Anons

Dünən, 19:55- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

Dünən, 19:32- `Pomidor oliqarxı`nın oğlu YENİ GÖRƏV TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 18:52- FHN hava ilə bağlı əhaliyə müraciət etdi

Dünən, 18:18- Əhali milyonlarla manatını banklardan geri çəkib, yastıq altına "yatırır" - NƏ BAŞ VERİR?

Dünən, 15:40- “Access Bank” şəhid atasını məhkəməyə verdi: Kömək edin! - AXI NİYƏ?

Dünən, 15:11- Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsində satınalma qanunlarının pozulmasına kimlər rəvac verir

Dünən, 14:20- Sel suları körpünü uçurdu, sakinlərin torpaq sahəsinə gedən yeganə yol bağlandı... - sakinlər NƏ ETSİN?

Dünən, 12:52- "Vüqar Qurbanov deyir ki, xəstələr Bakıya gəlməsin... BƏS HARA GEDƏK?" - NARAZILIQ VAR...

Dünən, 12:31- "VEYSƏLOĞLU" Aydın Talıbov, bu dünyanı oyuncaqmı bilirsən?- Mansur Məmmədov

Dünən, 11:38- Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?

Dünən, 11:11- Bu kəndin nə yolu var, nə də suyu... - Dİ GƏL, YAŞA...

Dünən, 10:32- "Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ

Dünən, 10:08- 20 milyonluq “daş bazarı” ətrafında qalmaqal böyüyür - İLGİNC FAKTLAR

Dünən, 09:25- ADNA terrorundan 15 il ötür

Dünən, 09:10- "Rahat" market qəpik-quruş uğruna insanların sağlamlığını güdaza verir...

29-04-2024, 19:48- "Bizə İlon Maskdan başqa kimsə kömək edə bilməz" - GİLEY

29-04-2024, 19:07- Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə

29-04-2024, 18:30- "Nizami rayon İcra Hakimiyyəti nəyə baxır, hara baxır?!" - ETİRAZ

29-04-2024, 17:35- “Bakı Sığorta” vətəndaşları aldadır - FOTOFAKT

29-04-2024, 16:52- Xırdalanda ağacları gecə ilə kəsib parkinq yeri düzəltdilər – FOTOFAKT

Haqqımızda Əlaqə

Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

Tarix:11-11-2021, 14:07

Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də BP qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edib.

BP qrupunun baş icraçı direktoru Bernard Luni son görüşdən keçən dövr ərzində Azərbaycanın əldə etdiyi uğurlar münasibətilə dövlət başçısını təbrik edib.

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi ilə bağlı əldə edilmiş birgə uğurlar münasibətilə Bernard Lunini təbrik edib və bu layihənin Azərbaycanla BP şirkətinin birgə səyləri nəticəsində əldə oldunduğunu bir daha vurğulayıb.

Bildirilib ki, BP şirkəti Azərbaycanla, o cümlədən SOCAR şirkəti ilə dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində Azərbaycanın da ən möhkəm tərəfdaşlığı BP şirkəti ilədir. Qeyd edilib ki, ölkəmizin bu şirkətlə qarşılıqlı inama əsaslanan əməkdaşlığının zəngin tarixi və parlaq gələcəyi var.

Söhbət zamanı BP şirkətinin bərpa olunan enerjiyə göstərdiyi marağın Azərbaycanın enerji strategiyasına uyğun gəldiyi qeyd edilib, bu sahədə BP ilə əməkdaşlığın genişlənməsi məsələlərinin nəzərdən keçirildiyi bildirilib. BP şirkətinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji ilə bağlı planlarının əhəmiyyətinə toxunularaq bunun həmin ərazilərdə ölkəmizin bəyan etdiyi kimi, yaşıl enerji ərazisinə transformasiya etmək işinə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub. Qeyd edilib ki, bu işlər böyük potensiala malikdir, xüsusilə nəzərə alınsa ki, Azərbaycan qonşu ölkələrlə şaxələndirilmiş enerji bağlantılarına malikdir və ölkəmizdə tələbatdan artıq enerji istehsal olunur.

Bernard Luni xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın faydası naminə korbohidrogen ehtiyatlarının inkişafı ilə bağlı təşəbbüslərini xatırladaraq, hazırda Prezident İlham Əliyevin enerji keçidi məsələsi ilə bağlı baxışlarına görə təbriklərini çatdırıb.

BP qrupunun baş icraçı direktoru Bernard Luni Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində səylərini yüksək qiymətləndirərək ölkəmizin bu istiqamətdə dünyanın aparıcı dövlətləri sırasında olduğunu dedi və bildirib ki, Azərbaycanda ətraf mühitin standart və qaydalarının qorunması bir çox inkişaf etmiş ölkələrdən daha güclüdür. Öz növbəsində, Prezident İlham Əliyev Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...