Anons

Bu gün, 13:29- Nizami rayon başçısı COP29 ərəfəsində "yaşıl genosidə" göz yumur - Real sübutlar/Foto+Video

Bu gün, 12:40- İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib

Bu gün, 10:22- Daha bir məktəbin direktoru vəzifəsindən azad edildi - ƏMR

Bu gün, 10:04- "Qəza baş verərsə, 20 neftçi xəsarət ala, ölə bilərdi..." - TƏHLÜKƏ YENƏ DƏ QALIR, AMMA...

Bu gün, 09:31- “Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Bu gün, 08:37- Əmlak Məsələləri Dövlət Xidməti adlı BAZAR - İTTİHAM VAR...

Dünən, 20:53- İlham Əliyev Ərdoğanla telefonla danışdı

Dünən, 20:37- İranda bu tarixdə prezident seçkiləri keçiriləcək

Dünən, 20:26- Parisdən Bakıya kompliment ünvanlandı, amma... - NƏ BAŞ VERİR?

Dünən, 18:43- Sosial mediada yayılan DƏLƏDUZLUQ - NƏ ETMƏLİ?

Dünən, 17:43- "Yerli məmurlar bu sevinci bizə çox bildilər..." - NARAZILIQ VAR...

Dünən, 17:20- «Uzun Ömür»ün «İvanovna» məhsulu MARQARİNLƏ HAZIRLANIRMIŞ - İLGİNC FAKT

Dünən, 17:07- Qarabağ Universitetinə rektor təyin olundu

Dünən, 16:22- Naziri kimlər aldadıb? - İTTİHAM VAR...

Dünən, 15:44- 8 yaşında məcburi köçkün düşmüşdü, Xankəndiyə prokuror təyin edildi - Foto

Dünən, 14:52- Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -MƏŞHUR NEFT MAQNATI YENİDƏN DÜNYA MEDİASININ HƏDƏFİNDƏ

Dünən, 13:14- Rəisi kim idi?

Dünən, 12:47- Bəzi bələdiyyələr qadağan olunmuş torpaqları SATIR - Vətəndaşlar təzminat ALA BİLƏR?

Dünən, 12:03- Nargilə Qafarovanın Şəki Uşaq İncəsənət Məktəbindəki qanunazidd halları gizlətməkdə marağı nədir

Dünən, 10:39- İlham Əliyev Xameneyiyə başsağlığı verdi

Haqqımızda Əlaqə

Azərbaycan XİN Fransa səfirinə etiraz notası verib

Tarix:31-08-2023, 13:00

Azərbaycan XİN Fransa səfirinə etiraz notası verib
31 avqust 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı, Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Fransa tərəfinin bu addımlarının Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə olmaqla yanaşı, ölkəmizin beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı qəsd olduğu vurğulanıb.

Qeyd olunub ki, Ermənistanın yalan və manipulyasiya kampaniyasına alət olan bu təxribatçı əməllər bölgədə vəziyyətin gərginləşməsinə yönələn və Fransa tərəfindən Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirən və son günlər daha da intensivləşən addımların növbəti nümunəsidir.

Azərbaycan tərəfi, beynəlxalq humanitar yardımın göndərilməsi ilə bağlı beynəlxalq hüquqi çərçivəyə zidd olaraq nümayişkaranə şəkildə Azərbaycan tərəfi ilə razılaşdırmadan, onun iradəsinin əksinə Azərbaycanın beynəlxalq tanınmış ərazisinə hər hansı bir ad altında yüklərin göndərilməsi cəhdini təxribatçı əməl kimi qiymətləndirib və buna qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın beynəlxalq hüquqla qorunan suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn, regionda beynəlxalq aktorların fəal səyləri ilə irəlilədilən kövrək normallaşma prosesini təhlükə altına alan addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...