Anons

Bu gün, 11:42- Arxitektura Komitəsində “təmizləmə“ – Sədr Ramin Abdullayevdən qurtulur?

Bu gün, 11:00- Yağış yağdı... `TƏMİZ` Binəqədi VENESİYAYA DÖNDÜ... - Amma gərək yağış yağmamaydı...

Bu gün, 10:23- `Canişin`in də ÖZ `CANİŞİN`İ var imiş... - Qara-qura işləri o görür...

Bu gün, 09:57- Sabunçu kimin qanunları ilə idarə olunur? - İTTİHAM VAR...

Bu gün, 09:23- Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? - İTTİHAM VAR...

Dünən, 21:53- "Camuətül Mustafa" - Universitet yoxsa terror təşkilatları üçün sosial resurs?

Dünən, 21:50- Sabiq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR

Dünən, 19:30- Leyla Əliyeva yaşıllıq salır, Nizami rayon başçısı Cəbrayılov isə... - FAKTLARIN dili ilə

Dünən, 17:56- Qaçaq sabiq səfirin Mehdiyevə gizli məktubu: ŞOK adlar, heyrətləndirən məlumatlar – TAM MƏTN

Dünən, 17:25- Oğuzda 10, Sabirabadda 50 hektar meşə fond torpaqlarını şumlatdıran Rauf Məmmədovun arxasında kimlər durur - İLGİNC FAKTLAR

Dünən, 14:23- Seçiciləri Nigar Arpadaraini tapa bilmir - DEPUTAT NİYƏ İNSANLARDAN GEN GƏZİR?

Dünən, 13:36- Məcnun müəllim fermerlərə SAHİB ÇIXMAZSA... - NARAZILIQ VAR...

Dünən, 12:52- " “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür" - GİLEY

Dünən, 10:40- Zeynal Bayramlının alnına yazılmış Ucar Xəstəxanası niyə yoxlanılmır? – TƏBİB-in gücü çatmır, yoxsa…

Dünən, 09:55- ""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..." - NARAZILIQ VAR...

5-05-2024, 19:36- Şəbnəm Tovuzlunun Hacısı: TENDER KRALI İMİŞ... - İLGİNC

4-05-2024, 16:49- Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb

4-05-2024, 15:15- Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı -VİDEO

4-05-2024, 14:14- Azərbaycanda sivilizasiyadan uzaq kənd: 370 ailə “ötən əsrdə” yaşayır - Camaat az qala göyərçin vasitəsilə xəbərləşir...

4-05-2024, 13:38- Əli Əsədov Türkiyəyə səfər edəcək

Haqqımızda Əlaqə

Azərbaycanda 16 avtovağzal bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb

Tarix:14-02-2020, 10:07

Azərbaycanda 16 avtovağzal bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb
Ölkədə qanunsuz fəaliyyət göstərən avtovağzallar sərnişinlərin həyatı üçün təhlükəlidir.

Bu barədə Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, 16 qanunsuz fəaliyyət göstərən avtovağzallar mövcuddur:

“Avtovağzallar və avtostansiyalar haqqında əsasnamələr mövcuddur və bu əsanaməyə uyğun olaraq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ölkədə fəaliyyət göstərən və müstəqil olan avtovağzalların hər birinə rəsmi fəaliyyət göstərmək üçün pasport təqdim edir. Bu sənəd avtobusların dayanması, giriş-çıxış nöqtəsinin təyin olunması və avtovağzal ərazisində olan kassaların qanuni fəaliyyət göstərməsi üçün nəzərdə tutulub. Təbii ki, bu pasportlarda müəyyən kriteriyalar var. Avtovağzallar və avtostansiya kompleksləri həmin o əsasnaməyə uyğun şəkildə, infrastrukturla təmin olunmalı, vətəndaşlar hər cür şərait yaradılmalı, kassadan biletlərin alınması təmin olunmalı və bu kimi bir çox işlər görülməlidir”.

N.Allahyarova qeyd edib ki, ölkədəki 56 avtovağzal və avtostansiya kompleksindən 16-sı tərəfimizdən pasportlarla təmin olunmayıb:

“Səbəb isə odur ki, həmin avtovağzallar pasportlar əldə etməyiblər. Buna görə də, DANX olaraq biz həmin avtovağzal və avtostansiya komplekslərinə bildiririk ki, əgər onlar bu şəkildə davam edərlərsə, cərimələnəcəklər. İlkin olaraq bu cərimə 1500 manat olacaq, ancaq onlar bilsinlər ki, bununla işlər yekunlaşmayacaq. Cərimədən sonra da, rəsmi sənəd əldə etməsələr, fəaliyyətlərinə xitam veriləcək”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda sözügedən 16 kompleksin 10-unda pasportun təmin olunması ilə bağlı işlər görülür, artıq danışıqlar başlanılıb. Digər 6 avtovağzala isə ciddi xəbərdarlıq olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...