Anons

Bu gün, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Bu gün, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Bu gün, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Bu gün, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Bu gün, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Bu gün, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Bu gün, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Bu gün, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Bu gün, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Bu gün, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Bu gün, 13:14- Rəisi kim idi?

Bu gün, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Bu gün, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Bu gün, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Bu gün, 10:16- Qusardakı özbaşınalığa görə nazir sorğu-sual ediləcək? - "1 nömrəli sorumlu Muxtar Babayevdir..."

Bu gün, 09:45- Arzu Əzizovun Xızıdakı özbaşınalıqlarının həddi-hüdudu yoxdu – MÜRACİƏT

Bu gün, 09:27- Qidamız təhlükəli ola bilər... amma Təhməzlinin şəxsi biznesi... - İLGİNC FAKTLAR

Bu gün, 08:40- İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...

Bu gün, 08:08- Şəkidə Şəhid anası ÇARƏSİZ DURUMDA - MÜRACİƏT

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Haqqımızda Əlaqə

Kəmaləddin Heydərovun işdən çıxardığı rəis işə bərpa və maaşını tələb edir - 26 illik mübahisə

Tarix:13-12-2023, 22:23

Kəmaləddin Heydərovun işdən çıxardığı rəis işə bərpa və maaşını tələb edir - 26 illik mübahisə Xudafərin Gömrük İdarəsinin rəisi vəzifəsində işləmiş Qara Məmmədov Dövlət Gömrük Komitəsini məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, keçmiş rəisin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. İş hakim Miminat Hacıbəyovanın icraatındadır. İşin mahiyyəti əmək məsələləri üzrə mübahisələrdən ibarətdir.

Qara Məmmədov 1993-1997-ci illərdə Xudafərin Gömrük İdarəsinin rəisi vəzifəsində işləyib. Həmin vaxt DGK-nın sədri hazırda fövqəladə hallar naziri vəzifəsində çalışan Kəmaləddin Heydərov olub. Əldə etdiyimiz məlumata görə, Qara Məmmədov onun əmri ilə tutduğu vəzifədən azad edilib.

Bildirilir ki, keçmiş rəisi Kəmaləddin Heydərovun bu addımını qanunsuz hesab etdiyindən işə bərpa və əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

Qara Məmmədov məhkəmə çəkişməsindən qalib ayrılıb. Onun işə bərpa edilməsi və maaşının ödənilməsi barədə qərar çıxarılıb. Lakin DGK bu günə qədər məhkəmə qərarını icra etməyib. Qara Məmmədov qərarın icrası üçün bütün hüquqi yollara baş vursa da, nəticəsi olmayıb.

Məlumata görə, o, nəhayət, Baş Prokurorluğa müraciət edərək faktla bağlı Cinayət Məcəlləsinin 306 (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) və 314-cü (Səhlənkarlıq) maddələri ilə cinayət işinin başlanmasını xahiş edib.

Məlumat üçün deyək ki, Xudafərin Gömrük İdarəsi 2019-cu ildə ləğv edilib. Bu qurumun, eyni zamanda Astara, Biləsuvar, Şirvan, gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi yaradılıb.

Qara Məmmədov özü hazırda vəkillik fəaliyyəti ilə məşğuldur.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...