Anons

18-05-2024, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

18-05-2024, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

18-05-2024, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

18-05-2024, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

18-05-2024, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

18-05-2024, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

18-05-2024, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

18-05-2024, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Azərbaycanın İsveçrədəki səfiri İsveçrə Parlamentinin Prezidenti ilə görüşüb

Tarix:14-02-2020, 10:29

Azərbaycanın İsveçrədəki səfiri İsveçrə Parlamentinin Prezidenti ilə görüşüb Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova İsveçrə Parlamentinin aşağı palatası Milli Şuranın (Konqres) sədri xanım İzabel More ilə görüşüb. Qeyd edilməlidir ki, Milli Şuranın sədri İsveçrədə ən yüksək ranqlı şəxs sayılır.

Səfirlikdən verilən məlumata görə, görüşdə səfir parlamentlərarası əlaqələrin İsveçrə-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu baxımdan İsveçrə Parlamentinin yuxarı palatası sayılan Kantonlar Şurasının (Senat) prezidenti Jan-Rene Furnyenin keçən ilin sonlarında Bakıya səfərinin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Eyni zamanda İsveçrə Parlamentində fəaliyyət göstərən azsaylı dostluq qruplarından birinin Azərbaycanla dostluq qrupu olmasından məmnunluq ifadə edilib.

Səfir X.İbrahimova İsveçrə Parlamentinin mart sessiyasında hər iki palatanın üzvləri üçün Səfirlik tərəfindən təşkil ediləcək Azərbaycan barədə ilk təqdimata toxunaraq, yaradılan bu imkana görə Parlament sədrinə minnətdarlığını ifadə edib. Qeyd edilib ki, İsveçrə parlamentariləri Azərbaycan barədə məlumatı əsasən mətbuatdan əldə etdiyi üçün onlara məlumatın daha dolğun və dürüst çatdırılması baxımından bu cür təqdimatların əhəmiyyəti çox böyükdür.

X.İbrahimova həmsöhbətini ölkəmizdə cari il fevralın 9-da baş tutan parlament seçkiləri barədə məlumatlandırıb, bu seçkilərin xalqın iradəsini əks etdirdiyini, 1300-dən çox namizədin 125 mandat uğrunda mübarizə aparmasının həm xalqın seçkilərə marağının, həm də seçkilərin rəqabət mühitində keçməsinin bariz nümunəsi olduğunu vurğulayıb. Bundan başqa, İsveçrədə 2019-cu ilin oktyabrında keçirilən parlament seçkilərində olduğu kimi Azərbaycanda da seçkilər nəticəsində Parlamentin 30%-nin yeniləndiyi, eləcə də yeni Parlamentin 20%-nin qadınlardan ibarət olacağı qarşı tərəfin diqqətinə çatdırılıb.

Görüşdə həmçinin, Azərbaycanla İsveçrə arasında ikitərəfli iqtisadi və siyasi münasibətlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən struktur islahatlardan söz açılıb, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

X.İbrahimova Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuza toxunaraq, digər dövlətlərin ölkəmizi etibarlı tərəfdaş kimi görməsi sayəsində bu gün Azərbaycanın Qoşulmama Hərəkatı və GUAM kimi təşkilatlara sədrlik etdiyini diqqətə çatdırıb. İ.More Azərbaycanın nailiyyətlərindən məmnunluğunu dilə gətirərək, ölkəmizə gələcək fəaliyyətində uğurlar arzu edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...