Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Mamaça, nutrisioloq, thetaxiler (şəfaçı) Elgül Əmənova: "Hər kəs öz daxili dünyasını müşahidə etməlidir"

Tarix:18-10-2022, 10:22

Mamaça, nutrisioloq, thetaxiler (şəfaçı) Elgül Əmənova: "Hər kəs öz daxili dünyasını müşahidə etməlidir"
- Elgül xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Anam... Anamın arzu və istəyi ilə (Uşaq tutan olacaq, deyirdi. O zaman tam anlamasam da razı idim) 1 saylı tibb kollecinin mamalıq fakültəsini oxuyub bitirdim. Oxuduqca və işgüzar fəaliyyətə başladıqca əslində bu sahənin çox geniş və dərin məna kəsb etdiyini anbaan anladım... Bir insanın dünyaya gəlişinin həqiqətən də Yaradanın özü qədər bir möcüzə olduğunu anbaan anladım. Doğum evində olan fəaliyyətimin ilk illərində hətta ali təhsil almaq fikrinə də düşdüm, amma o dövrdə artıq ailəli olduğum üçün və övladlarımın az yaşlı və diqqətə daha çox ehtiyac duyduqlarını hiss etdiyim üçün bu fikri sonlandırdım. Amma istək əbəs yerə deyil idi, onu davamlı öz üzərimdə iş və müxtəlif mənbələrdən olan elmi məqalələrin mütaliəsi ilə məşğul olmaqla anladım. Anladım ki, həqiqi təhsil insanın öz daxilində olan İlahi elminə açılmaqdır. Bunun üçün də sənə daxilən özünəməxsus həzzi və zövqü yaşadan maraqlarının ardıyca getmək lazımdır... Öz hisslərinə inanaraq, güvənərək addım atmaq səni özünə, öz daxili kimliyindən doğan elminə anbaan yaxınlaşdırır... Oxuduğum və mütaliəsini etdiyim məqalə və kitablar nəyinki əsas peşəmlə bağlı idi, eyni zamanda qadın və kişi münasibətləri, sağlam nəsilin bünövrəsinin sevgi və anlayış üzərində qurulmasının vacibliyi və digər məsələlər üzrə idi. Bu səbəbdəndir ki, ANDOP akademiyasının məzunu oldum və nutrisioloji və dietoloji bilgilərə yiyələndim. Maddi qidanın bünövrəsində olan mənəvi qidanın rolunu hiss etdiyim üçün mənəvi inkişafın rolunu hiss etdim. Beləcə, tək bununla kifayətlənmədim, Think Amerika institutunun məzunu olaraq Tetaxiler olaraq fəaliyyətimlə davam etdirdim... Bundan sonrakı fəaliyyətim daha da dərinləşərək sertifikat və diplomu olmayan bir neçə daha təcrübi biliklər əldə etdim. Təkamül insanın özündən başlayır və davamlı öz üzərində işlə davam edir. Hazırda neçə qadına və kişiyə psixo-mənəvi dəstək rolunda, özlərinə gedən yolda bələdçi rolunda fəaliyyət göstərirəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Doğum evində olan fəaliyyətim artıq 18-ci ilinə keçib. Nutrisioloji və bələdçi (şəfa) fəaliyyətim artıq 6-cə ilinə qədəm qoyub.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Hazırda neçə qadına və kişiyə psixo-mənəvi dəstək rolunda, özlərinə gedən yolda bələdçi rolunda fəaliyyət göstərirəm.

- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Müraciət formaları müxtəlifdir. Münasibətlərdə (ailə daxili, işgüzar) olan konfliktlər, sağlamlıq baxımından, artıq çəki, panik ataklar, qorxular, şəxsi və işgüzar həyatlarında olan uğursuzluqlar, uşaqlarda olan hər hansı bir gərginlik və fobiyalar və s.

- Xarakter olaraq necə birisiniz?

- Hərdən şən, deyib-gülən, yeri gələndə anidən səssizliyimə və dərin düşüncələrə qərq ola bilən biriyəm, tanıyanlar bilir, bir anın içində yox olub günlərlə səsim gəlməyə bilər... Dürüstlüyü və həqiqəti açıq-aşkar ifadə etmək tərəfdarı olan biriyəm... Səmimiyyəti sevirəm. Səmimiyyət belə cəsur, qorxmaz olmağı öyrədə bilə bilir...

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm, iki övlad sahibiyəm... Analıq hissini mənə öyrədərək yaşadan iki İlahi varlığa təşəkkür edirəm.

- Bir peşəkar olaraq nəyə " yox " deyirsiniz?

- "Yox" deyə biləcəyim bir şey yoxdur, desəm hər kəs təəccüb edə bilər... Daxili ağrı-acıdan çıxış edən varlıqlar, insanlar zülmü də, riyakarlığı da tənqid edib duracaqlar... Bəli, özümün də zamanında çox etdiyim və bu gün bunları niyə etdiyimin fərqinə vararaq hər şey əbəs yerə yaşanmır anlayışına gəlmişəm... Səbəbsiz heç bir nəticə yoxdur, deyib yalnız səbəbi araşdırıb və həqiqətdə daxili ruh halımda nəyə "hə", nəyə "yox" deyə biləcəyimi anlaya bilərəm... Bütün bunlar isə hər kəs üçün fərdidir. Zülmə, riyakarlığa yox deyə bilərəm, amma onların sevgi və anlayışın yetərsizliyindən meydana gəldiyini də anlayaraq Yaradan tərəfindən labüd yerini görməyə çalışıram... Çünki, çox zaman məhz zülm sayəsində insanlar sevginin həqiqətdə şəfqət və mərhəmət olduğunu anlayaraq öyrənirlər. Həyat da Yaradanın öyrətdiyi dərslərdən ibarətdir. Bir şeyi bilirəm, insanın dəyişə biləcəyi bir qavrayış var. O da özüdür... Özünün özünə və həyata baxışı dəyişdikcə həyatı olduğu kimi qəbul edə biləcək ruh halını ala bilir və daxili xoşbəxtliyini yaşaya bilir. Tək həqiqət budur...

- Oxuculara nə məsləhət görürsünüz?

- Var oluş səbəbini bilmək istəyən hər kəs yalnız öz daxili dünyasını müşahidə etməli. Kim olduğunu, özünü, həyatı, insanları niyə bu tərzdə gördüyünü və həqiqətdə həyatı necə və nə üçün bu tərzdə yaşamaq istədiyini yalnız bu yolla anlaya və əldə edə bilər.

- Mən bu sənəti seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu sənəti seçərkən ağlıma gəlməzdi ki, bir gün özünə gedən yolda hər Allah bəndəsinə dəstək ola bilərəm... Onların yaşadıqları ağrı-acılara şəfa olacaq qəlblərindəki özünə sevgi halına açılmaqlarına yardımçı ola bilərəm. Bunun üçün Özümə, Ruhuma, Yaradanıma təşəkkür edirəm.

Əlaqə nömrəsi: (055) 205 30 46

E-mail: [email protected]
İnstagram: @gulaman_n_th

Mamaça, nutrisioloq, thetaxiler (şəfaçı) Elgül Əmənova: "Hər kəs öz daxili dünyasını müşahidə etməlidir"
Mamaça, nutrisioloq, thetaxiler (şəfaçı) Elgül Əmənova: "Hər kəs öz daxili dünyasını müşahidə etməlidir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...