Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Həkim-pediatr Nüşabə Cəbrayılova: "Hər bir uşağa öz övladım kimi yanaşıram"

Tarix:21-10-2022, 15:25

Həkim-pediatr Nüşabə Cəbrayılova: "Hər bir uşağa öz övladım kimi yanaşıram"
- Nüşabə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Həkim olmaq mənim uşaqlıqdan arzum olub. O zaman ağ xalatlı həkimlərə digər insanlardan fərqli, ali bir insan kimi baxırdım. Şükür arzu və istəyimə nail olaraq, mən də bu şərəfli sənətə yiyələnib həkim oldum və nə yaxşı ki də pediatr oldum. Çünki uşaqları çox sevirəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 22 ildir ki, bu sahədə çalışıram.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Mən bir pediatr olaraq, 0-18 yaş arası uşaqların müayinə və müalicəsi ilə məşğul oluram.

- İş prinsipiniz nədən ibarətdir?

- Müayinəyə gələn hər bir uşağa öz övladım kimi qayğı və şəfqətlə yanaşaraq, uşaqdakı narahat doğuran şikayətlər haqqında ailəsindən ətraflı anamnezi almaq, diqqətli müayinə edib, doğru müalicə təyin etməkdən ibarətdir.

- Daha çox sizə uşaqlarda hansı şikayətlərlə bağlı müraciətlər olunur?

- Uşaq orqanizmi böyüklərinkindən orqan və sistemlərin funksional xarakterinə, immun müdafiə qabiliyyətinə görə fərqlənir təbii ki. Onlara yetkin insan orqanizminin kiçik bir modeli olaraq baxa bilmərik. Çunki orqanizmləri morfo-funksional olaraq zamanla yetkinləşir. Bununla da əlaqədar onların tez- tez xəstələnməsi baş verən haldır.
Müraciətlər daha çox tənəffüs yolu xəstlikləri, anemiyalar, həzm sistemi xəstəlikləri, qurd və parazitar infeksiyalar, sidik yolu infeksiyaları və s. ilə olunur.

- Xarakter olaraq necə birisiniz?

- Çox mülayim və sakittəbiətli biriyəm.

- Bir pediatr olaraq nəyə "yox" deyirsiniz?

- Çox zaman görürük və şahidi oluruq ki, uşaqlar xəstələndikdə ailələr həkim təyinatı olmadan əczaxanadan dərman alıb verər və ya qohumunun, qonşunun sözünə baxaraq, onların məsləhət etdiyi dərmanlardan alıb verərlər. Daha düşünməzlər ki, uşağın hazırkı vəziyyətinə bu uyğundurmu, bəlkə qətiyyən olmaz və ya daha da ağırlaşdıra bilər . Belə hallarla çox rastlaşırıq. Bir pediatr kimi buna hər zaman dərindən çox təəssüflənirəm və qəti olaraq ,, yox" deyirəm .

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm.

- Beynəlxalq konfranslarda iştirak edirsinizmi?

- Bəli çalışdıqca iştirak edirəm.

- Valideynlərə nə məsləhət görürsünüz?

- Pediatr olaraq valideynlərə məsləhətim budur ki, uşaqlarının fiziki və psixomotor olaraq sağlam böyüməsi üçün, yaşauyğun kontrol həkim müayinələrini qaçırmasınlar, uşaq xəstələndiyi zaman mütləq həkimlə əlaqə saxlasinlar, gecikdirmədən onun müayinəsini etdirsinlər . Uşaqların sağlam orqanizmə sahib olmaları üçün, yaşauyğun düzgün saatlarda, normal, orqanik qidalarla qidalanmalarına, yuxu rejiminə diqqət etsinlər, elektron vasitələrdən maksimum kənar tutsunlar.Çünki elektron vasitələri ( mobil telefon, planşet , komputer və s) uşaqlar üçün hər bir cəhətdən təsir edən mənfi faktordur.

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, nə vaxtsa insanlar həkimə dəyər verməyəcək, onlar haqqında neqativ fikirlər söyləcəklər, kobud davranacaqlar. Əlbəttə, bu hər kəsə aid olmasa da, ümumi fikir belə formalaşıb çox təəssüf.

Əlaqə nömrəsi: (050) 454 22 57

Həkim-pediatr Nüşabə Cəbrayılova: "Hər bir uşağa öz övladım kimi yanaşıram"
Həkim-pediatr Nüşabə Cəbrayılova: "Hər bir uşağa öz övladım kimi yanaşıram"
Həkim-pediatr Nüşabə Cəbrayılova: "Hər bir uşağa öz övladım kimi yanaşıram"
Həkim-pediatr Nüşabə Cəbrayılova: "Hər bir uşağa öz övladım kimi yanaşıram"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...