Anons

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

24-04-2024, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

24-04-2024, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

24-04-2024, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Haqqımızda Əlaqə

Ölkə başçısının işğaldan azad edilmiş rayonlara hər səfəri dövlətçiliymizi daha da möhkəmləndirir

Tarix:17-03-2021, 20:54

Ölkə başçısının işğaldan azad edilmiş rayonlara hər səfəri dövlətçiliymizi daha da möhkəmləndirir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Azərbaycan güclü dövlət­dir və onun güclü ordusu vardır”. Ölkə başçısının tövsiyələri, dövlətin iqtisadi inkişafının nəti­cə­si kimi Azərbaycanda ordu quruculuğu geniş miqyasda inkişaf etdirildi. Ölkədə geniş miq­yas­lı islahatlar həyata keçirildi, beynəlxalq təlimlər onun gücünə inamı da artırdı. Ordunun ən müasir döyüş texnikaları ilə, uçuş aparatları ilə, atıcı silahlarla təchiz edilməsi də onun döyüş hazırlığının yüksəldilməsini təmin etdi. İndi qürurlanırıq ki, ordumuz dünyanın ən güclü or­du­la­rı sırasındadır...

Ermənistanın torpaq iddiası Azərbaycana qarşı elan edilmədən başlayan müharibəyə səbəb oldu. Bu və ya digər səbəbdən Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etdi. Bu iş­ğal 28 il davam etdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ermə­nis­tan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyi işğalçı dövlətin danışıqlardan yayınması səbəbindən baş tutmadı. Ermənistan Azərbaycan ərazilərində müx­təlif üsullarla təxribatlar törətməyə cəhd göstərəndə hər dəfə ordu hissələrimiz bu cəhdlərin qarşısını qətiyyətlə alırdı. Belə bir cəhd 2020-ci ilin sentyabrın 27-də də oldu. Or­du­mu­zun his­sələri düş­mə­nin müxtəlif istiqamətlərdən hücumunun qarşısını aldı. Əks-hücum əməliyyatı baş­ladı. Bu əməliyyat Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əli­ye­vin əmri ilə Vətən mü­ha­ri­bəsi kimi davam etdirildi. 44 gün çəkən döyüşlər bir daha təsdiqlədi ki, işğal­çı­lı­ğın sonu yoxdu, vətənpərvərlik həmişə işğala qalib gəlir...

Vətən mühaibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Bu möhtəşəm zə­fər Ali Baş Komandanın sərkərdəlik qüdrətinin, Azərbaycan Ordusunun gücünün, əsgər və zabitlərin döyüş əzminin, qələbə ruhunun, azərbaycançılığın zəfəri oldu. Bu Zəfər Azərbay­ca­nın beynəlxalq nüfuzunu da yüksəltdi. Dünya ictimaiyyəti gördü ki, sərkərdəsi Cənab İlham Əliyev olan Azərbaycan Ordusu BMT-nin Təhlükəsizlik Şurasından da, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlərin nüfuzundan da güclüdür...

Seçicilərlə görüşlərimin birində yaşı yetmişi aşan ağsaqqal dedi ki, bu yaşımda o tor­paq­la­ra mən də gedəcəm. Gəzməyə yox, ev tikənlərə mədəd olmağa, bir işin qulpundan yapışmağa. Gedə bilməsəm gorum od tutub yanar. O ağsaqqal təkcə öz adından danışmırdı, əhatəsində olan­­­ların adından danışırdı. Bu gün əminliklə deyə bilərəm ki, həmin ağsaqqal da, onun əqidə qar­daş­ları da, övladları da işğaldan azad edilmiş kəndlərimizə uğur üstədi. Ölkə başçısının razılığı olanda onlar da quruculuq işlərinin iştirakçısı olacaqlar...

Vətən müharibəsində qazanılan qələbə xalqın qələbəsi idi. Xalq Azərbaycan Respubli­ka­­sı­nın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığı Zəfəri işğaldan azad edilmiş ərazi­lə­ri­miz­də quruculuq işləri ilə tamamlayacaq.

Azərbaycan Respublikasının Prezidentinin işğaldan azad edilmiş rayonlara hər səfəri həm ölkə başçısının ərazilərlə ətraflı tanış olması, həm də bu rayonların 30 il əvvəlki sakin­lə­ri­nə dövlət zə­manəti kimi yaşanılır. Bu səfərlərin hər biri ayrılıqda da, vəhdətdə də xalqın ina­mının dava­mı­dır: İşğaldan azad edilmiş şəhərlər, kəndlər yenidən qurulacaq, Böyük Qayıdış arzula­dı­ğımız səmtə yönəldəcək!..

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin martın 15-də Füzuli və Xocavənd ra­yon­larına səfəri də bu gerçəkliyin tərkib hissəsi oldu. Düşmənin uçurub-dağıtdığı ərazilərdə quruculuq işləri başlayacaq. Hər bir azərbaycanlı quruculuq işlərində yaxından işti­rak edəcək. Bu iştirakın necə olacağını vətəndaşın özü müəyyənləşdirəcək. Bu iştirakın ölçü va­hidi şüb­hə­siz ki, Vətən sevgisi olacaq. Beynəlxalq ictimaiyyət bir daha əmin olacaq ki, Azər­baycan öz tor­paq­larını işğaldan azad etməyə də, qorumağa da, düşmənin izini itirməyə də qadirdir. Dünya ictimaiyyəti bilir ki, Azərbaycanda düşmənin izi vandalizmdir, çox geniş miqyasda dağıntılardır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev səfər zamanı çıxışında dedi: “Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir – Zəfər yolu çə­ki­lir. Eyni zamanda, Bərdə - Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Hora­diz­dən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, bö­yük quruculuq işləri başlamıışdır”. Xalq ta qədimlərdən yolu uğur bilib, uğurlara vasitə bilib, iq­tisadi inkişaf bilib. Bünövrəsi qoyulan bu yol niyyət yolu olacaq.

Ölkə başçısının işğaldan azad edilmiş rayonlara səfərləri xalqa daha bir mətləb də yaşa­dır: şə­hərlər, kəndlər yenidən qurulacaq. 2016-cı il Aprel qələbəsindən sonra, strateji əhəmiy­yət­li Lə­lətəpə yüksəkliyinin azad edilməsi nəticəsində camaatın kəndə dönüşünə əlverişli şə­rait yarandı. 1993-cü ildə ermənilərin uçurub-dağıtdığı Cocuq Mərcanlı kəndi yaşayış üçün sakin­lə­rinə “Gəlin!” dedi. Bu çağırışın mənəvi harayı dövlətin qayğısı ilə gerçəkləşdi. Kənd tama­milə yenidən quruldu. İşğaldan azad edilmiş bütün kəndlər “Gəlin!” deyir...

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpasında görülən işlərlə tanış olarkən dedi: “Növbəti mərhələdə təqribən 100 əlavə ev, bəlkə ondan da çox, tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Bax Cocuq Mərcanlı kəndinin tarixi bundan ibarətdir, bu, doğrudan da, şanlı tarixdir. İşğaldan əziyyət çəkən kənd bərpa olunubdur. Azərbaycan öz torpaqlarının bir his­səsini işğalçılardan azad etdi. Bu, doğrudan da tarixi hadisədir və əminəm ki, Cocuq Mər­can­lı kəndinin gələcək həyatı uğurlu olacaq, xoşbəxt olacaq və kənd sakinləri buraya qayıtdıq­dan sonra həyat daha da canlanacaqdır”. Bu kəlamlar quruculuq işlərinin başlanğıcında deyil­miş­di, həm torpaqlarımızın işğaldan azad ediləcəyi inamı kimi səslənmişdi, həm də işğaldan azad ediləcək şəhərlərin, kəndlərin bütün infrastrukturlarla təmin edilməklə yenidən qurulaca­ğı­­na zəmanət kimi. Bu kəlamlar bir daha təsdiqləyirdi ki, Azərbaycanda insan amili həmişə dövlət üçün ən mühüm prioritet olub. İnsan amilinə belə yüksək diqqət bu gün də ali səviyyədə diqqət mərkəzindədir.

Artıq Cocuq Mərcanlı kəndi əvvəlki görkəmindən tamamilə fərq­lə­nir. İşğaldan azad edilmiş ərazilərdə bütün kənd­­lər Cocuq Mərcanlı kimi gözəl bir görkəmdə yenidən qu­ru­la­caq­, dün­ya­nın diqqətini çə­kə­cək­dir...

Ölkə başçısının Füzuliyə və Xocavəndə səfəri dünya ictimaiyyətinin də diqqətini çəkə­cək. Dünya ictimaiyyəti bir daha əmin olacaq ki, Azərbaycan işğaldan azad etdiyi yaşayış mən­tə­qə­lə­rində quruculuq işlərini böyük vətənpərvərlik məsuliyyəti ilə, böyük bəşəri duyğularla başla­yacaq və yekunlaşdıracaq.

Mən Millət Vəkili kimi bu səfərlərin ölkənin inkişafı baxımından hansı yüksək nəticələrə hesablandığını, vətəndaşlarda nə kimi xoş əhval-ruhiyyə yaratdığını, vətəndaşlıq duyğularını hansı səviyyədə yüksəltdiyini duyur, görür, eşidirəm. Seçicilərimin də belə düşündüyünə zər­rəcə şübhəm yoxdu. Dövlətə. dövlətçiliyə sədaqət hər birimizin əzəli vətəndaşlıq borcu­muz­dur. Biz işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin tempinə də, keyfiyyətlə başa çata­ca­ğına da əminik. Bu əminlik ölkə başçısına inamımızın əminliyidir...

Ölkə başçısı səfər zamanı çııxışında dövlətçiliyimizlə bağlı daha bir qürurverici mə­qam­dan söz açdı: “Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün tor­paq­larda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Koman­da­nı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğa­la­na­caq...”. Zəfər bu məqamın Zəfəridi! Bu Zəfər dövlət bayrağımızın Azərbaycanın ərazi bütöv­lü­­yünü əhatələməsinin Zəfəridir!

İctimaiyyət böyük coşqu ilə yaşadığı Zəfərin davamını da böyük ruh yüksəkliyi ilə yaşa­ya­caq. Ölkə başçısının qürurla dediyi “Füzulidən Şuşaya yol çəkilir – Zəfər yolu çə­ki­lir” kəlmələri qazanılmış Zəfərin qüdrətini hər birimizə bir daha yaşadır. Bu Zəfər tarixi Zəfərdir, de­məli, bu Zəfərin nəticəsi kimi işğaldan azad edilmiş ərazilərə belə səfərlər də tarixi sə­fər­lər­dir.

Azərbaycan Respublikasının Prezidentinin Füzuli və Xocavənd rayonlarına səfəri Zə­fərin davamıdır. Səfərdə birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirakını xalq ruh yüksəkliyi ilə yaşadı...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...