Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Mama-ginekoloq Günay Əsədova: "Mənim üçün ən əsası pasientimin sağalması və məmnuniyyətidir"

Tarix:14-10-2022, 11:03

Mama-ginekoloq Günay Əsədova: "Mənim üçün ən əsası pasientimin sağalması və məmnuniyyətidir"
- Zaman adlı at sizi hardan götürüb haraya gətirdi? Niyə ağ xalat geyindiniz?

- Hələ orta məktəb vaxtlarından mən iynə vurmağa, ağ xalata meylli olmuşam. Sonradan öz arzumun dalınca getdim, artıq universitetə qəbul olunduqda isə sənət olaraq mama-genekologiyanı seçdim. Mən 1999-2005-ci illərin məzunuyam, o dördə Azərbaycanda ixtisas olaraq mama-genekologiya yox idi və Türkiyədə təhsil də indiki qədər əlçatan deyildi. Ona görə də azad təyinat götürüb sənədlərimi birbaşa Moskvaya göndərdim.

- Ümumilikdə neçə ildir ki, genekologiya sahəsində çalışırsınız?

- 2008-ci ildən bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiz?

- Həm mamalıq, həm də genekologiya üzrə bütün xəstəliklərin müayinə və müalicəsi, təbii doğuş, keysəriyyə əməliyyatı, öz sahəm üzrə estetik cərrahi əməliyyatları həyata keçirirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim üçün ən əsası pasientimin sağalması və məmnuniyyətidir.

- Bəs “yox” dediyiniz məqam hansıdır?

- “Yox” dediyim məqam mənim sahəm olmayan movzulardır. Həmişə düşünmüşəm ki, hər bir sahənin həkimi öz işi ilə məşğul olmalıdır.

- Pərdənin görünməyən tərəfindəki Günay xanım necə biridir?

- Emosional və duyğusalam, işimi çox sevirəm. Nə qədər yorğun olsam da, kömək edə biləcəyim yerdə bütün yorğunluğumu unuduram.

- Son dövrlərdə sizi sahəniz üzrə daha çox nə narahat edir?

- Maarifləndirmə çox aşağı səviyyədədir. İnsanlar daha çox lazimsız informasiyalara maraq göstərirlər, cəmiyyət, qadınlar da daxil olmaqla boş-boş informasiyalarla özünü doldurur. Mən son illər sosial şəbəkələrdə bacardığım qədər daha çox maarifləndirməyə uyğun mövzular paylaşıram. Amma təəssüf ki, sanki xanımlarda əyləncəyə maraq daha çoxdur.

- Ailəlisiniz?

- Bəli.

- Həkimliklə ailə həyatı necə alınır?

- Çətindir, amma məcburuq.

- Uşağı iynəylə böyüyüb ölümlə qorxudan özü nədən qorxur?

- (Gülür) Pişikdən qorxmuşam. Düşünürdüm ki, pişik ayağıma dəysə ölərəm. Ümumiyyətlə heyvanlara qarşı fobiyam var.

- Bu əllərlə kifayət qədər insanlara şəfa vermisiz.Unutmadığınız, ağlınızın bir küncündə qalan hansısa bir əməliyyat varmi?

- Allaha şükür ki, bu günə qədər əlimdə ana ölümü və yaxud ağır bir fəsad olmayıb. Amma biz Tanrıdan üstün deyilik. Olub ki, pasienti normal keysəriyyə əməliyyatına qəbul etmişəm, amma uşağın ürək döyüntüləri gəlməyib. Təəssüf ki, bəzən bu hallar qaçılmaz olur.

- Xanımlara tövsiyyəniz nədir?

- Xanımlarımız həkimə iş-işdən keçəndən sonra yox, vaxtında müraciət etsinlər. Bəzən gec gəlmə səbəblərini soruşanda “pis xəbər eşidəcəyimdən qorxurdum” deyirlər. İnsanlar həkimə gedib müalicə olunmaqdan qorxmamalıdırlar.

- Mən həkim andı içərkən ağlıma gəlməzdi ki... Bu cümləni özünüz tamamlayın.

- Ağlıma gəlməzdi ki, aylıq qazanc üçün bu qədər qaçmalı olaram.

Əlaqə nömrəsi: (055) 720 60 45

Mama-ginekoloq Günay Əsədova: "Mənim üçün ən əsası pasientimin sağalması və məmnuniyyətidir"
Mama-ginekoloq Günay Əsədova: "Mənim üçün ən əsası pasientimin sağalması və məmnuniyyətidir"
Mama-ginekoloq Günay Əsədova: "Mənim üçün ən əsası pasientimin sağalması və məmnuniyyətidir"
Mama-ginekoloq Günay Əsədova: "Mənim üçün ən əsası pasientimin sağalması və məmnuniyyətidir"
Mama-ginekoloq Günay Əsədova: "Mənim üçün ən əsası pasientimin sağalması və məmnuniyyətidir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...