Anons

Bu gün, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

24-04-2024, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Haqqımızda Əlaqə

Kürdəmirdə ana və körpəsinin ölümünün TƏFƏRRÜATI

Tarix:24-02-2020, 15:29

Kürdəmirdə ana və körpəsinin ölümünün TƏFƏRRÜATI Azərbaycanın Kürdəmir rayonunun Şüşün kəndində ana və övladının ölümü çoxlu suallar doğurub. Faktla əlaqədar yaradılan istintaq-əməliyyat qrupu fevralın 22-də gecə baş verən faciəni aydınlaşdırmağa kömək edəcək məhkəmə-tibbi ekspertizasının nəticələrini gözləyir.

Həmin gün Şüşün kəndində quyudan Leyla Cəfərovanın (1998-ci il təvəllüdlü) cəsədi tapılıb. Evdə isə onun yaş yarımlıq oğlu Hilalın meyiti aşkarlanıb. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi başlanıb.
Qeyd edək ki, daha əvvəl mediada 1977-ci il təvəllüdlü Leyla Qəmbərovanın öldüyü barədə məlumat yayılmışdı. Faciənin bəzi təfərrüatları da məlum olub.

İlk olaraq bildirək ki, Cəfərova Leylanın qızlıq soyadıdır və o, 1998-ci il təvəllüdlüdür. L.Cəfərovanın cəsədi qayınanası tərəfindən tapılıb. Səhər saatlarında qadın dərinliyi bir metrdən bir az artıq olan quyudan su çəkmək istəyərkən gəlininin cəsədini tapıb.
Qayınanası L.Cəfərovanı quyudan çıxararaq süni tənəffüs tətbiq etməyə çalışıb, lakin bu, heç bir nəticə verməyib. Elə həmin vaxt körpə Hilalın öldüyü məlum olub.

Məlumdur ki, ana və uşağın cəsədlərində zorakı ölüm əlamətləri müəyyən edilməyib. Hadisə yerinə gələn kriminoloqlar L.Cəfərovanın əlində ölümlə nəticələnməyəcək kiçik kəsik izi aşkar ediblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları quyunu qurudublar və onun dibində vinil plastik parçası tapıblar. Suya yıxılan qadının bunun vasitəsilə kəsik yarası ala biləcəyi ehtimal edilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qətl ehtimalını da istisna etməyiblər, lakin indiyə qədər bu faktla bağlı heç kim saxlanılmayıb.

L.Cəfərovanın həyat yoldaşı Orxan Qəmbərov ilkin dindirmədə hadisə baş verən zaman yuxuda olduğunu və buna görə nə baş verdiyini bilmədiyini deyib. Kişinin dediyinə görə, onu yuxudan oyadaraq həyat yoldaşı və uşağının öldüyünü bildiriblər.

O vurğulayıb ki, arvadı həmişə daha əvvəl yuxudan qalxaraq səhər yeməyi hazırlayar, sonra isə onu oyadardı. L.Cəfərova və O.Qəmbərov əmi uşaqlarıdır. Onlar dörd il əvvəl evləniblər. Cəfərovanın valideynləri əslən Şüşün kəndindən olsalar da, Kürdəmir şəhərində yaşayırlar.

Uşağa gəlincə, əldə edilən məlumatlara görə, o, bağırsaq keçməzliyindən əziyyət çəkirdi və bir müddət əvvəl əməliyyat olunub. Son aylarda uşaq özünü yaxşı hiss edib. Kənd sakinlərinin sözlərinə görə, ölümündən bir gün əvvəl Hilal babası ilə evin yaxınlığında topla oynayıb.
Qonşular Leyla Cəfərova və Orxan Qəmbərovun bir-biri ilə yaxşı münasibətdə olduğunu deyiblər. Yerli sakinlər onları sakit ailə kimi tanıyıb.

Qeyd edək ki, ana və uşağın yumşaq toxumalarının və qanının nümunələri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin histoloji laboratoriyasına göndərilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...