Anons

Bu gün, 17:07- Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT - FOTO

Bu gün, 16:39- "Əlimi yumağa gedə bilmirəm. Belə insafsızlıq olmaz..." - ETİRAZ VAR...

Bu gün, 16:12- İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər - GİLEY

Bu gün, 15:37- Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Bu gün, 15:14- Ölkənin ən böyük aqrar şirkətində daha bir dəyişiklik oldu - TƏFƏRRÜAT

Bu gün, 14:26- "ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR..." - "General olduğum üçün məni qurban seçdilər..."

Bu gün, 13:58- Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edilib - Ceyhun Cəlilovun İLK Sərəncamı

Bu gün, 13:34- "43 sot pay torpağımız var, onu da əkib-becərə bilmirik..." - NARAZILIQ VAR...

Dünən, 14:16- Namiq Yusifov 6 saylı Ekologiya idarəsinin ərazilərində ekoloji terroru davam etdirir - ARAŞDIRMA

Dünən, 11:47- Məleykə Abbaszadə ilə Emin Əmirullayevin QOVĞASI - zərbə kimə dəyir?

Dünən, 10:57- Gəncə xəstəxanasında MÜBHƏM ÖLÜM... - niyə ört-basdır edilir?

Dünən, 10:19- Naxçıvan müəllimləri 3 ildə 2 dəfə imtahan verməyə məcbur edilir – BU AYRI-SEÇKİLİYİN SƏBƏBİ NƏDİR?

Dünən, 09:47- Neftçilərin xaotik yerdəyişməsi KİMİN MARAĞINDADIR? - BU NƏDİ BELƏ?!

Dünən, 09:22- Fransada içməli suda təhlükəli bakteriyalar aşkarlanıb

24-04-2024, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

24-04-2024, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

24-04-2024, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

24-04-2024, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

24-04-2024, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

24-04-2024, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Haqqımızda Əlaqə

AzTV-də sensasion istefa – “Xəzər”ləşən televiziyanın rəhbərliyinin planı nədir?

Tarix:11-12-2019, 11:28

AzTV-də sensasion istefa – “Xəzər”ləşən televiziyanın rəhbərliyinin planı nədir? Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Texniki İstehsalat Birliyinin direktoru Arzu Abdullayev öz ərizəsi ilə işdən kənarlaşdırılıb. Qeyd edək ki, A.Abdullayev ölkədə televiziyanın texniki parametrlərini yüksək səviyyədə bilən yeganə mütəxəssislərdən sayılır. Onun yerinə isə Xəzər Televiziyasında çalışan Elnur Əliyev gətirilib.

İlkin ehtimallara görə, tender komissiyasının rəhbərlərindən biri olan A.Abdullayevin işdən uzaqlaşdırılması ilə AzTV sədri tender məsələlərinə nəzarəti də bütünlüklə yaxınlarına həvalə edir.

KONKRET.az-a açıqlamasında Arzu Abdullayev bu barədə ətraflı danışmaq istəmədiyini vurğulayıb.

Məsələyə televiziyanın mətbuat xidmətindən münasibət öyrənməyə çalışsaq da, xidmətin rəhbəri Mübariz Aslanov ölkə xaricində olduğundan bundan xəbəri olmadığını və ona görə də suala tam cavab verə bilməyəcəyini bildirib.

Yeri gəlmişkən, bir neçə ay bundan əvvəl Texniki İstehsalat Birliyinin direktor müavini Knyaz Mehdiyev və oğlu da eyni gündə işdən kənarlaşdırılmışdılar. Artıq AzTV sədri haqqında Prezident İlham Əliyevə müraciət olunub.

Göründüyü kimi, Rövşən Məmmədovun əksər kadrları Əli Həsənova yaxın olan şəxslərdən, o cümlədən “Xəzər” Televiziyasında işləyənlərdən ibarətdir.

KONKRET.az xatırladır ki, sədr Rövşən Məmmədovun həyat yoldaşı Günel Məmmədova da “Xəzər” Televiziyasında çalışır. Görünən odur ki, Əli Həsənov vəzifəsindən kənarlaşdırılsa da, onun kadrlarının yerləşdirilməsi prosesi davam edir. Rövşən Məmmədovun hansı məqsəd daşıdığını isə müvafiq orqanlar dəqiqləşdirsə, daha yaxşı olar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...