Anons

Bu gün, 14:29- “Starex”in qiymət fırıldağı: bizi belə aldadırlar - ŞOK FAKTLAR

Bu gün, 13:29- Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video

Bu gün, 12:40- İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Bu gün, 10:22- Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Bu gün, 10:04- "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Bu gün, 09:31- “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Bu gün, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

Dünən, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Dünən, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Dünən, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Dünən, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Dünən, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Dünən, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Dünən, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Dünən, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Dünən, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Dünən, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Dünən, 13:14- Rəisi kim idi?

Dünən, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Dünən, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Haqqımızda Əlaqə

Müharibədən əziyyət çəkən uşaqlarla bağlı hansı işlər görülür?

Tarix:2-03-2022, 10:42

Müharibədən əziyyət çəkən uşaqlarla bağlı hansı işlər görülür?
İl ərzində müharibədən zərər çəkən ailə və uşaqlarla müxtəlif proqramlar əsasında psixososial işin aparılması davam etdiriləcək. Yay aylarında Ağdam rayonu ərazisində iki icmada ailələrlə psixososial işin aparılması nəzərdə tutulur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (Şüvəlan, Goranboy, Ağdam, Göygöl, Qəbələ, İsmayıllı, Zaqatala, Zərdab, Sabirabad, Saatlı, Hacıqabul) fəaliyyəti nəticəsində 773 şəhid və qazi ailəsinə səfər edilib, ilkin psixososial qiymətləndirmə aparılmış və uşaqlara psixoloji dəstək göstərilib, ailənin ehtiyaclarına uyğun digər yardımlar da edilib və hazırda bu işlər davam etdirilir.

“BMT-nin Uşaq Fondu (UNİCEF) və “ASAN Könüllüləri Gənclər Təşkilatı İctimai Birliyi ilə birgə müharibədən zərər çəkən ailə və uşaqlarla psixososial dəstək işinin aparılması məqsədi ilə 2020-ci ilin noyabr ayından 2021-ci ilin may ayına qədər davam edən “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi Goranboy, Ağdam və Tərtər rayonlarında, eləcə də Gəncə şəhərində həyata keçirilib. Layihə çərçivəsində müharibədən zərər çəkən 1400-dən çox ailəyə səfər edilib, psixososial qiymətləndirilmə aparılıb, 2400 uşağın ilkin psixo-emosional vəziyyəti qiymətləndirilib, risk qrupunda olan uşaq və analarla fərdi və qrup terapiyası işi aparılıb.

Postmüharibə dövründə psixososial dəstəyin davam etdirilməsi məqsədilə, Ağdam rayonunun İmamqulubəyli kəndində 6-16 yaşlı 400 uşağın iştirak ilə 1 ay ərzində “Uşaq və yeniyetmələrə psixososial dəstəyin göstərilməsi” layihəsi çərçivəsində Komitə tabeliyində fəaliyyət göstərən Goranboy və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin psixoloq və sosial işçiləri layihəyə cəlb olunaraq uşaqların ilkin psixososial qiymətləndirilməsi əsasında yaş qruplarına müvafiq fərdi və qrup terapiyası aparılıb, inkişafetdirici məşğələlər, psixoloji treninqlər və inteqrativ oyunlar keçirilib. Həmçinin Göygöl UADM tərəfindən travma yaşamış uşaqların psixoloji və fiziki rifahına olan mənfi təsirin araşdırılması və ilkin psixososial yardımın göstərilməsi məqsədilə tədbirlər keçirilib. Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən şəhid və qazi ailələrindən olan 80 uşaqla təlim keçirilib”, – deyə məlumatda bildirilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...