Anons

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Jurnalistika fakültəsində dəyirmi masa keçirilib

Tarix:28-02-2020, 12:49

Jurnalistika fakültəsində dəyirmi masa keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan dekan müavini Samir Mirzəyev faciənin XX əsrin ən dəhşətli hadisələrindən biri olduğundan, Erməni silahlı dəstələrinin Xocalıya hücum edərək günahsız dinc əhaliyə divan tutmasından bəhs edib.

Tədbirdə çıxış edən politoloq, “Trend” informasiya agentliyi baş direktorunun müavini Arzu Nağıyev beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə qanlı faciə kimi daxil olan Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşında silinməz izlər qoyduğunu bildirib. Politoloq XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu deyib. A.Nağıyev tələbə-jurnalistləri həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb.

Dünya Axıska Türkləri Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Məmməd Şamilov isə çıxışında bu tarixi hər bir vətəndaşın xüsusilə gənclərin bilməsinin vacibliyini vurğulayıb: "Bu hadisələr Azərbaycan Respublikasının ərazi bütövlüyü, xalqın müstəqillik yolunda apardığı mübarizənin əsası kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlanmalıdır".

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, professorlar Cahangir Məmmədli, Nəsir Əhmədli Xocalı soyqırımının dünyada tanınması istiqamətində imzalanmış mühüm dövlət sənədlərini xatırladıblar və bu işdə gənclərin üzərinə düşən vacib məqamları diqqətə çatdırıblar.

Sonda fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...