Anons

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Bələdiyyə sədri Ağrı dağında Azərbaycan və Türkiyə bayraqlarının əks olunacağı tarixi açıqladı (ÖZƏL)

Tarix:4-11-2020, 14:51

Bələdiyyə sədri Ağrı dağında Azərbaycan və Türkiyə bayraqlarının əks olunacağı tarixi açıqladı (ÖZƏL) Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günündə evinin pəncərəsindən Ağrı dağına baxan hər bir erməni, Azərbaycan və Türkiyə bayraqlarını görəcək.

Bunu Trend-ə özəl açıqlamasında Türkiyənin Ağrı vilayətinin bələdiyyə sədri Savcı Sayan bildirib.

Bələdiyyə sədri qeyd edib ki, layihənin həyata keçirilməsində onlara dəstək olanlar da var. Naxçıvanda fəaliyyət göstərən GemiKaya Holdinq və Ağrı vilayətindən olan iş adamı layihəni dəstəkləyənlərdəndir:

“Bildiyiniz kimi bu, böyük bir layihədir və hal-hazırda onun tamamlanması üçün işlər aparılır. Layihəni reallaşdırmaq üçün xaricdən də mütəxəssislər dəvət edilib.

İdeyanın meydana gəlməsindən danışan S.Sayan əlavə edib ki, Qarabağda Vətən müharibəsinin davam etdiyi bir zaman azərbaycanlı qardaşlarına necə dəstək ola biləcəklərini düşünüblər və qərara alınıb ki, belə bir layihə həyata keçirilsin:

“Ermənistanın eyni zamanda Türkiyəyə də torpaq iddiaları olub, amma onların bu istəkləri qursaqlarında qalıb. Şəxsən mənim babalarım da erməni quldur dəstələrinə qarşı vuruşublar. Biz erməni xislətinə tanışıq”.

S.Sayan onu da əlavə edib ki, bütün Türkiyə xalqı azərbaycanlı qardaşlarını sevir və onları tam olaraq dəstəkləyir.

“Həm Türkiyə adından, həm Ağrı vilayəti, həm də öz adımdan qardaş Azərbaycan xalqına salamlarımı çatdırıram. Biz hər zaman qardaşlarımızın yanındayıq, çünki onlar haqlıdır”.

Bələdiyyə sədri əlavə edib ki, illərdir Qarabağ və ətraf rayonların işğal altında olduğu bir zamanda türkiyəli qardaşlarımızın səssiz və rahat oturması mümkün deyildi:

“Qarabağ əldən gedərsə biz ölərik, Qarabağ, Azərbaycan bizim canımızdır. Çünki biz bir millət, iki dövlətik. Bu, hər zaman belə olub, bundan sonra da belə olacaq”.

O qeyd edib ki, Azərbaycanın döyüş meydanından əldə etdiyi zəfərlər qururvericidir:

“Azad edilən bölgələrin xəbərlərini aldıqca biz burada bayram edirik. Allahın izni ilə Azərbaycan tezliklə öz torpaqlarını işğaldan tam azad edəcək. Çünki Azərbaycan haqlıdır və Azərbaycanın haqlı olduğunu bütün dünya bilir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...