Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

ATƏT PA-nın Büro iclasında Kəlbəcərdə həlak olan jurnalistlər barədə məlumat verilib

Tarix:11-06-2021, 15:00

ATƏT PA-nın Büro iclasında Kəlbəcərdə həlak olan jurnalistlər barədə məlumat verilib
İyunun 10-da ATƏT Parlament Assambleyası (ATƏT PA) Bürosunun onlayn iclası olub. İclas çərçivəsində gələn ay ATƏT PA-nın illik sessiyasının keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Milli Məclisin mətbuat və ictimaiyyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ATƏT PA-nın prezidenti Lord Piter Bouness Büro iclasını açaraq sözü qurumun Baş katibi Roberto Montellaya verib.

R.Montella ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik, eləcə də İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, həmçinin Demokratiya, insan hüquqları və humanitar suallar komitələrinin iclaslarının tam olaraq onlayn formatda, 05 iyul tarixində daimi komitənin və 06 iyul tarixində isə plenar iclasın hibrid formatda keçirilməsini təklif edib.

Büro üzvləri iclasların keçirilmə qaydası ilə bağlı Baş katibin səsləndirdiyi təklifə müsbət yanaşdıqlarını bildirərək illik sessiyanın formatını təsdiq ediblər.

ATƏT PA-nın vitse-prezidenti və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev görüşün gündəliyindəki məsələlərə münasibət bildirib, müzakirə edilən sənədlərə təklif və tövsiyələrini səsləndirib. Azay Quliyev çıxışında 04 iyun tarixində 2 nəfəri jurnalist olmaqla 3 nəfərin minaya düşərək həlak olmasını toplantı iştirakçılarının diqqətinə çatdırıb. Bu günə qədər 140 azərbaycanlının minalardan ciddi xəsarət aldığını, 27 nəfərin isə həlak olduğunu bildirib. O, Ermənistan tərəfindən minalanmış sahələrin xəritəsinin verilməməsinin beynəlxalq hüququn və 1949-cu il Cenevrə Konvensiyasının ciddi pozuntusu olduğunu vurğulayıb.

İclasda həmçinin ATƏT PA rəsmilərinin onlayn seçkisinin keçirilməsi ilə bağlı məsələlər, eləcə də illik sessiyada komitələr tərəfindən təqdim ediləcək hesabatların ilkin layihəsi müzakirə edilib.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...