Anons

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

24-04-2024, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

24-04-2024, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

24-04-2024, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

24-04-2024, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

24-04-2024, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

24-04-2024, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Haqqımızda Əlaqə

Həkim-stomatoloq Nigar Qazızadə: "Vaxtında olunan müdaxilə fəsadların qarşısını almaq deməkdir"

Tarix:24-01-2022, 13:53

Həkim-stomatoloq Nigar Qazızadə: "Vaxtında olunan müdaxilə fəsadların qarşısını almaq deməkdir"
- Nigar xanım, necə oldu ki, həkim oldunuz?

- Altı-yeddi yaşım olanda valideynlərim məni stomatoloqa apardı. Orada mənim dörd süd dişimi ağrı ilə çəkdilər. Çox böyük travma yaşadım. O gündən sonra 13 yaşıma qədər stomatoloqa getmədim. Dişlərim ağrısa da, valideynlərimdən gizlədirdim. Axırda çox şiddətli diş ağrım oldu. Məcburi surətdə, qorxa-qorxa həkimə getdim. Həmin həkim dişimi ağrısız müalicə etdi və mən həmin an qərara gəldim ki, stomatoloq olacağam. Anam da həkim olmağımı istəyirdi. Amma mən uşaqlıqda modelyer olmaq istəmişəm. Məhz o hadisədən sonra qərara gəldim ki, stomatoloq olum. Nəticə etibarilə, bu sahədə incəsənətin bir növü hesab olunur. Çünki biz dişləri gözəlləşdiririk.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Sizə daha çox hansı problemlərlə bağlı müraciətlər olur?

- Pasientlər daha çox diş ağrıları və ön hissədə estetik qüsurlarla bağlı müraciətlər edirlər. Bununla yanaşı, biz hər hansı bir qüsur gördükdə onu pasientə bildiririk və bu barədə xəbərdarlıq edirik.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Mən stomatologiyanın bütün sahələri ilə məşğul oluram. Çünki hesab edirəm ki, həkim pasientin ağız sağlamlığına görə bütünlüklə məsuliyyət daşımalıdır. Belə olduqda, həmin həkim pasientə daha uyğun müalicəni daha məsuliyyətlə icra edir.

- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?

- Bəli, mən mütəmadi olaraq yerli və xarici konfranslarda iştitak edərək öz biliyimi daha da təkmilləşdirirəm.

- Hansı yaş qrupuna aid pasientlərlə çalışırsınız?

- Bütün yaş qrupuna aid pasientlərlə çalışıram.

- Ailəlisinizmi?

- Ailəliyəm, iki övladım var.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- Pasientlərə gəlir mənbəyi kimi baxılıb, göstəriş olub-olmadan hansısa stomatoloji xidmətlərin tətbiq olunmasına "yox" deyirəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsləhət görürəm ki, yalnız dişləri ağıyanda deyil, hər altı aydan bir stomatoloqa müraciət etsinlər. Yoxlanışdan keçsinlər. Çünki vaxtında olunan müdaxilə gələcəkdə yarana biləcək ağır fəsadların qarşısını almaq deməkdir.

Əlaqə nömrəsi: (055) 607 11 01

Həkim-stomatoloq Nigar Qazızadə: "Vaxtında olunan müdaxilə fəsadların qarşısını almaq deməkdir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...