Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Azərbaycan və Serbiya arasında Saziş imzalanıb

Tarix:7-04-2022, 13:48

Azərbaycan və Serbiya arasında Saziş imzalanıb “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikası Hökuməti adından əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev və Serbiya Respublikası Hökuməti adından Serbiyanın əmək, məşğulluq, veteranlar və sosial işlər naziri xanım Dariya Kisiç Tepavçeviç imzalayıblar.

Nazirlikdən verilən xəbərə görə, videokonfrans formatında keçirilən imzalanma mərasimində Sahil Babayev Azərbaycan və Serbiya dövlət başçılarının siyasi iradəsi və səyləri ilə iki ölkə arasında əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

O, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə aparılan geniş miqyaslı sosial islahatları qeyd edib.

Sosial təminat sisteminin gücləndirilməsi və innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar aparıldığını bildirib.

Sahil Babayev iki ölkə arasında bir çox sahələrdə, o cümlədən əmək və sosial təminat sahəsində əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadiləsinin həyata keçirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

O,.Tepavçeviçin ötən ilin iyul ayında Azərbaycana səfəri çərçivəsində nazirliklər arasında imzalanmış “Əmək, məşğulluq və sosial müdafiə sahəsində Anlaşma Memorandumu”nun ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb.

Yeni imzalanmış Sazişin də əməkdaşlığın genişləndirilməsi və fəal təcrübə mübadilələrinin həyata keçirilməsində önəmli rol oynayacağına əminliyini ifadə edib.

Tepavçeviç Serbiya və Azərbaycanın dost münasibətləri əsasında əlaqələrinin bu gün strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında daim genişlənən əlaqələrin artıq əmək, məşğulluq və sosial müdafiə sahələrini da əhatə etməyə başladığını və gələcəkdə iki nazirliyin əməkdaşlığının daha da genişlənəcəyinə əminliyini qeyd edib.

İmzalanan Saziş iki ölkə vətəndaşlarının pensiya hüquqlarının təmin olunması baxımından mühüm önəm kəsb edir. Sənəd Azərbaycan və Serbiya vətəndaşlarının bu dövlətlərin ərazisində qazanmış olduqları pensiya və sosial sığorta üzrə digər hüquqlarının tanınması və qorunması mexanizmlərini müəyyən edir.

Saziş həmin istiqamətlər üzrə tərəf dövlətlərin səlahiyyətli orqanları arasında əməkdaşlığın müvafiq hüquqi çərçivədə həyata keçirilməsinə şərait yaradır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...