Anons

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

“Nə qədər ki, eşşəklərin bizə rəhbərlik etməsinə icazə verəcəyik, biz özümüz də anqıran eşşək olacağıq” - Mxitaryan

Tarix:11-03-2024, 10:37

“Nə qədər ki, eşşəklərin bizə rəhbərlik etməsinə icazə verəcəyik, biz özümüz də anqıran eşşək olacağıq” - Mxitaryan “Nikol Paşinyan heç vaxt erməni xalqını qürurlu saymayıb və saymayacaq da. Paşinyan üçün xalq hakimiyyəti ələ keçirmək, onun faydalarından istifadə etmək və bütün mümkün qənimətləri ələ keçirmək vasitəsi idi”.

Bu sözləri erməni prodüser, ictimai xadim Ruben Mxitaryan deyib.

O jurnalistlə söhbətində daha sonra vurğulayıb:

“Əgər 2018-ci ildə Ermənistanın ən yaxşı ssenaristlərini toplayıb onlara desəydiniz ki, ölkəmiz üçün “Armagedon” ssenarisini yazın, bu gün Ermənistanın başına gələnlər heç kimin ağlına gəlməzdi. Xalqımızın başına bu fəlakətləri gətirən Nikol Paşinyan Allahdan qorxmur. Allahdan qorxan insan yalan danışmaz. O, yalnız bir şeydən qorxur: Qəddafi kimi ölməkdən. O və komandası çox ağlasığmaz işlər görüb.

Ona görə də Milli Təhlükəsizlik Xidmətini, güc strukturlarını, polisi özünə tabe etdirib.

Amma belə davam edə bilməz. Nə qədər ki, eşşəklərin bizə rəhbərlik etməsinə icazə verəcəyik, biz özümüz də anqıran eşşək olacağıq. Çünki eşşək ən çox işləyən heyvandır.

Bəli, bunlar eşşəkdir, amma axmaq deyillər, Aİİ-dən çıxa bilməyəcəklərini başa düşürlər. Nə qədər ki, konkretlik yoxdur, axmaq olmayan eşşəklər siyasi bəyanatlar verəcək, amma kəskin hərəkətlər etməyəcəklər.

Nikol Paşinyan hamını aldadaraq hakimiyyəti saxlayır. Dünya tarixində Paşinyan kimi ikinci “şəxsiyyət” yoxdur.

Qərbə üz tutmağınızla bağlı heç bir iddiam olmazdı, əgər desəydiniz ki, baxın, KTMT heç nə etməyib, amma ABŞ, Avropa filan zəmanət verir, Azərbaycana qarşı sanksiyalar tətbiq edir. Amma gördüyünüz kimi, bu, belə deyil”.

Mxitaryan daha sonra bildirib:

“Biz indi sahibsiz bir klounun əlindəyik. Təəssüf ki, bizimlə belə davranırlar.

Əminəm ki, xalqın əhəmiyyətli bir hissəsi Nikoldan bezib. Hər kəs indi yaxşı başa düşür ki, bütün geosiyasi mərkəzlərdə Ermənistanla bağlı müxtəlif ssenarilər yazılır. Burada vacib olan erməni xalqının onlarda hansı rolu oynayacağıdır. Ermənistanın və erməni xalqının yeni liderlərə ehtiyacı olduğu faktdır. Siyasi isteblişmenti yeniləməyin vaxtı çatıb. Erməni siyasi fikri və dövlət xadimləri dərk etməlidirlər ki, Ermənistana yeni missiya və yeni ideologiya lazımdır, onun ətrafında ağıllı, vətənpərvər insanlar birləşməlidir. Əgər ambisiyalarımızdan vaz keçməsək, ya dövlətimiz olmayacaq, ya da Nikol asfalt yollarla bizi cəhənnəmə aparacaq.

Hakimiyyət hər şeyi qurban verməyə hazırdır, sadəcə öz gücünü saxlamaq üçün. Bunun üçün o, heç nədən, o cümlədən müharibəyə qarışmaqdan belə çəkinməyəcək. Çünki Nikol gördü ki, bir dəfə müharibədə uduzsa da, yenidən seçilib. Əksi sübut olunana qədər o, belə düşünəcək. Buradan qətiyyətlə deyirəm, Ermənistan Respublikası 2018-ci il mayın 8-də mövcudluğunu dayandırıb. İndi Nikol Paşinyan adına bir dövlət var”.(KONKRET)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...