Anons

Bu gün, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Bu gün, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Bu gün, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Bu gün, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Bu gün, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Bu gün, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Bu gün, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Bu gün, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Bu gün, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Bu gün, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Haqqımızda Əlaqə

İbtidai sinif müəllimi Günel İbrahimova:"Ağlıma gəlməzdi ki, işim bütün həyatım olar"

Tarix:12-12-2023, 23:56

İbtidai sinif müəllimi Günel İbrahimova:"Ağlıma gəlməzdi ki, işim bütün həyatım olar" - Günel xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Bu sahəyə gəlməyim təsadüf oldu desəm,yalan olmaz.Əslində uşaqlıq arzum həkim olmaq idi, amma sonradan ingilis dili tərcüməçilik ixtisasına marağım hədsiz oldu. Amma ixtisas seçimini təsdiq edərkən,qərar dəyişdim. Çünki uşaqları hədsiz sevirdim, onlar dünyanın ən məsum,günahsız varlıqları olduğu üçün,həyatda ətrafımı məsumluq əhatə etsin deyə,bu peşəni seçdim.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Pedaqoji fəaliyyətimin 11-ci ilidir.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- İnnovativ və eyni zamanda ilkləri, bənzərsizlikləri,fərqlilikləri sevən biri kimi sahəmdə daim yeniliklər,fərqliliklər etməyə çalışıram. Dəfələrlə müxtəlif müsabiqələrdə qalib olmuşam. Təlimlərdə iştirak etmişəm. Çox sayda sertifikatlarım var.  Müxtəlif innovativ üsullarla təşkil edirəm dərslərimi. ETN Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibiyəm. İslahatçı gənclər birliyi tərəfindən "İlin fəal müəllimi" elan edilmişəm. "Mən böyüyürəm,insanlar!" adlı kitab müəllifiyəm. Hekayələrdən ibarət 2-ci kitabım çapa hazırlanır. Sertifikasiya imtahanında test mərhələsindən 50, müsahibədən isə maksimum olan 40 bal toplamışam. Hazırda "Anaya sevgi,Dünyaya sevgi " adlı layihəmi icra edirəm. Fərqli metodlarla,qeyri-standart dərslər təşkil etmişəm dəfələrlə. Kitabım Elmlər akademiyasının Uşaq ədəbiyyatı şöbəsi tərəfindən bəyənilib,müzakirə olunub. Şagirdlərə, peşəmə olan sevgimin böyüklüyündən daim axtarışdayam,özümü inkişaf etdirmək üçün yorulmadan çalışıram.

- İş prinsipiniz nədən ibarətdir?

- Psixoloji təsirin gücünə,sevginin gücünə hədsiz inancı olan biri kimi,dərslərimi sevgi ilə keçirəm. Düşünürəm ki,zorla gözəllik olmadığı kimi,məcbur etməklə,qorxutmaqla,cəza verməklə də uzunmüddətli nəticə əldə edə bilmək imkansızdır. Bu ürəkaçan nəticə verməz. Mən təhsilin daimi inkişaf tələb edən bir sahə olduğunu qəbul edən biri kimi,təhsildə nəzarətin də daimi təmin olunmasının tərəfdarıyam. Şagirdlərə  nə öyrətsəm belə sevgi ilə öyrədirəm. Mənim üçün əsas olan şagirdin ilk növbədə müəllimi sevməsi,daha sonra dərsə,fənnə,oxumağa,məktəbə sevgisinin yaranmasıdır. Çünki şagird müəllimi sevməzsə,dərsi,oxumağı,məktəbi də sevməz.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- İbtidai sinif müəllimi olsa da peşəm,başqa siniflərin  şagirdləri də mənimlə rahat fikir paylaşımı edə bilirlər. Çünki onlara yoldaşlıq edə biləcəkləri,rahat olacaqları münasibəti yaradıram. Son zamanlar daha çox ixtisaslar,hansı peşəni seçmək daha yaxşı olar deyə müzakirə etmək,məsləhət almaqla bağlı müraciət edir şagirdlər mənə. Öz sinif uşaqlarımın daha çox müraciəti isə layihəmizdən dolayı nə zaman hədiyyə alacaqları, kimin nə qədər ürək qazandığı,kimin daha çox ürək itirməsi ilə bağlı olur.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Bir mütəxəssis olaraq şiddətə və yalana yox deyirəm. İkisi də insanlığın,mənəviyyatın,bəşəriyyətin,milli-mənəvi dəyərlərin məhvi deməkdir, fikrimcə.

- Xarakter olaraq necə birisiniz?

- Xarakter olaraq mülayim,ünsiyyətcil,qarşımdakılara qarşı olduqca səbrli,peşəsini sevən,pozitiv,çalışqan,innovativ,məqsədli,çətin olan hər şeyi sevən,fərqliliyi sevən,nə istədiyini bilən,israrlı,bir az inatçı, tez inanan,dostcanlı,etibarlı,yalanı bağışlamayan,tez inanan,qarşındakına dəyər verən,sahiblənən biriyəm.

- Ailəlisinizmi?

- Hazl-hazırda ailəli deyiləm. 2 övladım var. Biri 8,biri 7ci sinif şagirdləridir. Hər ikisi dərs əlaçısıdır.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxucularızama demək istəyirəm ki,həyatdan nə istədiyini bilən,məqsədli,istəyinə doğru qarşısına çıxan bütün maneələri yorulmadan,inancla dəf etməyi bacaran olsunlar! Pozitiv qalsınlar. Həyata bütün şərtlər altında,hər   şeyə inat gülümsəyin ki,o da sizə gülümsəsin!

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,işim bütün həyatım olar,mən təmənnasız sevgi leysanına tutularam..

İbtidai sinif müəllimi Günel İbrahimova:"Ağlıma gəlməzdi ki, işim bütün həyatım olar"
İbtidai sinif müəllimi Günel İbrahimova:"Ağlıma gəlməzdi ki, işim bütün həyatım olar"
İbtidai sinif müəllimi Günel İbrahimova:"Ağlıma gəlməzdi ki, işim bütün həyatım olar"
İbtidai sinif müəllimi Günel İbrahimova:"Ağlıma gəlməzdi ki, işim bütün həyatım olar"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...