Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Ceyhun Bayramov ÜST-ün Azərbaycandakı rəhbərini qəbul edib

Tarix:3-06-2021, 13:24

Ceyhun Bayramov ÜST-ün Azərbaycandakı rəhbərini qəbul edib Bu gün xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki rəhbəri Hande Harmancını qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, tərəflər ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri, eləcə də, hazırda davam edən COVID-19 pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib və ötən ilin əməkdaşlığımız üçün ciddi çağırış ili olduğunu bildirib. COVID-19 ilə mübarizədə Azərbaycan tərəfindən ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə ölkəmizin göstərdiyi yardım və irəli sürdüyü təşəbbüslər qeyd olunub. Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə beynəlxalq təşkilatlar, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizəyə həsr olunan yüksək səviyyəli görüşlərinin keçirildiyi, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırıldığı diqqətə çatdırılıb. Ölkəmizin, həmçinin dünyada peyvəndlərin bərabər və ədalətli bölgüsünü dəstəklədiyi və bu xüsusda, səsimizin beynəlxalq müstəvidə ucaldıldığı vurğulanıb.

Hande Harmancı ÜST-ün Azərbaycanda həyata keçirdiyi layihələr, o cümlədən Azərbaycanın 12 rayonunda regional təlim mərkəzlərinin fəaliyyət göstərməsi, BMT-nin Vahid Təcili Yardım Fondunun dəstəyi ilə Azərbaycanın münaqişədən zərər çəkmiş 5 rayonunda həyata keçirilən mobil təlim xidmətləri, köməkçi texnologiyalara ehtiyacı olan insanlarla iş, təcili yardım sistemlərinin gücləndirilməsi və digər istiqamətlərdə görülən işlər barədə məlumat təqdim edib. O, ÜST-ün regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğu barədə məlumat verib.

Nazir Ceyhun Bayramov, səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından vacibliyini qeyd edərək, regional direktorun bölgəmizə səfərinə önəm verdiyimizi bildirib. Nazir, həmçinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq fəaliyyəti və gələcək planlarla bağlı həmsöhbətinə məlumat verib və bərpa layihələrində ÜST və BMT-nin digər qurumlarının iştirakının mümkünlüyünü qeyd edib.

Görüş zamanı tərəflər, habelə Azərbaycanla ÜST arasında potensial əməkdaşlıq sahələri üzrə ümumi fikir mübadiləsi aparıblar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...