Anons

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Binəqədi rayonunda RİH və Aİİ təşkilatçılığı ilə abituriyentlərlə növbəti görüş keçirilib

Tarix:14-02-2020, 17:00

Binəqədi rayonunda RİH və Aİİ təşkilatçılığı ilə abituriyentlərlə növbəti görüş keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə institutun abituriyentlərlə növbəti görüşü Binəqədi rayonunda keçirilib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev çıxışında milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər bir vətəndaşın, xüsusilə də gənclərin üzərinə düşən vəzifə olduğunu vurğulayıb. Ş.Gülverdiyev ölkədəki mövcud ictimai-siyasi sabitlik, onun dəyərləri və bu istiqamətdə görülmüş işlər barədə danışıb. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.

Aİİ-nin rektoru Ceyhun Məmmədov Ulu Öndər Heydər Əliyevin strateji kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində apardığı islahatlar haqqında danışıb. Qeyd edib ki, bu istiqamətdə atılan addımlar Azərbaycan xalqının xoş gələcəyinə xidmət göstərəcək səviyyədə uğurla davam etdirilir. Bu sahədə görülən genişmiqyaslı işlər ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə gətirib çıxarır.

C.Məmmədov tədbir iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti haqqında geniş məruzə edib. O, İnstitutun yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr və beynəlxalq əlaqələri barədə məlumat verib. Tələbə-müəllim münasibətlərindən bəhs edən rektor gənclərin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün ali təhsil müəssisəsində lazımi şərait yaradıldığını nəzərə çatdırıb.

Aİİ İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov tədris olunan fənlər, ixtisaslar haqqında məlumat verib. İnstituta qəbul olunacaq abituriyentlərin bütün dinlər haqqında dərin biliklərə sahib olacaqlarını bildirib. Qeyd edib ki, ali təhsil müəssisəsində dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahəsində dərin biliyə malik alimlər tərəfindən aparılır.

Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. Qeyd edib ki, İnstituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.

Görüşün sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Binəqədi rayonunda RİH və Aİİ təşkilatçılığı ilə abituriyentlərlə növbəti görüş keçirilib
Binəqədi rayonunda RİH və Aİİ təşkilatçılığı ilə abituriyentlərlə növbəti görüş keçirilib
Binəqədi rayonunda RİH və Aİİ təşkilatçılığı ilə abituriyentlərlə növbəti görüş keçirilib
Binəqədi rayonunda RİH və Aİİ təşkilatçılığı ilə abituriyentlərlə növbəti görüş keçirilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...