Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Həkim psixotetapevt Lətifə Cavadlı: "Ağlıma belə gəlməzdi ki, bu qədər çox yaralı, şəfa axtaran insan var"

Tarix:17-10-2022, 11:17

Həkim psixotetapevt Lətifə Cavadlı: "Ağlıma belə gəlməzdi ki, bu qədər çox yaralı, şəfa axtaran insan var"
- Lətifə xanım, necə oldu ki bu ixtisası seçdiniz?

- Hər kəsi yaşadan, həyata bağlayan fərqli şeylər var. Mənimki də faydalı olmaq, işə yaramaq duyğusudur. Faydalı olduqca, işə yaradıqca, pasientlərin gözündə yaranan parıltını gördükcə həyata daha da bağlanıram. İnsanların həyatına toxunmağı xoşlayıram, çünki xaraktercə ünsiyyətcil, həyatın içində olmağı sevən insanam və insanların mənalı həyat, sağlam həyat yaşamalarını istəyirəm. Bu mənə çox yaxşı hiss etdirir, ona görə də bu sahəni seçdim və nə yaxşı ki, seçmişəm. Çünki məni insanlara daha da yaxınlaşdırdı.

- Pasientlər sizə ən çox hansı problemlə bağlı müraciət edirlər?

- Ən çox depressiya, obsessiv kompulsiv pozuntu, sosial fobiya, panik atak, imtahan stressi, ailə daxili münaqişələr, özgüvən problemi, özünü tapa bilməmək ilə bağlı müraciətlər olur.

- Daha çox hansı terapiya növündən istifadə edirsiniz?

- Adətən, vəziyyətdən asılı olaraq dəyişir, yəni pasientin hansı terapiya növünə ehtiyacı varsa ondan istifadə edirəm. Amma ən çox kognitiv terapiya, Şema terapiya, İmge terapiya, Duyğu yönümlü terapiya, Emdr, Ailə və cinsəl terapiya ilə məşğul oluram, çünki yeniyetmə və yetişkinlərlə görüşürəm.

- Pasientinizi terapiya edərkən əsas hədəfləriniz nədir?

- Ən başlıcası fayda verməyə çalışmaq və zərər verməmək. Xətaları varsa, buna görə günahkarlıq hiss etmək əvəzinə, xətalardan dərs alıb yollarına davam etmələrinə yardım etmək. Pasientlərin narahatlığına səbəb olan, xoşbəxt olmasını əngəlləyən daşları aradan qaldırmaq. Bəzən terapist fənər rolu oynayır, yəni fənərlə pasientin yoluna işıq tutur, təbii ki, yolu gedən pasientdir, mənsə, gedəcəyi yola fənər tutub aydınlada bilərəm, kar – zərər analizi etməsinə kömək edə bilərəm və ən əsası sağlam ünsiyyət qurmağı, həyatı doya-doya yaşamağı öyrənməsinə dəstək ola bilərəm.

- Bir psixoterapevt olaraq nə sizi narahat edir?

- Uşaq istismarı, tacizlər, yaşı 25-dən yuxarı olan insanların evlənəndən sonra problemlər düzələr düşüncəsi, insanların ailə və uşaq sahibi olmanın nə demək olduğunu tam anlamadan evləndirilməsi, intihar xəbərlərinin doğru olmayan şəkildə verilərək yeni intiharlara səbəb olunması və s. Ən əsası istənilən növ şiddətə, istər psixoloji, istər fiziki və ya cinsi zorakılığa, ən başlıcası da qadınlara və uşaqlara qarşı olunan zorakılığa qarşıyam.

- Bu işi seçərkən nə ağlınıza gəlməzdi?

- Ağlıma belə gəlməzdi ki, bu qədər çox yaralı, şəfa axtaran insan var. Ağlıma belə gəlməzdi ki, eyni gündə bəzi danışanlarımla ağlayıb, bəziləri ilə bu qədər sevinə bilərəm. Ağlıma belə gəlməzdi ki, bəzi pasientlərim mənə “cənnət gülü”, “mələyim”, “hər kəsdən çox anlayanım” adlandırar və bu qədər sevərlər. Ağlıma belə gəlməzdi ki, sosial fobiyası olan bir insan karyerasını qurduğu zaman bu qədər sevinərəm və vaginizm problemi yaşayan bir pasientim ana olduğu zaman özümü nənə olmuş kimi hiss edərəm.

- Bəs özünüzü yaxşı hiss etmədiyiniz zamanlarda nə edirsiniz?

- Ailəmlə zaman keçirdirəm. Yoldaşımın və valideynlərimin dəstəyini hiss etmək məni motivə edir. Bundan əlavə, evdəki pişiklərimizi sığallamaq, onların mırıltısını dinləmək, sosial fəaliyyətlərdə olmaq, psixoterapevt hocalarımla danışmaq mənə özümü yaxşı hiss etdirir. Ümumiyyətlə qəlbimin nə hiss etdiyini, nə yaşadığını anlamağa çalışıram və özümə zaman ayırıram.

- Məsləhət istəyən pasientləriniz olurmu və onlara nə məsləhət verirsiniz?

- Bir psixoterapevt olaraq, məsləhət vermirəm, çünki bizim işimiz məsləhət vermək deyil. Həyatının qərarını hər zaman pasient özü verməlidir. Biz sadəcə bu qərarı verməsinə kömək edir, verdiyi qərarın faydalarının və zərərlərinin nə olacağını birlikdə analiz edirik. Məsələn, tutaq ki, bir nəfər marketdədir və 100 manatlıq bir şokolad almaq istəyir. Burada tək bir şərt var ki, pulu özü ödəməlidir. Əgər desəki, bu şokoladı almaq üçün 100 manatı verməyə dəyər, o zaman pulunu ödəyib şokoladı alar. Nəticədə şokoladın ləzzətini alacaq olan da odur, cibindən pul çıxacaq olan da odur. Ona görə də pasient özü tərcih etməlidir.
“Könlü balıq istəyənin quyruğu suda gərək”. Bəs bu balıq üçün quyruğunu suya salmağa dəyərmi? Əgər bu sənin həyatında əhəmiyyətlidirsə, əgər bu sənin üçün olmazsa olmazdırsa, bunun faydası zənin üçün zərərindən çoxdursa, əgər verdiyin qərarın arxasında durmağa və bu qərara görə bədəl ödəməyə hazırsansa, seçim sənindir. Bunu hər zaman danışan özü seçməlidir, çünki bu onun öz həyatıdır.

- Oxuculara nə məsləhət görərdiniz?

- Bəzən insanları ağaca bənzədirəm. Bir ağac təbii ki, təbiət hadisələrinə söz keçirə bilməz, məsələn yağışa, küləyə, tufana. Əgər bir ağac zəifdirsə, təbiət hadisələrindən asılı olmaq zorunda qalar, çünki onların kontrolu ağacın əlində deyil. Amma ağacın əlində olan öz köklərini gücləndirmək və canlı, gözəl meyvələr verərək ayaqda qalmaqdır. İstərdim ki, hər insan ağac kimi köklərini gücləndirib artırsın. Köklər deyəndə, məsələn sadəcə həyat yoldaşına bağlanan bir qadın boşandıqdan sonra daha çox üzülər. Amma fərqli fəaliyyətləri olarsa, məsələn hobbiləri, karyerası və digər faydalı məşğuliyyətləri olarsa, o zaman həyata daha çox bağlanar. Köklər deyəndə məhz bu fəaliyyətləri nəzərdə tuturam. Ona görə danışanlarla görüşdüyüm zaman onlarla etdiyimiz şeylərdən biri də, onların həyatda məhz hansı ağac olduğunu, hansı meyvəni verə biləcəyini tapmaq, üzərindəki qurd, böcək, onlara zərər verə biləcək həşəratlardan təmizləməkdir. Ətrafdakı amillərə hər zaman təsir edə və onları kontrol edə bilmərik. Amma, özümüzü gücləndirib, sağlamlaşdırıb istədiyimiz kimi bir həyat yaşaya bilərik.

Əlaqə nömrəsi: (055) 769 37 99

Həkim psixotetapevt Lətifə Cavadlı: "Ağlıma belə gəlməzdi ki, bu qədər çox yaralı, şəfa axtaran insan var"
Həkim psixotetapevt Lətifə Cavadlı: "Ağlıma belə gəlməzdi ki, bu qədər çox yaralı, şəfa axtaran insan var"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...