Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Loqoped Aytac Kiyat: "Ağlıma gəlməzdi ki, uşaqların həyatına kiçik bir toxunuş böyük nəticələrə səbəb olar"

Tarix:19-10-2022, 10:00

Loqoped Aytac Kiyat: "Ağlıma gəlməzdi ki, uşaqların həyatına kiçik bir toxunuş böyük nəticələrə səbəb olar"
- Aytac xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Əslində, abituriyent vaxtlarımda imtahana 3-cü ixtisas qrupu üzrə hazırlaşırdım. İxtisasları araşdıranda bu ixtisasla tanış olmuşdum. Daha sonra nəticələr açıqlananda da qəbul olduğum yer məhz indiki ixtisasım idi.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- 2013-cü ildə universitetə qəbul olmuşam. Elə ikinci kursda oxuyandan bəri də fəaliyyət göstərirəm. Qısası, 8 ildən artıqdır.

- İş prinsipiniz nədən ibarətdir?

- Tipik və atipik inkişaf göstərən uşaq və yeniyetmələrdəki nitq patalogiyalarını korreksiya edirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Alaliya, Afaziya, Dislaliya, Disleksiya, Dizartriya, Autizm Spektr Pozuntusu (ASP), İntellektual, mental patalogiyalar, Uşaq serebral iflici və s. patalogiyalı uşaqların ümumi nitq, pedaqoji inkişafı üzrə, həmçinin, tipik inkişafı olan, amma nitq pozulmaları olan uşaqların nitqləri üzərində korreksion iş aparıram.

- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Ən çox ASP, əqli problemlər, Nitq inkişaf ləngimələri ilə müraciət edirlər.

- Xarakter olaraq necə birisiniz?

- İnadçı, məsuliyyətli, mübariz, ən çox da yeni informasiyalar axtarışındayam. Amma bir o qədər də tələskənəm.

- Ailəlisinizmi?

- 3 ildir ailəliyəm. Hətta 2018-ci ildə yoldaşımla birlikdə hazırda fəaliyyət göstərdiyimiz ALBA Reabilitasiya və Yaşam Mərkəzini qurmuşuq.

- Bir mütəxəssis olaraq nəyə " yox " deyirsiniz?

- Nitqi ləngiyən uşaqlara “bildirçin yumurtası verin danışacaq” , “oğlan uşağıdır, gec danışır, narahat olma danışacaq”, “atası da belə idi, babası da belə idi, ürəyini rahat saxla danışacaq” deyən bütün “çoxbilmişlərə” YOX deyirəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Uşaqların psixi inkişafını, nitq inkişafını yaxından müşahidə etsinlər, 2 yaşdan kiçik uşaqları tv, telefondan-mavi işıqdan maksimum uzaq tutsunlar. Uşaqla keçirilən vaxtı maxsimum məhsuldar etsinlər.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, uşaqların həyatına kiçik bir toxunuş böyük nəticələrə səbəb olar.

Əlaqə nömrəsi: (050) 459 76 69скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...