Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Kosmetoloq Vüsalə Yusifova: "Öz işimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"

Tarix:13-10-2022, 15:42

Kosmetoloq Vüsalə Yusifova: "Öz işimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"
- Vüsalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Bu sahəyə marağım lap kiçik yaşlarımdan olub. Əslində cərrah olmaq istəyirdim. Amma bir az fobiyam olduğuna görə fikrimdən daşındım. Kosmetologiyaya marağım universitet illərimdən başladı. Beləlikə, bu sahəyə gəldim. Nə yaxşı ki, kosmetoloq oldum. İşimi çox sevirəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq 10 ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahənizə aid hansı işləri icra edirsiniz?

- Demək olar ki, əksər prosedurları icra edirəm. Təbii ki, istisnalar da var.

- İş prinsipiniz nədən ibarətdir?

- Pasientlərimdə mənə qarşı inam yaratmaq əsas iş prinsipimdir. Bir də ki, mən iş zamanı tamam başqa cür oluram. Heç bir pasientlə aşırı dərəcədə səmimiyyət qurmuram.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Xanımların müəyyən kompleksləri olur ki, onlardan azad olmaq istəyirlər. Bu, gənc yaşda ola bilər. Biz də yüngül toxunuşlarla onları bu komplekslərdən bacardığımız qədər azad etməyə çalışırıq. Sözsüz ki, xanımların öz istəklərini nəzərə alaraq onlara öz məsləhətlərimizi də veririk.

- Son zamanlarda xanımlar görkəmcə bir-birinə oxşamağa başlayıblar. Bunun səbəbi nədir?

- Doğrudur. Bəzən simasında heç bir dəyişikliyə ehtiyacı olmayan xanımlar da müraciət edirlər. Düşünürəm ki, bu hal psixoloji bir haldır. Bir-birində nəyisə görüb ondan istəyirlər. Hər halda, biz xanımlara öz məsləhətlərimizi veririk.

- Sizcə, bir xanımın daha gözəl görəsnməsi üçün onun hansı üzvü çəkici olmalıdır?

- Məncə, bir xanımda öz yaşına görə üz cizgiləri hər zaman yerində olmalıdır. Hər bir xanım özünə gündə on dəqiqə zaman ayırsa, özünə qulluq etsə, onda heç bir problem olmaz.

- Özünüz-özünüzə hansısa bir prosedur edirsinizmi?

- Bəli, lazım olan prosedurları icra edirəm. Çünki bir kosmetoloqun siması onun işinin "pasport"udur.

- Bir kosmetoloq olaraq nəyə "yox" deyirsiniz?

- Xanımların özlərini bir-birinə oxşatmaq istəməklərinə və kosmetoloqlardan lazımsız prosedurları tələb etməklərinə qəti surətdə "yox" deyirəm.

- Xarakter olaraq necə birisiniz?

- Kənardan baxanda müaliyim insana oxşayıram. Amma yeri gəldikdə, sərt olmağı da bacarıram. Bir də ki, mənim özümə aid qanunlarım var. O qanunlardan kənara çıxmıram.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. Bir qızım var.

- Məndə olan məlumata görə, bu yaxınlarda mükafat almısınız...

- Bəli, bu yaxınlarda tanınmış bir qrup tərəfindən mükafatlandırma mərasiminə dəvət aldım. Orada mənə "ilin peşəkar estetik-həkim-kosmetoloq" adını verdilər. Ümumiyyətlə, indiyə qədər bir çox müfakatlara layiq görülmüşəm.

- Xanımlara nə məsləhət görürsünüz?

- Son zamanlarda xanımları kosmetoloqların gördüyü işin keyfiyyəti yox, qiymət maraqlandırır. Tez-tez rastlaşdığım bir haldır. Xanımlar indi ucuz preparatlar axtarırlar. Bu da nəticə olaraq müəyyən fəsadların yaranmasına gətirib çıxardır. Xanımlara məsləhətim odur ki, mütəxəssisə mütaciətə etsinlər və ucuz dərman preparatlarından istifadə etməsinlər.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, öz sahəmi bu qədər sevəcəyəm və peşəmə bu qədər hörmət edəcəyəm.

Əlaqə nömrəsi: (050) 645 11 41

Instagram: kosmetoloqestetik_vusala

Tik-tok: Dr.Y.Vusala

Facebook: Vusale Yusifovaскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...