Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Psixoloq Şəfiqə Rzayeva: "Müalicə kompleks şəkildə aparıldıqda mütləq uğurlu nəticə əldə olunur"

Tarix:21-10-2022, 12:36

Psixoloq Şəfiqə Rzayeva: "Müalicə kompleks şəkildə aparıldıqda mütləq uğurlu nəticə əldə olunur"
- Şəfiqə xanım, serebral iflic nədir?

- Serebral iflic hamiləlik, doğuş zamanı və ya doğumdan sonra uşaqlarda bir çox faktorların təsirindən yaranan, beynin müxtəlif sahələrində zədələnməyə səbəb olan, əzələlərin hərəkətinə mane olan (hərəkətsizləşdirən) fiziki və çox zaman zehni qüsurlara gətirib çıxaran xəstəlikdir.
Fiziki qüsur dedikdə, uşağın aktiv hərəkəti, boyun saxlama, iməkləmə, oturma, ayaqüstündə dayanmaq, müvazinət, gəzmək, qaçmaq və s. hərəkətlərdə yaranan məhduduyyətlər nəzərdə tutulur.
Zehni qüsurlar dedikdə isə, psixi, əqli inkişafın yaşa uyğun olmaması və lənginəsi nəzərdə tutulur.

- Bu xəstəliyin yaranma səbəbləri hansılardır?

- Yaranma səbəbləri müxtəlifdir:
- hamiləlik dövründə ananın keçirdiyi virus infeksiyaları, stress, travmalar, qanaxma, dölün inkişaf qüsurları, servikal yetməzlik və s;
- erkən doğuşlar;
- doğum zamanı uşaqlarda oksigen çatışmazlığı (hipoksiya);
- genetik faktorlar;
- doğuşdan sonra uşağın keçirdiyi müxtəlif xəstəliklər (pnevmoniya, meningit, ensefalit və s.);
- beynin travmaya məruz qalması.

- Xəstəliyin əlamətləri hansılardır?

- Uşaqlarda əgər doğumdan öncə və ya doğuş zamanı uşaq serebral iflici (USİ) şübhə olarsa , ginekoloq və ya pediatr valideynə bu haqda məlumat verir. Əgər həkim məlumat verməzsə, valideynlər uşağın inkişaf mərhələlərində zamanla ləngimələr müşahidə edirlər. Bu həm fiziki, həm də psixoloji ləngimə kimi özünü büruzə verir:
- 3-4 aylıq uşağı yatağından qaldırarkən boynunu saxlaya bilmədiyini görə bilərik. Daha sonra aktivlik, sağa, sola dönmə, "canlanma kompleksi" zəif olur;
- 6-7 ayında oturmalı olan uşaq bunu bacarmır, iməkləmir, spastik formasında əzələlərdə hipertonus olduğundan hərəkət məhdudiyyəti daha da artır. Valideynə uşağı geyindirib - soyundurmaq çox çətin olur;
- yemək, udmaq, çeynəmək, nitq problemləri olur;
- 1-1,5 yaşlı uşaq müvazinətini saxlaya bilmir, gəzə bilmir;
- motor bacarıqlar zəif inkişaf edir;
- ünsiyyət, sosial adaptasiya, sosial bacarıqlarda ləngimə müşahidə olunur;
- əl-göz koordinadiyası, diqqət, qavrama, yaddaş, təfəkkür inkişafı ləngiyir;
- psixoemosional inkişafda ləngimə;
- həyəcan, qorxu, aqressiya;
- bəzən qıcolmalar.

- Hansı yaş qrupuna aid uşaqlarda daha çox müşahidə olunur?

- Uşaq serebral iflici daha çox 0-3 yaşlı uşaqlarda, ümumilikdə isə 0-5 yaşlılarda müşahidə olunur.

- Bəs müalicəsi hansı üsullarla aparılır?

- Müalicə kompleks şəkildə aparıldıqda mütləq uğurlu nəticə əldə olunur. Bu zaman nevropotoloq, pediatr, psixoloq, loqoped, ortoped, travmatoloq birlikdə əməkdaşlıq edir. Müalicə prosesində aktiv, passiv idman hərəkətləri (Bobat metodu), qəfəs terapiyası, duyu bütünləmə, psixoloji dəstək, əqli, nitq, emosional sferanın, motor bacarıqların və digər psixoloji problemlərin həlli üçün müxtəlif metodlardan istifadə edilir.

- Maksimum neçə müddətdən sonra müsbət nəticələr əldə etmək olur?

- Bizə müraciət edən pasientlərə 1 ay sınaq müddəti təyin edilir. Bu müddətdə fərdi psixoloji və fiziki inkişaf proqramı tərtib edilir və müalicəyə başlanılır. Bir ay sonra mütləq ilkin müsbət nəticə əldə edilir. İstisna hal uşaqda yaranan digər problemlər və ya müalicəyə cavab verməməsi ola bilər. Hətta USİ-nin ən ağır növlərində belə müsbət nəticə əldə edirik. Bu sahədə çalışdığım müddətdə elə bir pasientim olmayıb ki, onunla müsbət nəticəmiz olmasın. Bu mənim üçün çox qürurverici və sevindirici haldır ki, uşaqların həyata ilk sərbəst addımlarını atmaqda, onların heç kimdən asılı olmadan həyatlarına davam etmələrində dəstək ola bilirəm.

- Oxuculara bu mövzu ilə əlaqədar nə məsləhət verə bilərsiniz?

- Bu mövzuyla bağlı ilk növbədə qeyd etmək istərdim ki, bir USİ diaqnozlu övladı olan valideyn üçün bu çox ağır haldır. Mən bunun şahidiyəm ki, onlar həm psixoloji, həm fiziki baxımdan çox əziyyət çəkirlər, amma çoxusu heç yorulmadan yollarına davam edirlər. Onlara səbr, dözüm, bu problemin öhdəsindən gəlməkdə motivasiya diləyirəm.
Uşaq dünyaya gətirməyi planlaşdıran və kiçik yaşlı uşaqları olan ailələrə məsləhətim belə ola bilər ki, mütəmadi həkim konsultasiyasında olsunlar. Çünki günümüzdə risk faktorları hədsiz çoxalıb. Hər zaman maariflənsinlər. Övladlarını istəyərək, sevərək dünyaya gətirsinlər və böyütsünlər. Təbii ki, belə ailələr var. Mən bu məsləhətə ehtiyacı olan ailələr üçün qeyd etdim. Ümidvaram ki, bu müsahibə maariflənmək üçün faydalı olacaq.

Ünvan: Koreya Şərq Təbabəti Klinikası

Əlaqə nömrəsi: (050) 241 80 51

Psixoloq Şəfiqə Rzayeva: "Müalicə kompleks şəkildə aparıldıqda mütləq uğurlu nəticə əldə olunur"
Psixoloq Şəfiqə Rzayeva: "Müalicə kompleks şəkildə aparıldıqda mütləq uğurlu nəticə əldə olunur"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...