Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Psixoloq Rəhimə Haciyeva: "İnsanları analiz etməklə bir çox suallarımın cavabını ala biləcəyim ağlıma gəlməzdi"

Tarix:20-10-2022, 11:30

Psixoloq Rəhimə Haciyeva: "İnsanları analiz etməklə bir çox suallarımın cavabını ala biləcəyim ağlıma gəlməzdi"
- Rəhimə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- İlk öncə bu sualla söhbətimizə başladığınız üçün sizə təşəkkürümü bildirirəm. İlk təhsilim Jurnalist olub. Təbii ki, bir çox ailələrdə olduğu kimi mənim də ailəmin övladının peşə sahibi olması yönündə arzusu olub. Ancaq bu arzu sadəcə oxumaqdan ibarət oldu. Mənim bu peşəni
seçməkdə yolum parapsixologiya sahəsini tanıyandan sonra baş verdi. O dönəmdə mən artıq universitetdə oxuyurdum. Çox dərinə getmədən araşdırmalarım nəticəsində məndə belə bir sual yarandı, , madam ki, parapsixologiya psixologiya sahəsinin yarısı deməkdir, o zaman insanı tam öyrənmək üçün onu bütövlükdə mənimsəmək lazımdır, deyə düşündüm. Mənim üçün parapsixologiya sadəcə psixologiyaya keçməyimə bir vasitə oldu. Daha sonra psixologiyanı ciddi araşdırırdım. Ancaq hələdə suallarıma cavab tapa bilməmişdim. Karvasarski adına institutunun ixtisas dəyişmə proqramını məzunu oldum. İxtisasını Psixologiya sahəsi üzrə dəyişdim. Hal-hazırda Dr.Kənan Rəhimov ilk psixologiya məktəbinin üzvüyəm. Müxtəlif psixoloji təlimlərin iştirakçısı olmuşam. Hazırda cbt terapiya (koqnitiv) təlimi üzrə ixtisaslaşıram. Elə bu yaxınlarda psixologiya sahəsində təkminləşmə üzrə konsultativ iş bacarıqlarını Master dərəcəsini aldım. Bunun üçün müəllimim həkim psixoterapevt Kənan Rəhimova dərin təşəkkürümü bildirirəm. Elə bir çox sualların cavabını da Psixologiya məktəbində təkmilləşmə keçən dövrdə tapdım. İnsanların hansı məqamdan nəyə necə reaksiya vermələrinin altındaki səbəblər artıq insana məlum olan zaman həlli yolunda, onlara kömək etmək sadəcə peşə marağı yox bir insani marağı da oyadır qəlbində...

- İs prinsipiniz nədən ibarətdir?

- İş prinsipim bir psixoloq kimi etik kodeks çərçivəsində işimi etməyə daha çox diqqət yetirirəm. Bu hal pasiyentlərimlə aramdakı terapevtik alyansın möhkəmliyinin əsas səbəblərindən biridir. Fikrimcə, bu hər bir psixoloqun vəzifə borcudur.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Dr Kənan Rəhimovun “Psixoterapiya” şöbəsində psixoloq kimi fəaliyyət göstərirəm. Hazırda sadəcə fərdi seanslar qəbul edirəm. Ancaq planımda psixologiya sahəsində maraqlı mövzularda seminar verməyi nəzərdə tutmuşam.

- İnsanlar sizə daha çox nə ile bağlı müraciət edirlər?

- Daha çox Panik atak, depressiya, təşviş pozulması, özgüvən əksikliyi problem ilə müraciət edirlər.

- Xarakter olaraq necə birisiniz?

- Mövzunu dərinlikli analiz edirəm. İnsanlarla münasibətim mülayim eyni zamanda sərhədlərimi qorumağı bacaran insanam. Sevmədiyim hər hansı bir işi görməyi sevmirəm. O işi mən istədiyim zaman görməyi sevirəm. Ən əsas insanlardan gözləntimi ən aşağı səviyyə saxlayıram. Bundan əlavə humanist, səmimi, empati qurmağı bacaran insanam.

- Bir psixoloq olaraq nəyə "yox" deyirsiniz?

- Bir psixoloq kimi uşaqlara şiddətə yox deyirəm. Əgər övladlarınız qorxaq, özgüvənsiz, fərasətsiz, fobyası olan və s. psixoloji problem olaraq yetişməyini istəmirsinizsə, onları şəxsiyyət olaraq qəbul edin. Onlara nə fiziki nədə psixoloji şiddət göstərməyin. Ailə qurmaq xətrinə ailə qurmayın, xahiş edirəm. Məsələ dünyaya övlad gətirmək deyil. Uşaqlar tək sizin yox bizimdə gələcəyimizdir. Sadəcə bir cümlə ilə deyim ki “sizing övladınıza davranışlarınız, münasibətləriniz, gələcəkdə başqalarınında onlara eyni davranış, eyni münasibətin zəminidir” bunu bilib elə tərbiyə metodunu təyin edin.

- Oxuculara nə məsləhət gorursunuz?

- Daima özlərini önəmsəsinlər, bu qəbahət deyil. Daxilinizdə çırpınan o sizə qulaq asın. Yaşamaq haqqınızı başqalarını razı salmaq üçün verilməyib sizə, siz özünüz özünüzdən razı qalın. Seçimləriniz öz seçimləriniz olsun. Öz məninizi düzgün təyin edin. Şəxsi inkişafınızla məşğul olun. Ən əsas da sosial çevrənizi geniş tutmağa çalışın. Psixoloji problemlərin kökündən əsasən sosial çevrənin az olması səbəblərdən biridir.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- İnsanları analiz etməklə bir çox suallarımın cavabını ala biləcəyim ağlıma gəlməzdi. Düzdür, bu sahədə bir çox terapiya istiqamətləri var. Ancaq insanın daxili aləmini nəzəriyyə yox praktika daha çox işıqlandırır.

Əlaqə nömrəsi: (051) 888 32 95

İnstagram: @psixoloq_rahimahaciyeva

Psixoloq Rəhimə Haciyeva: "İnsanları analiz etməklə bir çox suallarımın cavabını ala biləcəyim ağlıma gəlməzdi"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...