Anons

Bu gün, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

24-04-2024, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Haqqımızda Əlaqə

Azərbaycan Respublikasında prezidentlik institutu

Tarix:12-02-2020, 13:59

Azərbaycan Respublikasında prezidentlik institutu Azərbaycan dövlətçiliyinin inkişaf tarixində prezidentlik institutu 1990-cı ilin may ayında təsis edilmişdir. Hakimiyyətlərin bölünməsi prinsipi və prezidentlik institutunun dövlət idarəçilik sisemində yerinin müəyyənləşdirilməsinə dair müddəalar ilk dəfə 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş “Azәrbaycan Respublikasının Dövlәt Müstәqilliyi haqqında” Konstitusiya Aktında təsbit edilmişdir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xalqımızın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə dövlət quruculuğu prosesləri başlanılmışdır. Prezidentlik institutunun ölkəmizdə təşəkkülü və möhkəmlənməsi də Prezident Heydər Əliyevin şəxsiyyəti ilə bağlıdır. Seçkili milli liderin şəxsində güclü və sabit dövlət hakimiyyətinin bərqərar olması zərurəti iqtisadi, siyasi və sosial sahədə dəyişikliklərin ilk illərindən özünü göstərmişdir. Azərbaycan xalqının və Azərbaycan dövlətinin vəhdətini təcəssüm etdirməli olan prezidentlik institutunun modernləşmə xarakteri Azərbaycanda aparılan islahatların gedişində daha aşkar görünür.

Prezidenlik institutunun dövlət hakimiyyəti sistemində yeri Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəaları ilə müəyyən olunur. Belə ki, Ulu öndərimizin özünün birbaşa rəhbərliyi altında işləyən Dövlət Komissiyası tərəfindən mətni hazırlanaraq xalqın müzakirəsinə təqdim olunmuş və 1995-ci ilin 12 noyabrında ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin üçüncü bəndində dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edildiyi göstərilmişdir:

- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;

- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;

- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Konstitusiyanın 8-ci maddəsinə görə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin başçısıdır, 9-cu maddəsində isə Prezidentin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı olduğu təsbit edilmişdir. Azərbaycan Respublikası Prezidentinin dövlət başçısı və icra hakimiyyətinin başçısı kimi səlahiyyətləri 109-cu maddədə təsbit edilir və onun parlamentlə bir sıra istiqamətlər üzrə əlaqələrini, hökumətlə münasibətlərini, milli təhlükəsizliyin təmin edilməsi, xarici siyasət fəaliyyəti və digər sahələri əhatə edir. Göründüyü kimi, bu səlahiyyətlər həmçinin Prezidentin digər hakimiyyət qolları ilə qarşılıqlı münasibətlərini də müəyyən edir.

Məlum olduğu kimi, qəbul olunduğu vaxtdan Azərbaycan Respublikası Konstitusiyasının mətnində üç dəfə keçirilmiş ümumxalq referendumları (2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da) nəticəsi olaraq bir sıra dəyişiklik və əlavələr edilmişdir. Bu konstitusiya islahatları çərçivəsində prezidentlik institutunun təkmilləşdirilməsinə və ölkəmizdə uğurla reallaşan sürətli və innovativ inkişaf proseslərinə uyğunlaşmasına gətirib çıxarmışdır. Azərbaycanda dövlət idarəçiliyi sisteminin daha da inkişafı məqsədilə Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər onun Preambulasında əksini tapan niyyətlərin və prinsiplərin həyata keçirilməsinə yönəlmişdir.

Prezidentlik institutuna aid olan dəyişikliklərdən biri də Azərbaycanda ilk dəfə olaraq Vitse-prezidentlik institutunun yaradılması ilə bağlı olmuşdur. Vitse-prezidentlik institutunun yaradılması dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir. Bu institut ölkəmizdə yeni siyasi-hüquqi inkişaf mərhələsində əsaslı iqtisadi islahatların

aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması, qarşıda duran vəzifələrin reallaşdırılması baxımından əhəmiyyətlidir. Vitse-prezidentlik institutunun tətbiqi ölkəmizdə dövlət idarəçiliyi mexanizmlərinin daha da təkmilləşdirilməsinə imkan verəcək. Konstitusiyaya əlavə edilmiş 103-1-ci maddəyə əsasən Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Azərbaycan Respublikasının Vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixində imzaladığı müvafiq Sərəncama əsasən Birinci Vitse-prezident vəzifəsinə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Millət vəkili Mehriban Arif qızı Əliyeva təyin olunub. Təhlükəsizlik Şurasının iclasında Birinci Vitse-prezidenti təqdim edən Prezident İlham Əliyev Mehriban Əliyevanın uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynadığını, Yeni Azərbaycan Partiyasının sədr müavini, Milli Məclisin deputatı kimi çox böyük işlər gördüyünü, çox geniş beynəlxalq fəaliyyəti olduğunu, onun rəhbərliyi ilə Heydər Əliyev Fondunun nəinki Azərbaycanın, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrildiyini, ölkəmizdə keçirilmiş bir sıra qlobal tədbirlərin təşkilində xüsusi rol oynadığını, Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edildiyini vurğulamış, bu çoxşaxəli və uğurlu fəaliyyətinin Mehriban xanım Əliyevanın təyinatı ilə bağlı qərarın qəbul edilməsində əsas rol oynadığını göstərmişdir. İşə başladığı vaxtdan ötən müddətdə əldə olunan nailiyyətlər onu təsdiqləyir ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Birinci Vitse-prezidentlik institutu özünün funksional təyinatına uyğun olaraq ölkəmizdə idarəetmənin çevikliyi və səmərəliliyinin artırılması istiqamətində uğurla fəaliyyət göstərir.

Müasir dünyada prezidentlik institutu müxtəlif modellərə malik olmasından asılı olmayaraq dünyada artıq siyasi qüvvələrin mübarizəsindən yuxarıda dayanan, konstitusiyaya riayət edilməsinin, xalqın ehtiyac və istəklərinin təminatçısı və milli birliyin simvolu kimi qəbul edilir. Çoxlu sayda dövlətlərin idarəçilik sistemində prezidentlik institutu mövcud olmaqla, həmin dövlətlərin idarəetmə formalarından, tarixi dövlətçilik ənənələrindən, siyasi mədəniyyətindən və s. bir çox amillərdən asılı olaraq, hər bir dövlətdə hakimiyyət sistemində müxtəlif yerə, rola və xüsusiyyətlərə malikdir. Bu məsələlərin prezidentli və parlamentli respublikalar timsalında araşdırılması göstərir ki, həmin idarəçilik sistemlərində mövcud olan prezidentlik modellərinin əsas fərqləri prezidentin statusunda, seçilməsi qaydasında, hökümətin formalaşması üsulunda, parlamentlə qarşılıqlı əlaqələrində və s. öz ifadəsini tapır.

Prezidentlik institutu qısa müddət ərzində mövcud olmasına baxmayaraq müstəqil Azərbaycanın dövlət hakimiyyəti sisteminin əsas elemenltlərindən birinə çevrilə bilmişdir. Bu institut özünün təşəkkülü və inkişafında zamanın tələblərinə uyğun müasirləşərək, həyata keçirilən konstitusiya islahatları nəticəsində daha da təkmilləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Azərbaycan xalqı 2018-ci ilin 11 aprel tarixində keçirilmiş sonuncu prezident seçkilərində bir daha nümayiş etdirdi ki, Ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi və onun dövlətçilik kursunu zamanın tələblərinə uyğun olaraq yeni keyfiyyət səviyyəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birləşərək, onun daxili və xarici siyasətini hamılıqla geniş dəstəkləyir

Nurəddin İBRAHİMOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti kafedrası”nın müəllimİ,
siyasi elmlər üzrə fəlsəfə doktoruскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...