb. Sosial mediada ucqar kənddə dərs deməyi ilə məşhurlaşıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...