Anons

Bu gün, 14:08- Azərbaycanda ağıllı sayğaclar quraşdırılacaq - Yeni qanun layihəsi

Bu gün, 13:44- Sabahın havası - Bakıda 39, rayonlarda 41 dərəcəyədək isti olacaq

Bu gün, 13:19- Azərbaycanda yeni fond yaradılır

Bu gün, 12:51- Türkmənistan Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək niyyətindədir

Bu gün, 12:26- Şadlıq sarayları iyunun 26-dan portalda qeydiyyatdan keçməlidir

Bu gün, 12:00- Hitlerin sovetlərə hücumundan 80 il ötür - TARİX

Bu gün, 11:33- Toy mərasimlərinə nəzarət edəcək qurumların adları açıqlandı

Bu gün, 11:07- "Airbus" 2035-ci ilədək hidrogen təyyarəsinin buraxacağını təsdiqləyib

Bu gün, 10:45- Üç ölkənin XİN rəhbərləri Azərbaycana səfərə gəlirlər

Bu gün, 10:19- İyulun 1-dən toylara icazə verilir

Dünən, 17:00- ETSN xəbərdarlıq etdi: Ölkədə 44 dərəcə isti olacaq

Dünən, 16:29- “Nar” “Breyn Rinq” yarışının çempionu oldu

Dünən, 16:04- Van Damın oğlu ilə gəlininin yeni görüntüləri - FOTO

Dünən, 15:32- Goranboyda yol tikintisinə 13,5 milyon manat yarılıb - SƏRƏNCAM

Dünən, 15:00- Azad olunan ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Dünən, 14:26- Bakıda 45 mindən çox şagird 1-ci sinfə ərizə verib

Dünən, 13:53- Sabah temperatur 40 dərəcəni keçəcək

Dünən, 13:18- Xaricdə terrorçu qruplara qoşulanların ailə üzvlərinin bir qismi Azərbaycana qaytarılıb

Dünən, 12:41- Azərbaycanda gələn aydan QAZ avtomobillərinin yığılmasına başlanacaq

Dünən, 12:05- Binəqədidə 36 yaşlı kişi qətlə yetirilib

Haqqımızda Əlaqə

XİN-in “qara siyahı”sına düşən 1040 arzuolunmaz şəxs...

Tarix:10-06-2021, 13:19

XİN-in “qara siyahı”sına düşən 1040 arzuolunmaz şəxs...
Rusiyanın erməni jurnalisti Nobel Arustamyanın AVRO-2020-nin oyunları üçün əvvəlcə akkreditasiya ala bilməməsi, bununla bağlı yaranmış qalmaqaldan sonra onun məsləsinin həll olunması Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sını bir daha gündəmə gətirdi.

Nobel Arustamyanın ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib və həmin səfərlər zamanı rəsmi Bakıdan icazə almayıb. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdiyinə görə "Matç TV" telekanalının erməni şərhçisi Nobel Arustamyan Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı”ya salınıb.

Xarici İşlər Nazirliyi işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlər etmiş 1040 nəfərin adını “qara siyahı”ya salıb.
Onlar arasında ABŞ Konqresinin üzvləri Adam Şif, Ceki Spayer, Cudi Çu, Nümayəndələr Palatasının deputatları Tulsi Gabbard, Frank Pallone, David Valadao, ABŞ-ın Qlendel şəhərinin keçmiş meri Ara Nazaryan, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Marşal Evans kimi tanınmış simaların adları var.


Azərbaycan XİN-in “qara siyahı”sına ən çox Rusiya vətəndaşlarının adı düşüb. Belə ki, Rusiyanın siyasətçiləri, müğənniləri, jurnalistləri, ictimaiyyət nümayəndələri ilə birlikdə 200-dən çox vətəndaşı Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib.

Onlar arasında ən məşhurları Rusiya Fedarasiyası İctimai Palatasının üzvü Konstantin Zatulin, yazıçı Alisa Qəniyeva, jurnalist Anna Çapman, müğənni Filipp Kirkorovun atası Bedros Kirkorov, rusiyalı iş adamı German Sterliqovdur.

Azərbaycan torpaqlarına qanunsuz səfər etmiş şəxslər arasında fransalı tanınmışlar da var.

“Qara siyahı”da Fransa Senatının üzvləri Alen Leon Neri, Bernar Furni, Filip Marini, Filip Kaltenbah, Jan Bize, Jilber Luk Devina, Mari Arlette Karlotti, Mişel Amiel və Sofi Jusen, Vien şəhərinin meri Jak Remilye, Sent-Etyen şəhərinin meri Qael Pedro, Villeurbanne şəhərinin meri Jan-Pol Bret, Bourg-les-Valnce şəhərinin meri Marlene Murye, Alforvil şəhərinin meri Mişel Jerşinoviç, Arnuvil şəhərinin meri Paskal Dol kimi siyasətçilərin adları qeyd edilib.
Fransanın daxili işlər naziri Bruno Le Ru da Milli Assambleyanın üzvü olduğu illərdə işğal altındakı ərazilərimizə səfər edib.

Fransa Azərbaycanın “qara siyahı”sında ən çox vətəndaşı olan ikinci ölkədir. Fransa Milli Assambleyasının senatoru Pyer Uzulias ilə bərabər 20-dən çox assambleya üzvü Qarabağa qanunsuz səfərlər ediblər.

Üstəlik bu dövlətin təkcə siyasətçiləri deyil, tanınmış müğənniləri, futbolçuları, jurnalistləri və blogerləri də Qarabağ ərazisini “su yolu”na döndərmişdilər. Fransa vətəndaşları arasında səfəri ən çox səs-küy yaradan məşhurlardan biri də futbolçu, dünya çempionu Yuri Djorkaef olmuşdu.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...